Bunu edənlərin NƏZƏRİNƏ: 500 manatadək cərimə olunacaqsınız!

Sosial 27 İyun 2026 14:07
Bunu edənlərin NƏZƏRİNƏ: 500 manatadək cərimə olunacaqsınız!
WhatsApp kanalımıza abunə olun

Müxtəlif nəqliyyat vasitələrində tütün çəkilməsinə görə tətbiq edilən cərimələr müəyyənləşdirilib.
Avtosfer.az Ajans.az-a istinadən xəbər verir ki, hava nəqliyyatında tütün çəkən şəxslər 500 manat məbləğində cərimə edilir.

Dəmir yolu nəqliyyatında və dəniz, çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə tütün çəkilməsinə görə 40 manat cərimə nəzərdə tutulur.

Metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda tütün çəkən şəxslər isə 50 manat məbləğində cərimə edilirlər.

Bundan başqa, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində tütün çəkilməsinə görə 50 manat məbləğində cərimə tətbiq olunur.

Oxunub : 658
ŞƏRH YAZ
Ad

E-mail

Şərh