Zərdabda yol qəzası olub, ölən və xəsarət alanlar var

Zərdabda ölümlə nəticələnən yol qəzası baş verib.
Avtosfer.az-ın xəbərinə görə, hadisə gecə saatlarında Ucar-Zərdab yolunun Zərdab rayonunun Çallı kəndindən keçən hissəsində qeydə alınıb. "QAZel" markalı yük maşını ilə "Toyota prius" markalı minik maşını toqquşub. Nəticədə minik maşınının sürücüsü, Ucar rayonunun Xalac kənd sakini, 1995-ci il təvəllüdlü Həsən İsa oğlu Cəfərov hadisə yerində ölüb. Yük maşınının sürücüsü, Zərdab rayonunun Çallı kənd sakini Sadiq Qiyas oğlu Qinyazlı isə xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya bildirilib ki, dekabrın 29-da saat 23 radələrində Zərdab-Ucar yolunun Zərdab rayonunun Çallı kəndi ərazisindən keçən hissəsində Sadiq Qinyazlının idarə etdiyi "QAZel" markalı nəqliyyat vasitəsi ilə Həsən İsa oğlu Cəfərovun idarə etdiyi “Toyota” markalı nəqliyyat vasitəsi toqquşub.
Hadisə nəticəsində "Toyota" markalı avtomobilin sürücüsü hadisə yerində vəfat edib.
"QAZel" markalı nəqliyyat vasitəsinin sürücüsü S.Qinyazlı, eləcə də həmin nəqliyyat vasitəsində olan bir nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı Zərdab RPŞ-də araşdırmalar aparılır.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












