SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Salam sürücülük imtahanına hər həftə getmək olar yoxsa 2 həftədən birdir .Qnunda necədir.xaiş edirəm cavablandırsınız.Təşəkkür edirəm
Bayram | 27 Noyabr 2021 10:55
Salam. Bu qanunla tənzimlənmir. İmtahan günlərini DYP-dən soruşa bilərsiniz.
Avtosfer.az | 29 Noyabr 2021 14:45
Savet maşınına formula vitour yeni 215 təkərini qoymaqın cərməsi var?
Fikrət | 27 Noyabr 2021 01:39
Əgər zavod həmin ölçüyə icazə vermirsə quraşdırmaq olmaz.
Avtosfer.az | 29 Noyabr 2021 14:44
Salam avtomobil nomresini nece manata ada kecirmek olar?
Elsever | 27 Noyabr 2021 00:37
Salam. 47 manata.
Avtosfer.az | 29 Noyabr 2021 14:43
Salam.mende avtomobilde qazan sistemi deyişilib magnaflow sistem quraşdirilib ve bu sistemde arxa qazan yoxdur,qatalizator ver orta qazan varidir ,ses desibelide 78 çixir buna göre cerime var ? Qeyd edimki heminki sistem senetli subutlu hemin aftomobil üçün nezerde tutulub
Roma | 27 Noyabr 2021 00:29
Salam. Səs desibeli 74-dən çox olmamaldır.
Avtosfer.az | 29 Noyabr 2021 14:43
Salam masinin faralarina ve stoplarina plonka vurmaq cerimedirmi?
Nicat | 26 Noyabr 2021 23:02
Salam. Bəli. 150 manat cəriməsi var.
Avtosfer.az | 29 Noyabr 2021 14:42
Salam eyer avtomobilde arxa purjun kesilibse ..cerime meydançasına aparıla bilermi
İlkin | 26 Noyabr 2021 22:43
Salam. Bəli aparıla bilər.
Avtosfer.az | 29 Noyabr 2021 14:40
Salam ön ve arxa faralara 10 ve ya 15 %lik plyonka vurmaq olar?
Ülvi | 26 Noyabr 2021 21:22
Salam. Olmaz, qadağandır.
Avtosfer.az | 29 Noyabr 2021 14:39
Salam masinin sigortasi bitdiyde cerime gele bilermi?ve onu nece yoxlamaq olar
Kenan | 26 Noyabr 2021 20:56
Salam. Sığorta bitən günün səhərisi maşını sürsəniz kamera vasitəsi ilə cərimələnə bilərsiniz. Sığortanın vaxtını öyrənmək üçün maşınınızı sığortaladığınız şirkətə zəng edib soruşa bilərsiniz.
Avtosfer.az | 29 Noyabr 2021 14:17
Salam. Men Türkiyede telebeyem yeni Türkiyede yaşayıram sürücülük vesiqesi almaq isteyirem ama maddi imkanım el vermir Azerbaycana qayıdım vesiqeni alıb tezden geri gelim sualım budur ki men Türkiyeden sürücülük vesiqesi alsam gelecekte ne vaxtsa Azerbaycana qayıdanda orda keçerli olacaqmı yoxsa birdahamı imtahan verib Azerbaycanın sürücülük vesiqesini almalıyam?
Seymur | 26 Noyabr 2021 20:04
Salam. Türkiyədə aldığınız vəsiqə Azərbaycanda da keçərli olacaq. Yenidən imtahan verməyə ehtiyac yoxdur.
Avtosfer.az | 29 Noyabr 2021 14:15
Salam VAZ 21099 avtomobilinin arxa purjun sayı nece dene olmalidir
İlkin | 26 Noyabr 2021 19:28
Salam. Bunu biz bilmirik. Mağazadan yenisini alıb baxa bilərsiniz.
Avtosfer.az | 29 Noyabr 2021 14:13
salam w 203 kuza arxa purjunlar deyshib sport purjun qoymusham buna herhansisa bir cerime dushur ? meni saxlayib deyirler senetine amg yazilmalidi. onceden teshekkurler
tuqay | 26 Noyabr 2021 18:54
Salam. AMG yazılması qanunda nəzərdə tutulmayıb. Amma quraşdırdığınız yaylar normativ tələbi pozursa qadağandır.
Avtosfer.az | 29 Noyabr 2021 14:13
Salam Tayota carolla masinda iwiq sisteminde amerkankani qowdrb tek onan sursem cerime var?
Serxan | 26 Noyabr 2021 15:55
Salam. 150 manat cəriməsi var.
Avtosfer.az | 26 Noyabr 2021 16:21
Salam arxa lemerlerin olmamasina gore mawin duracaga qoyula bilermi mence yox cunki nasazlig hesab olunur 50 manat cerimedi ve protokolsuz mawini atiblar cerime meydancasina
Ibrahim | 26 Noyabr 2021 13:36
Salam. Maşın duracağa aparıla bilməz. Nasazlıq aradan qaldırıla bilmədikdə 50 manat cəriməsi var.
Avtosfer.az | 26 Noyabr 2021 16:20
Salam vaz 2107 ye fiat rulu qoysam cerime düşür ona?
Əmrah | 26 Noyabr 2021 05:34
Salam. Cəriməsi yoxdur. Bu linkə daxil olub ətraflı məlumat ala bilərsiniz. https://avtosfer.az/az/oyrenek/fiat-rulu-na-gore-cerime-yazila-bilermi-qanunsuz-deyil-68559
Avtosfer.az | 26 Noyabr 2021 16:19
Salam baqlwlayln narahat edirem atam dunyasln deyiwib asan xidmetden vereselik almlwlq hemen vereselik senetiyle mawlnl adma keciriremse nece manat dovlet rusumu ola biler
Abduleli | 25 Noyabr 2021 21:32
Salam. Allah rəhmət eləsin. 25 manat qeydiyyat şəhadətnaməsinin rüsumunu ödəyəcəksiniz.
Avtosfer.az | 26 Noyabr 2021 16:12
Salam ,menim maşınım vaz2105 dir- hemin maşına vaz2107 avadanlıqları yerleşdirmek isteyirem bunun üçün hansı senedleri düzeltmek lazımdır
Elnur | 25 Noyabr 2021 17:54
Salam. Bunun üçün heç bir sənədə ehtiyac yoxdur.
Avtosfer.az | 26 Noyabr 2021 16:08
Salam. 4 avtomobil dalbadal toqquşub. Mənim maşınım sonuncudur. Maşında böyük zədə yoxdur - azca kapot əzilib. Bu gün baş DYP-də olduğ. Bizə ekspertiza təyin edilib. Dedilər ki evakuator göndərəcəklər. Sürücülük vəsiqəsini və tex-pasportu alınıb əvəzinə bir kağız verilmədi. Expertiza həqiqətən təyin edilibsə, neçə günə maşın aparılmalıdır və aparılan sonra neçə günə qaytarılmalıdır? Cavabınıza görə çox sağ oıun.
Chingiz Avishov | 25 Noyabr 2021 13:55
Salam. Qəzada bədən xəsarəti yoxdursa maşın duracağa və ekspertizaya göndərilə bilməz.
Avtosfer.az | 26 Noyabr 2021 16:03
Salam mənim masini surməyə etibarnaməm yoxdu bele ickili tutulsam cəmiməm necə manat olar
Elçin | 25 Noyabr 2021 13:11
Salam. Cəriməsi budur: 333.1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.
Avtosfer.az | 26 Noyabr 2021 16:02
Mawinin matoru tam yararsiz vezyetdedir bawqa bir mator var nomrsi yoxdu senetide yoxdu hemin matoru texpasporta saldirmaq mumkundurmu
Əşrəf | 25 Noyabr 2021 10:36
Bəli mümkündür. Bu linkə daxil olub ətraflı məlumat ala bilərsiniz. https://avtosfer.az/az/oyrenek/senedsiz-muherriki-qeydiyyata-aldirmagin-qanuni-yolu-rusumu-budur-vi%CC%87deo-159658
Avtosfer.az | 26 Noyabr 2021 15:59
Salam mende panarama e240 2,6 matordu meni ypx saxlayib avtomobilin arxa qazanlarina baxib dediki arxa qazanlar deyisilib elave qurgu sayilir. men onu ses desibeli ile olcdurmusem 74 desibelden artiq deyil Eger ses desibeli uygundursa bu arxa qazanlar elave avadanliq kimi sayilir ve cerimesi var?bunuda vurgulayimki ypx ses gucunu esidib saxla emri verib
Qismet | 25 Noyabr 2021 02:08
Salam. Buna görə cərimə yazıla bilməz.
Avtosfer.az | 26 Noyabr 2021 15:50
Salam.Texpasportda ban nömrede 1 herf sehv yazılıb.Bunu nece duzeltmek olar ve buna göre mene cerime yazıla bilermi?
Coşqun | 24 Noyabr 2021 23:06
Salam. Buna görə cərimə yazıla bilməz. DYP-yə rəsmi şikayət edin düzəltsinlər. Bunun üçün rüsum ödəməli deyilsiniz.
Avtosfer.az | 26 Noyabr 2021 15:49
Salam. Maşında yatmaq qanunsuzdu? (Cemiyyetden uzaq ve yaxudda maşını saxlamaq üçün uyğun yerlerde)
Sara | 24 Noyabr 2021 19:59
Salam. Qanunsuz deyil.
Avtosfer.az | 26 Noyabr 2021 15:46
Lütfi zadə kucesinde düz xətt tapdalamisam baş idaredennn çağırıldım mesele burasindadiki görüntü telefonla çəkilib cerime düşür?
Tural | 24 Noyabr 2021 15:42
Qayda pozmusunuzsa cərimə düşür.
Avtosfer.az | 26 Noyabr 2021 15:45
Bmw x5 .modeli yigilar m pakete ve burda istifade olunan detallar bulerler ve arxa qazan bu mawinin ses sisteminde deyiwiklik olmuyub desibeli yukseldilmeyib bu masinda texpasportta qeydiyyat aparmaga ehtiyac var ya yox
Eliyar | 24 Noyabr 2021 12:41
Xeyr. Bu dəyişikliklər qeydiyyat şəhadətnaməsinə yazılmır.
Avtosfer.az | 26 Noyabr 2021 15:45
Salam. Maşına qanuni şekilde ses guclendirici quraşdirmaq olur? Exhaust system qoşdurmaq isteyirem ama nece edimki yol polisi ilişmesin? Teşekkürler
Əli | 24 Noyabr 2021 12:20
Salam. Səsgücləndiricini musiqi dinləmək üçün quraşdırırsınızsa heç bir problem yoxdur. Onun normativi olmadığı üçün rahat şəkildə quraşdıra bilərsiniz.
Avtosfer.az | 26 Noyabr 2021 15:43
Salam bu gun koroglu metro stansiyanin yaninda BNA emekdasi sekil cekib cerime yazdi.yalniz men yol nisanini kecmeden dayanib avtomabilimnen tanislarimi dusurdurdum yol nisani menim onumdeydi buna baxmayaraq cerime yazildi. Birde qeyd etmek isteyirem ki fotoya diqqet etseniz yol nisani olan sekil baska vaxt cekilib real zaman deyil.
Ramil | 24 Noyabr 2021 09:50
Salam. Cərimə düzgün yazılıb. Çünki nişandan əvvəl yolayrıcıdır. Qanunda göstərilib ki, yolayrıcından 5 metr aralıda dayanmaq lazımdır. Ona görə də siz qaydaları pozmuş hesab olunursunuz.
Avtosfer.az | 26 Noyabr 2021 15:40
salam maşınla törədilən hansı əməllər avtoxuliqanlığ sayılır ?
Ferid | 23 Noyabr 2021 23:48
Salam. İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsində qeyd olunan hallar avtoxliqanlıq sayılır.
Avtosfer.az | 26 Noyabr 2021 13:30
Salam mənim cərimələrlə bağlı bir neçə sualım var. Cavablasaz çox sevinərəm. Maşında qabağ və ya arxa faralardan birini çıxartmağın cəriməsi nə qədərdi ? Müəyyən səbəblərə görə Maşının qabağ dövlət qeydiyyat nişanını söküb qabağ ön şüşəyə vurmuşduğ. Bizi DYP yol polisi əməkdaşı bununla bağlı cərimələyə bilərmi və cəriməsi nə qədərdi ? Birdə maşının işığlarının ledlərnən əvəzolunması, arxa zadni işığların yanıb-sönən ledlərlə əvəz olunması qanunla qadağandırmı və cəriməsi nə qədərdi ?
Fərid 012 | 23 Noyabr 2021 23:41
Salam. 1) Faranın çıxarılması nasazlıq kimi qeydə alınır. O nasazlığı aradan qaldıra bilmədikdə 50 manat cəriməsi var. 2) Qeydiyyat nişanının yerində olmamasına görə 40 manat cərimə yazıla bilər. 3)Yanıb-sönən işıqların 150 manat cəriməsi var.
Avtosfer.az | 26 Noyabr 2021 13:29
Mende mersedec-vito avtomobilin var.texpasportdan 5+1.men onu meroda deyiwib 6+1ve ya 7+1ede bileremmi? Bileremse rusumu ve ne etmek lazimdi? Cavabiniza gore tewekkur
Anar | 23 Noyabr 2021 22:54
Əgər zavod ona 5+1 oturacaq sayı quraşdırıbsa, ondan əlavə quraşdırmaq olmaz.
Avtosfer.az | 26 Noyabr 2021 13:27
Salam eyer masin ucun yeni mator alinarsa texpasportda qeyd olunmasi ucun ne qeder vesait odenilmelidir?
Həsən | 23 Noyabr 2021 19:14
Salam. Bu linkə daxil olub ətraflı məlumat ala bilərsiniz. https://avtosfer.az/az/oyrenek/senedsiz-muherriki-qeydiyyata-aldirmagin-qanuni-yolu-rusumu-budur-vi%CC%87deo-159658
Avtosfer.az | 26 Noyabr 2021 13:26