Yerüstü keçidin altında yola qaçan piyada “Prius”a çırpıldı - Qəza, yoxsa intihar? - ANBAAN VİDEO

Baş verən yol-nəqliyyat hadisələri, xüsusən də piyadaların vurulması və ölümü ilə nəticələnən qəzaların sayı getdikcə artır. Belə qəzalarda adətən sürücülər günahlandırılır. Lakin qayda pozan, yolu keçərkən diqqətsiz davranan piyadalar da kifayət qədərdir. Hətta ərazidə keçid olsa da piyada diqqəti əldən buraxmamalı və hərəkətdə olan avtomobil dayandıqdan sonra yolu keçməlidir. Bəzi piyadalar isə keçiddən istifadə etmədən yola qaçaraq nəqliyyat vasitələrinin üzərinə şığıyır. Nəticədə həm özünün, həm də sürücünün həyatını məhv edir. Bu istiqamətdə müxtəlif maarifləndirici və xəbərdaredici tədbirlər həyata keçirilsə də yenə də əməlindən dönməyən piyadalar var.
İşıqlandırdığımız problemlə bağlı paytaxtın Heydər Əliyev prospekti - Hava limanı yolunda qəza baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə keçən il dekabrın 12-si axşam saatlarında qeydə alınıb. Videodan göründüyü kimi, hərəkətdə olan “Toyota Prius” markalı avtomobil yola qaçan piyadanı vurub. Belə ki, piyada ərazidəki yerüstü keçiddən istifadə etmədən yolu keçməyə cəhd edib. Bu zaman o, yüksək zərbəylə qarşı tərəfdən gələn avtomobilə çırpılıb. Sürücü manevr edərək təhlükədən yayınmağa çalışsa da qəza qaçılmaz olub. İdarəetməni itirən sürücü daha sonra hərəkətdə olan avtomobilə dəyərək yenidən qəza törədib. Nəticədə məsuliyyətsiz piyada öz ölümünə və eyni anda iki qəzanın baş verməsinə səbəb olub.
Qeyd edək ki, piyadanın dayanaraq anidən yola qaçması intihara cəhd kimi də qiymətləndirilə bilər.
Nərmin
Qaydaları kobud şəkildə pozan motosikletçi ağır qəzaya səbəb olub - VİDEO
Xızıda qəza: Yük maşını beton arakəsməni dağıtdı - VİDEO
Biləcəridə yük maşını “Mitsubishi”yə çırpıldı,1 nəfər yaralandı - VİDEO
Dəmiryolu qəzasında 19 nəfər xəsarət aldı - FOTO
Azneft dairəsində "BYD" mopedə çırpıldı - ANBAAN VİDEO
Sumqayıtda “Mercedes” aşdı - Ölən var
Sərxoş halda yola çıxan piyadanı maşın vurub öldürdü - VİDEO
Avtoqəzalarda 140 nəfər həlak olub - Hadisələrin 32,9 faizi həftənin ...
Bakıda özünü maşının qabağına atan piyada belə vuruldu - DYP xəstəxanaya çatdırdı - VİDEO
Binədə iki avtomobil TOQQUŞDU: Xəsarət alan var - FOTO - VİDEO
Aeroport şosesində qorxunc qəzanın ANBAAN VİDEOSU










