Yola baxmadan hərəkət edən “VAZ” sürücüsü “Naz Lifan”ı vurub aşırdı - ANBAAN VİDEO

İsmayıllıda baş vermiş yol qəzası anbaan avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl günorta saatlarında qeydə alınıb. Belə ki, “VAZ-2106” markalı maşın hərəkətdə olan “Naz Lifan” markalı avtomobillə toqquşub. Kadrdan da göründüyü kimi, “VAZ”ın sürücüsü yola baxmadan hərəkətə başlayıb. Nəticədə o, görüntünü qeydə alan maşına dəyərək qəzaya səbəb olub. Zərbənin təsirindən “Naz Lifan” aşıb. Xoşbəxtlikdən sürücü xəsarət almayıb.
Xatırladaq ki, qanunvericiliyə görə, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə siqnal verməli və daxil olacağı zolağın boş olduğuna əmin olduqdan sonra manevri həyata keçirməlidir.
Nərmin
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB
Qaradağda zəncirvari qəza: 4 maşın bir-birinə girdi - VİDEO
Ötmə qaydasını pozan sürücü qəza törətdi; sərnişin ÖLDÜ - VİDEO












