“Yol terror”u davam edir: 3 ölü

Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarətlə xəstəxanaya yerləşdirilmiş Ağcabədi rayon sakini Etibar Məmmədov orada ölüb. Avtosfer.az-ın DİN-in saytına istinadən məlumatına görə, noyabrın 19-da saat 23 radələrində Qazax rayonunun 2-ci Şıxlı kəndində Tovuz rayon sakini Ramin Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Ağcabədi rayon sakini Etibar Məmmədovu vurub. Xəstəxanaya yerləşdirilmiş E.Məmmədov dünən orada ölüb.
BDYPİ tərəfindən araşdırma aparılır.
Noyabrın 20-də saat 21 radələrində Cəlilabad rayonunun Alar kəndində müəyyən edilməmiş avtomobillə yolu keçən rayon sakini Niyaməddin Əliyev vurulub v o, hadisə yerində ölüb.
BDYPİ tərəfindən araşdırma aparılır.
Noyabrın 20-də saat 23 radələrində Beyləqan şəhərində də baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Füzuli rayon sakini Dünyagir İbişov idarə etdiyi “Mercedes” markalı avtomobili su kanalına aşırıb və hadisə yerində ölüb. Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.
Noyabrın 19-da saat 13 radələrində Yasamal rayonunun A.Şərifzadə küçəsində yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulan Bakı şəhər sakini Tünzalə Əliyeva dünən xəstəxanaya müraciət edib və ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Yasamal RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Fidan
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO










