Salam.oğul anasının maçının ehtibarname olmadan idare ede biler?
Alik | 6 Yanvar 2022 00:40
Salam. Xeyr. Mütləq etibarnamə olmalıdır.
Avtosfer.az | 7 Yanvar 2022 12:29
Dizelnen işleyen maşinlara ekologiya cerimesi düşür?
Alik | 6 Yanvar 2022 00:36
İşlənmiş qaz normadan artıq çıxırsa cəriməsi var.
Avtosfer.az | 7 Yanvar 2022 12:28
2013 niva urban yigilib senede qeyd olunmayıb qanunla cəriməsi varmi
Ulvi | 5 Yanvar 2022 22:52
Heç bir cəriməsi yoxdur. Bu cür dəyişikliyə görə sənədə nəsə yazılmasına da ehtiyac yoxdur.
Avtosfer.az | 7 Yanvar 2022 12:23
Salam F30 2015 m3 yigilma qeyd olunub texpasportda mende sesbogucunu deyishib bashqa sesbogucu qoymusham 2 cixishli tustu cixi dyp emekdashi saxladi meni dayanacaq apardi ki ancaq m3 oz orginal sesbogucusunu qoya bilersen bu konstruksiya deyishikliyidi .Bele halda hansi qanun pozuntusu var? deyir ses db normaldi amma qazani deyishmisen deye duracaqa getmelisen . onceden tesekurler
Afin | 5 Yanvar 2022 20:50
Salam. Siz heç bir qaydanı pozmamısınız. Buna görə də nə cəriməsi var, nə də ki, maşın duracağa getməməlidir.
Avtosfer.az | 7 Yanvar 2022 12:22
Salam bizim maşını 511.1 maddəsi adıyla cərimə meydançasına apardılar pratakolsuz BDYPİ də adam qalmadı şikayət etməyək ki həmin maddəylə maşın cərimə meydançasına getməməlidi və avtoxuliqanlığa aid heçnə sübut edə bilmədilər başladılar burjun kəsiydi nəmm nədi axırdada arxa stopa görə guya qanunsuzdu buraxmadılar nə pratakol var nə bişey kimin yanına geddiy dedi ged deyirəm verir maşını ancaq hamı boş oldu süründürməçiliy bütün günü hələdə maşın ordadı.bilmirsiz nədi istəyləri maşını buraxmıllar və pratakol yazmıllar
Tofiq | 5 Yanvar 2022 20:05
Salam. Məhkəməyə müraciət edin.
Avtosfer.az | 7 Yanvar 2022 12:21
Salam axşamınız xeyir. Zehmet olmasa yardımçı olardınız. Mən yolnan geldiyim yerde qarşımda ki maşın sag solağdan sol da olan dongeye girmek isteyerken qarşıma çıxdı qeza veziyeti yaratdı mən maksimum olaraq sola çekdim sadece solda bir trrefli yolda parklanmış yuk maşınına deydim ( amma qeza şerayiti yaradana deymedim) DYP emekdaşı yaxışarağ mənə və qeza şeraiti yaradana cerimetedbiq edeceyini soyledi və səsnətləri goturdu. Mənə qəzaya gore 40 manata qezaşeraiti yaradana sef etmirem se 80+ 4 bal. Məni maraxlandıran oduki menim maşınımın temirine hec kim yaxın durmur ne qayi emekdaşı nə dəki Sigorta. Maşını ozum trmir etdireceyimi soylediler. Xahiş edirem yardımçı olasınız
Nicat | 5 Yanvar 2022 18:53
Salam. Bu vəziyyətdə hər ikiniz məsuliyyət daşıyırsınız. Qanun deyir ki, qəza vəziyyəti yarananda öncə tormoz vermək lazımdır. Maşını sağa-sola çəkib başqa maşını vurursunuzsa sizdə də günah var.
Avtosfer.az | 7 Yanvar 2022 12:17
Salam. Masinin arxa suse temizleyeninin olmamasinin cerimesi ne qederdir ?
Rufet | 5 Yanvar 2022 18:03
Salam. Buna görə cərimə nəzərdə tutulmayıb. Qanunda ön şüşə silgəclərinin olmamasına görə cərimə nəzərdə tutulub.
Avtosfer.az | 7 Yanvar 2022 12:09
Bizim maşında normalda 2 yarım di elaveynen 3 yarım olub bunun cermesini bilmey istiyirik 1 de duracağa aparılır?
Rəvan | 5 Yanvar 2022 17:50
Buna görə cərimə nəzərdə tutulmayıb. Maşın da duracağa aparıla bilməz.
Avtosfer.az | 7 Yanvar 2022 12:08
Maşının qabaq hissəsində nömrə hara vurulmalıdı
Elvin | 5 Yanvar 2022 17:44
Zavod yeri hara təyin edibsə ora qoyulmalıdır.
Avtosfer.az | 7 Yanvar 2022 12:07
Salam menim suruculuk vesiqem mehdudlssdirmadan qurtaribmi deyr melumat isdeyrem
Murad | 4 Yanvar 2022 23:25
Salam. Bunu DYP-dən soruşa bilərsiniz.
Avtosfer.az | 5 Yanvar 2022 15:27
Salam.arxa kemerin olmamasina gore qayi cerime yaza biler?
Ozal | 4 Yanvar 2022 22:04
Salam. Nasalığı aradan qaldırmaq mümkün olmadığı halda 50 manat cəriməsi var.
Avtosfer.az | 5 Yanvar 2022 15:27
Salam.maşinim vaz 2107dir.arxa yan suseler 25% tüntdür.ama qabaq yan şüşeler şeffafdir.arxa yan şüşeye gore polis meni cerime ede biler?
Ozal | 4 Yanvar 2022 21:58
Salam. Arxa yan şüşəyə görə cərimə yaza bilməz.
Avtosfer.az | 5 Yanvar 2022 15:26
Salam. Masinin on terefdeki nomresini patprese qoyulmasi qayda pozuntusudur? Eledirse cerimesi ne qederdir? Zehmet olmasa cavablandirardiz
Zohrab | 4 Yanvar 2022 21:31
Salam. Ön şüşəyə vurmaq olmaz. 40 manat cəriməsi var.
Avtosfer.az | 5 Yanvar 2022 15:25
Salam men ford transid almışam her terefinde 1 lisd resor var onun cermesi neqederdi 1 de buna göre duracağa aparala bilermi
Rəvan | 4 Yanvar 2022 20:53
Salam. Normalda resor neçə dənə olur?
Avtosfer.az | 5 Yanvar 2022 15:25
Wekildeki kimi arxani yigmaqa hansisa cerime var ?
Emrali | 4 Yanvar 2022 18:35
Xeyr. Heç bir cəriməsi yoxdur.
Avtosfer.az | 5 Yanvar 2022 15:24
Salam 1 ci sualım budur ki inspektor pratakol yazmadan avtomobili cərimə meydançasına apara bilərmi.2ci sualım budur ki nahaqdan inspektor avtomobili cərimə meydançasına aparmaqı tələb edsə getməyə bilərəmmi.misalçun deyir avtoxuliqansan 511 ci maddəylə maşın duracaqa qoyulmalıdır təbiiki 511 ci maddəylədə bilirəm ki maşın duracaqa getməməlidi mən öz bildiyimi edib getməyə bilərəmmi,çünki dəfələrlə məni 3 gün 4 gün nahaqdan cərimə meydançasında saxlıyıb sonra verirlər maşını buda süründürməçiliyə gətirib çıxarır harada şikayət edirəm baxılmır
Tofiq | 4 Yanvar 2022 02:16
Salam. Cərimə meydançasına aparılanda mütləq protokol yazılmalıdır. Avtoxuliqanlığa görə aparmamalıdırlar. Aparan zaman etiraz edə bilərsiniz.
Avtosfer.az | 5 Yanvar 2022 15:24
Salam 37BA245 nomreli maşin lazimdir onun hardan tapmaq olar?
Murad | 3 Yanvar 2022 23:51
Salam. Yalnız DYP-yə müraciət etməlisiniz.
Avtosfer.az | 5 Yanvar 2022 15:22
Salam vaz2107də arxa stoplari diyot işiqlarla yiğmağin cəriməsi var varsa necedir?
Esqin | 3 Yanvar 2022 22:23
Salam. Normal rejimdə işləyirsə quraşdırmaq olar.
Avtosfer.az | 5 Yanvar 2022 15:22
Salam. Arxa stopa 15 % lik tund qirmizi plyonka cekmek ne qederdi cerimesi
Əlirahib | 3 Yanvar 2022 21:29
Salam. 150 manat cəriməsi var.
Avtosfer.az | 5 Yanvar 2022 15:21
Salam. Arxa prujna heç bir müdaxilə olunmayıbsa prjun olubse ona cərimə düşür
Fariz | 3 Yanvar 2022 21:11
Salam. Bu halda cərimə yazıla bilməz.
Avtosfer.az | 5 Yanvar 2022 15:20
Salam.
Komekci yoldan saga donerek esas yola kecirdi ve bu zaman sagdan masin gelib yandan vurdu. Gunah kimdedir? Diger masin sahibi deyir sen meni sixisdirmisan
Bagir Ismayilov | 3 Yanvar 2022 19:59
Salam. Video olmadan qəzaya şərh vermirik.
Avtosfer.az | 5 Yanvar 2022 15:20
Salam
masin menim adimadir atam idare etdiyi zaman saxlanilib ve ona ickili olmadigi halda sadece etibarname ustunde olmadigi ucun masin cerime meydancasina aparilib.Hec bir protokol yazilmadan ve surucuye teqdim olunmadan.BAS DOVLET YOL POLIS IDARESINE YAXILASDIGDA ORDA PROTOKOLU ISTEDIK BIZE VERILMEDI .VE SIFAHI SEKILDE ICKILI OLDUGU DEYILDI .VE 3 GUNDU MASNI CERIME MEYDANCASINDA SAXLAYIRLAR.EYER ICKILIFDISE HEKIMREYI OLMADANN NE QERAR CIXARDIBLAR. VR NIYR GORE 3 GUNDUR SISTEME VURULMUR.
Rauf | 3 Yanvar 2022 17:07
Salam. Bu barədə DYP-yə rəsmi ərizə ilə şikayət edə bilərsiniz.
Avtosfer.az | 5 Yanvar 2022 15:19
Maşnin burjun qizdirib arxasi slamaga icaze var?
Nurlan | 3 Yanvar 2022 16:48
Xeyr. 150 manat cəriməsi var.
Avtosfer.az | 5 Yanvar 2022 15:18
Salam. Bna terefinden 20 azn cerime olunmusham. Bu cur cerimeler ne qeder qanunidir?
Tabriz | 3 Yanvar 2022 15:18
Dayanma-durmanı qadağan edən nişan varsa qanunidir.
Avtosfer.az | 5 Yanvar 2022 15:11
Salam.Maşın X-Trell 2008-ci il,2.5 motor öz adıma keçirmək xərcini deyin.
Elçin | 3 Yanvar 2022 12:12
Salam. Bu linkdən hesablaya bilərsiniz.
https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 5 Yanvar 2022 13:19
Salam. Cehvrolet cruze sport purjin qoyulsa cerime var?
Omer | 2 Yanvar 2022 23:45
Salam. 150 manat cəriməsi var.
Avtosfer.az | 5 Yanvar 2022 13:18
Yolun ustunluyu olmuyan surucu qabaqimdaki maşının qabaqina risqi çixaraq hemen surucu tormuz eylecini vuraraq onu arxadan vurdum gunahi kimde tutula biler
Ruslan | 2 Yanvar 2022 22:35
Video olmadan qəzaya şərh vermirik.
Avtosfer.az | 5 Yanvar 2022 13:18
Salam avtomobilin yan güzgülərini dəyişib başqa cür güzgü qoymaq qayda qozuntusu sayilirmi
Vüsal | 2 Yanvar 2022 20:40
Salam. Xeyr qayda pozuntusu deyil. Amma arxanı rahat görməyi təmin edin.
Avtosfer.az | 5 Yanvar 2022 13:17
Salam. Men 07 masina 1000 watliq sesguclendirici qoymaq isdeyirem cerimesi varmi? Varsa ne qederdi? Cerime yoxdusa istifadesi necedi saat yasayis menteqesi daxilinde kenarinda ?
Ramal | 2 Yanvar 2022 19:27
Salam. Cəriməsi yoxdur. Saat 24:00-dan 07:00-dək yüksək səslə qulaq asmaq olmaz.
Avtosfer.az | 5 Yanvar 2022 13:15
Salam, avtoqeza zamani masinin ban nomresi zerer gorub orda qaynaq isi aparmaq ucun ne etmeliyem? Zehmet olmasa cavablandirardiz
Elvin | 2 Yanvar 2022 12:23
Salam. Bu barədə DYP-yə rəsmi müraciət edin.
Avtosfer.az | 5 Yanvar 2022 13:13