Yol qəzalarının sayı niyə artır?

“Son günlər ölkə üzrə yol-nəqliyyat hadisələrinin çoxalması cəmiyyətdə ciddi narahatlıq yaradır. Rəsmi rəqəmlər göstərir ki, uzunmüddətli statistika üzrə ümumi azalma tendensiyası var”. Avtosfer.az xəbər verir ki, bunu “Demokrat”a açıqlamasında avtomobil üzrə ekspert Elgiz Mehdiyev bildirib.
O qeyd edb ki, qısa zaman çərçivəsində ard-arda baş verən qəzalar insanlarda vəziyyətin kəskinləşdiyi təəssüratını doğurur:
“Bu artımın kökündə həm sürücü davranışları, həm də şəhər hərəkət mühitindəki çatışmazlıqlar dayanır. Əsas səbəblərdən biri sürət həddinin aşılması, diqqətin yoldan yayınması və qaydalara əməl edilməməsidir. Mobil telefon istifadəsi, təhlükəli manevrlər, yorğunluq və gecə saatlarında zəif reaksiya qabiliyyəti riskləri daha da yüksəldir. Tələskənlik faktoru da danılmazdır sıx hərəkətdə, işə və ya mənzilə tez çatmaq ehtiyacı sürücüləri daha aqressiv davranışa gətirir. Piyadaların işıqforu gözləməməsi, keçidlərdən kənar keçməsi də qəzaların böyük payını təşkil edir. Bura əlavə olaraq hava şəraiti, sürüşkən asfalt, bəzi küçələrdə zəif işıqlandırma və piyada infrastrukturu problemlərini də daxil etdikdə mənzərə daha da aydın görünür. Yəni məsələnin əsasında həm ehtiyatsızlıq, həm tələskənlik, həm də yollarda olan problemlər dayanır. Qəza dinamikasını azaltmaq üçün yalnız cərimələrin artırılması kifayət deyil”.
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO










