Yasamal rayonunda avtomobillər toqquşub, xəsarət alan var

Qəzalar 26 Aprel 2021 10:08
Yasamal rayonunda avtomobillər toqquşub, xəsarət alan var
WhatsApp kanalımıza abunə olun

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1956-cı il təvəllüdlü Ələsgərova Səadət Əlihüseyn qızı müxtəlif xəsarətlər alıb. Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

Oxunub : 1060
ŞƏRH YAZ
Ad

E-mail

Şərh