Salam. Məndə bmw F10 markalı avtomobildir. Avtomobil Amerikada olarkən qazanı dəyişdirilib. Yəni bizim ölkəyə bu formada daxil olub və texniki baxışdan bu formada keçib. Qazandan çıxan səs səs desibelini keçmir. Bu qazanın qanuni olduğunu təsdiq etmək üçün hansısa sənəd alınmalıdırmı? Və kim tərəfindən?
Tofiq | 8 Noyabr 2022 07:22
Salam. Belə şeylərin sənədi olmur. Əsas odur ki, qoyulan qazan BMW F10-a aid olsun və normativ tələbləri pozmasın.
Avtosfer.az | 13 Noyabr 2022 10:47
Salam. Vectra b. Kapot ,dam ve bagaj rengini ayri rengde boyatdirmag isteyirem. Dovlet qaydada nece bas verir bu prosess? Rusumu nedi ve hara yaxinlasmaliyam. Teshekkur edirem. Ve birde eyer masin bir reng ve onu diger renge deyismek istesem ne etmeliyem. Yenede trsekkur edirem.
Roma | 8 Noyabr 2022 06:16
Salam. Siz DYP-yə rəsmi ərizə ilə müraciət edin. Onlar nə cavab versə ona uyğun hərəkət etməli olacaqsınız.
Avtosfer.az | 13 Noyabr 2022 10:45
Salam, əvvəla maarifləndirici cavablara görə təşəkkür edirəm. Sualım bundan ibarətdir;
Saytda dərc olunan Bmw markalı avtomobillərdə boru ilə quraşdırılan ikinci çıxış məqalədə dərc olunan şəkildəki kimi olarsa qanunidirmi? Əgər qanunidirsə, mənim də avtomobilində eyni qaydada quraşdırılıb və səsi 74db-i keçmir. Buna baxmayaraq DYP eməkdaşı bu məqaləni ona təqdim etdikdə məhəl qoymur və bu məqalənin yanlış olduğunu qeyd edir, cərimə meydançasına aparır. Bu kimi hallarda biz sürücülərin hansı addımı atmağımızı məsləhət görürsünüz(DYP əməkdaşına cavab və ya hüququmuzun pozulmasına imkan verilməsəsi mənasında)?
Emil | 8 Noyabr 2022 03:18
Salam. Bunun çıxış yolu odur ki, protokol yazılandan sonra məhkəməyə müraciət edəsiniz.
Avtosfer.az | 13 Noyabr 2022 10:43
Salam. Mende Opel Astra H qabag faralara led qoysam cerimesi var?
Emrah | 7 Noyabr 2022 22:50
Salam. Şifahi şəkildə heç nə demək olmur. Mütəxəssis baxıb deməlidir. Yaxşı bir mütəxəssis tapın.
Avtosfer.az | 13 Noyabr 2022 10:42
Salam. Benson rengli patprese icaze var?
Emrah | 7 Noyabr 2022 22:48
Salam. Şəffaflıq 75 faizdən az deyilsə icazə var.
Avtosfer.az | 13 Noyabr 2022 10:41
Maşına kruwitel qowdurub ses coxaltmaq cerimesi ne qederdi ve cerme meydancasina aparmaq olarmi yeni elave avadanliq qowulsa pultnan sondurulde ses coxaldici cerimesini odeyib sokdure bileremmi ?
Senan | 7 Noyabr 2022 21:06
500 manat cəriməsi var. Cəriməni ödəyib sökdürə bilərsiniz.
Avtosfer.az | 13 Noyabr 2022 10:40
Salam. Maşının ön alın şüşəsinin dəyişdirilib rəngli şüşə (el arasında fiolet patpres) qoyulması qadağandır? Qoyulmasına istisna varsa lisenziya şərti və s kimi zəhmət olmasa qeyd edərsiz hansı halda rəngli şüşədən istifadə etmək olar.
Aqil | 7 Noyabr 2022 16:17
Salam. 1 halda icazə var ki, şəffaflığı 75 faizdən az olmasın.
Avtosfer.az | 13 Noyabr 2022 10:39
Salam dunen size bir sual unavanlamisdim ama cavab olmadi zehmet olmasa cavablandira bilersizmi
Asif | 7 Noyabr 2022 14:36
Salam. Dünən cavab verilib.
Əgər rənglər solubsa, həqiqətən də hansı rəng olması bilinmirsə duracağa aparıla bilər. 4 bal 60 manat da cəriməsi var.
Avtosfer.az | 13 Noyabr 2022 10:37
Salam 77 XL 017 bu nomrenin qiymeti ne qederdi?
Əflan | 7 Noyabr 2022 09:57
Salam. Qanuni rüsumu 30 manat.
Avtosfer.az | 13 Noyabr 2022 10:36
Salam mende bmv E36 var onda arxa teker enlidi icaze varmi birZda asagidi.. ve men isteyirem qapilari yuxari acilan petlelerden qoyum onun ucun sened lazimdimi?
Aziz | 6 Noyabr 2022 23:09
Salam. Təkərlər bağlı zavod hansı ölçünü veribsə həmin ölçüdən kənara çıxmaq olmaz. Qapının yuxarı açılmasına isə heç bir problem yoxdur.
Avtosfer.az | 12 Noyabr 2022 12:00
Salam men Rusiyadan masin getirmek isteyirem depozit qoyub şərtlərlə nece maraqlana bilerem
İbrahim | 6 Noyabr 2022 22:12
Salam. Bunu Gömrük Komitəsindən maraqlanmağınızı tövsiyə edirik.
Avtosfer.az | 12 Noyabr 2022 11:59
Salam ,mənim 2 sualım var.
1 )mən maşını ayrı adamın adına onun iştiraki olmadan keçirdə bilərəm?
2) mən maşını öz adımdan çıxara bilərəm?
Namiq | 6 Noyabr 2022 21:54
Salam.
1) Xeyr
2) Yalnız çıxdaş edərək öz adınızdan çıxara bilərsiniz.
Avtosfer.az | 12 Noyabr 2022 11:58
Salam man mawin alarkan malum oldu ki aldigim waxsda olan 2060 ci il qadar baw etibarnama mulkiyyatcinin vafat sababindan quvvadan duwub biz hamin etibarnamasi olan waxsla birlikda hamin vafat edanin varasalarini tapdiq va onlardan bu amlakla bagli mulkiyyat etibarnamasi aldiq indi o etibarnama ila mawinin qeydiyyatini dayiwa bilmirik xahiw ediram qanunun bu haqda na dediyini biza izah edasiniz
Sahman | 6 Noyabr 2022 21:51
Salam. Nə deyib imtina edirlər?
Avtosfer.az | 12 Noyabr 2022 11:57
Salam avtamabilde nomre nisaninda reqemler qaydadisindadi sadece bayragin boyasi solgundur bu halda avtamabil cerme meydancasina aparilip cerme yazila bilermi
Asif | 6 Noyabr 2022 20:24
Salam. Əgər rənglər solubsa, həqiqətən də hansı rəng olması bilinmirsə duracağa aparıla bilər. 4 bal 60 manat da cəriməsi var.
Avtosfer.az | 12 Noyabr 2022 11:53
На задний стоп винил разрешено?
Habil | 6 Noyabr 2022 18:13
İşıq cihazlarına vinil çəkmək qadağandır.
Avtosfer.az | 12 Noyabr 2022 11:52
Dyp da 18azn cerime neyin cerimesidir?
Pervin | 6 Noyabr 2022 15:42
Dayanma durma.
Avtosfer.az | 12 Noyabr 2022 11:51
Salam menim avtomobilim 2013 il nivadir men nivaya urban buferleri qoydurmusam senedde unversal yazilib buna gore mene cerime yazila bilermi umumiyyetle bu qanunla duzgundurmu
Ruslan | 6 Noyabr 2022 09:49
Salam. Buna görə cərimə nəzərdə tutulmayıb.
Avtosfer.az | 12 Noyabr 2022 11:51
Salam. Icbari sigortanin vaxti bitibmis ve mene bununla bagli hec bir melumat gelmede cerime yazilib. Asanpayden qeydiyyatliyam,nomremde aktivdir.texniki baxisla bagli son tarixle bagli melumat gelsede.sigorta ile bagli gelmeyib. Men bununla bagli her hansi sikayet erizesi vere bilermmi? Tesekkurler
Ali Aliyev | 6 Noyabr 2022 02:53
Salam. Qanunda bununla bağlı sürücüyə xəbərdarlıq edilməsi nəzərdə tutulmadığı üçün şikayətinizin heç bir nəticəsi olmayacaq.
Avtosfer.az | 12 Noyabr 2022 11:51
Salam Bele bir Sualim olacaq Eyer gece zamani Avtomobile eylesib isiqlari yandirmadan insanliq hali deyek unudub ve yaxud fikirli olub ve s. yolda hereket ederse buna cerime tetbiq olunur YPX emekdaslari terefinden ? yoxaa xeberdarliq olunurmu? bunu bilmek isteyirdim
suleyman | 6 Noyabr 2022 01:35
Salam. Qanunda xəbərdarlıq yoxdur. 30 manat cəriməsi var bunun. Əgər polis özü istəsə güzəştə gedib yazmaya bilər. Sizin intizamlı olmağınızı, səmimiyyətinizi hiss edib xahişinizi nəzərə ala bilər. O da polisin özündən asılıdır. Amma qanunla xəbərdarlıq etmədən cərimə yaza bilər sizə.
Avtosfer.az | 12 Noyabr 2022 11:49
07 farasina ledle surmeyin cermesi ne qederdi
Elmar | 6 Noyabr 2022 01:03
150 manat.
Avtosfer.az | 12 Noyabr 2022 11:46
Texpasportda muherrikin nomresi qeyd edilmeyib,adima kecirtmek isteyirem,menden nomre duz gelmir,elave pul teleb edirlerki nomresiz ve yaxudda masinin ustunde olan muherrikin nomresi yazilmalidir!Bes bu masin gelende niye bunun texpasportunda muherrikin nomresi qeyd olunmur ki??
Ferhad | 6 Noyabr 2022 00:02
Siz DYP-yə rəsmi ərizə ilə müraciət edin araşdırsınlar ki, vaxtında niyə nömrəni yazmayıblar.
Avtosfer.az | 12 Noyabr 2022 11:46
Salam.Texniki baxışın müddəti 25 noyabr bitir bilmək isteyirem 14-15 gün öncədən vaxtı bitmədən keçə bilərəm?
Valeh | 5 Noyabr 2022 19:22
Salam. Bəli keçə bilərsiniz.
Avtosfer.az | 12 Noyabr 2022 11:44
Salam bu işiqlar qoşulu deyil, sadəcə aksesuar kimidir. Cəriməsi varmı?
kamran | 5 Noyabr 2022 18:27
Salam. Konstruksiyada nəzərdə tutulmayıbsa qadağandır.
Avtosfer.az | 12 Noyabr 2022 11:44
Salam. Sualim budur ki,NV qabaq sağ və sol qapilarina bu olcude yazi vurmaq qadağandir mi?NV nomresin. Reklam deyil.
Ramil | 5 Noyabr 2022 17:27
Salam. Qanun qadağan etmir
Avtosfer.az | 12 Noyabr 2022 11:43
“Salam. M5 səs boğucu sizin avtomobilin mühərrikinə uyğun deyilsə quraşdırmaq olmaz.”
Sualima cavab olaraq gelmishdi, zehmet olmasa melumatlandirardiniz (Bmw 528, 2008ci il, 3 motor) uygun sayilir? Original M5 ve ya diger sertifikatli qazan qurashdirdiqda(74 db kechmemek sherti ile) texpasportda deyishiklik qanun ile teleb olunur bu halda?
Vaqif | 5 Noyabr 2022 14:56
Onu siz araşdırmalısınız ki, sizin avtomobilin mühərrikinə hansı səs boğucu nəzərdə tutulub.
Avtosfer.az | 5 Noyabr 2022 14:59
Texpasportda m qeyd yazdirmagin dovlet rusumu
Ayxan | 5 Noyabr 2022 13:08
Texpasporta belə qeydlərin yazılması doğru deyil.
Avtosfer.az | 5 Noyabr 2022 14:52
Salam.qabaq faranın üstüne axan led(şlank)işıq qoyulub cerimesi var?faranın içine yığılmayıb faranın üstüne yapışdırılıb.kapotun alt hissesinde.
Afiq | 5 Noyabr 2022 00:38
Salam. Fotosunnu göndərin baxıb deyək.
Avtosfer.az | 5 Noyabr 2022 14:52
Salam vaz 2107 teker vurmaq steyerem 215.50.13 cermesi varmı
Elşən ismayılov | 4 Noyabr 2022 21:24
Salam. Zavod bu ölçüyə icazə vermirsə olmaz.
Avtosfer.az | 5 Noyabr 2022 14:51
Salam, maşına amazondan sport purjinler sifariş vermişem menim maşının modeline iline uyğun d2 firma istehsalı. Maşına quraşdırıldıqda bir qeder yerden olan hündürlüy azalacağ el arasında pasatka deyilen mesele. Bu qayda pozuntusu sayilmasin deye ne etmeliyem ?
Elnur | 4 Noyabr 2022 14:49
Salam. Belə yayların istifadəsi qadağandır. Zavod nəzərdə tutmayıb.
Avtosfer.az | 5 Noyabr 2022 14:51
Salam maşının bu şeklde krasqa vurulmadan damının vinille qaralması qayda pozuntusudurmu?
Kenan | 4 Noyabr 2022 14:23
Salam. Öncə DYP-yə rəsmi ərizə ilə müraciət edin. Əgər icazə verilsə, o zaman vinil vurub qeydiyyata aldıra bilərsiniz.
Avtosfer.az | 5 Noyabr 2022 14:50




