SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Salam wrangler farasi ve wekildeki padfarnik icaze var qurashtirmaga yoxsa cermesi var?
Elcin | 28 Oktyabr 2021 18:36
Salam. Buna belə baxıb cavab vermək olmur. Ancaq stendlə yoxlayıb demək olar.
Avtosfer.az | 1 Noyabr 2021 14:50
Salam size yazib niva yaylari haqqinda sual vermişdim ki dyp deyir niva purjunu deyil mende teze almışam deyiller vaz 21.06 vaz 21.07 ye mexsudu purjindi üsdündede yazilmayib hansi neqliyatindi amma tezedir diş saylarid yerindedi
İbrahim | 28 Oktyabr 2021 15:46
Salam. Diş sayları eyni ola bilər. Amma onların qalın-nazik fərqləri var.
Avtosfer.az | 1 Noyabr 2021 14:49
Salam her vaxtiniz xeyir olsun. Bilmek isteyirem bu size gonderdiyim şekilde olan dedektörün qanunla cerimesi var yoxsa yox!? Çox xahis sualimi cavablayardiniz. İndiden minnettarligimi bildirirem sizlere
Saməddin | 28 Oktyabr 2021 14:43
Salam. Şəkil gəlməyib. Ümumiyyətlə radar detektor qadağan deyil.
Avtosfer.az | 1 Noyabr 2021 14:47
Salam aleykum.mende bmw e60 kuzadi.dunen xirdalanda saxladilar masini apardilar duracaga.saxlanma sebebide bularin dediyine gore sport purjundu.kesik deyil.zavod nece kuruq qoyubsa odu.cerimesi var bunun ? Diqqetinize gore minnetdaram
Vusal | 28 Oktyabr 2021 10:49
Salam. Mübahisəli məsələdir. Normativ tələbi pozursa quraşdırmaq olmaz.
Avtosfer.az | 1 Noyabr 2021 14:45
Salam meni dyp saxlayib etibarnamem olmadan masini surduyum ucun ve yoxlanis zamani texniki baxisi olmuyub her iki cermeni ve basqa hansisa cermeni bir gunde yaza biler?
Behruz | 28 Oktyabr 2021 01:41
Salam. Bu iki cəriməni ödəyin vəssalam.
Avtosfer.az | 1 Noyabr 2021 14:43
Salam.vaz markali NV ne "powerful" adlanan ses bogucu qoymaq istiyirem.Dsbl derecesi normani pozmasa icaze varmi?
Faiq | 27 Oktyabr 2021 23:38
Salam. 84-db-dən yuxarı deyilsə olar.
Avtosfer.az | 1 Noyabr 2021 14:26
Ses desibeli ne qederi kecmemelidir?
Vidadi | 27 Oktyabr 2021 23:30
84 db-dən yuxarı olmamalıdır
Avtosfer.az | 1 Noyabr 2021 14:22
Salam.masini ada keçirtmek isteyirem qanunla ne yoxlanılmalıdır avtomobilde ve dövlet rüsumu ne qederdir?94 il mawindi
Arif | 27 Oktyabr 2021 19:06
Salam. Bu linkə daxil olaraq rüsumu hesablaya bilərsiniz. https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 1 Noyabr 2021 14:21
Salam. Səs səviyyəsi 84 desibeli keçməmək şərti ilə artırmaq olarmı? Olarsa texpasporta qeyd ettirmək lazımdırmı və yaxud başqa yerə?
Fuad | 27 Oktyabr 2021 16:22
Salam. Xeyr. Bu cür şeylər texpasporta yazılmır.
Avtosfer.az | 1 Noyabr 2021 14:20
Salam. Neqliyyat vasitesinin sesini (db-sini) qanuni suretde artirmaq ucun hansi vasitelerden ve ya yollardan istifade etmek olar?
Kamran | 27 Oktyabr 2021 00:58
Salam. Onu biz bilmirik. Amma 84 db-dən çox olmamalıdır.
Avtosfer.az | 1 Noyabr 2021 14:15
Salam mende masının arxa stoplarına stek firmasına mexsus dyno shadow hem qoruyucu hemde tündlesdirici forma verən örtük çekilib bunun cerimesi sehv elemiremse var varsa da , hansı madde ile tenzimlenir bide cerimesi neçe manatdır deyerdiz zehmet olmasa
Nihad | 27 Oktyabr 2021 00:03
Salam. 150 manat cəriməsi var.
Avtosfer.az | 1 Noyabr 2021 14:14
Salam.Mende w202 ban.il 1995.muherrik 2.8.adima keçirtmek istəyirəm.dovlet rüsumu nə qədərdir.ne edim gedende?
Ülvi | 26 Oktyabr 2021 23:03
Salam. 109 manat rüsumu var. Yaxınlaşın DYP-yə qeydiyyata aldırın.
Avtosfer.az | 1 Noyabr 2021 14:12
Salam,məndə çeşkada arxa burjunları kəsdirmişəm cəriməsi var ?
Elvin | 26 Oktyabr 2021 22:25
Salam. 150 manat cəriməsi var.
Avtosfer.az | 1 Noyabr 2021 14:11
Salam lada 2107 ye amerikanların cerimesi var narıncı işıqların xarici maşınlarda olan
Anar | 26 Oktyabr 2021 19:56
Salam. 150 manat cəriməsi var.
Avtosfer.az | 1 Noyabr 2021 10:53
Salam menim masinim vaz 2107 2006cil ustunde gelen purjindi arxa biraz awagi gorsenir ona cerme varmi?
Anar | 26 Oktyabr 2021 11:20
Salam. Əgər kəsilməyibsə və qızdırılmayıbsa heç bir problem yoxdur.
Avtosfer.az | 1 Noyabr 2021 10:46
maşn mator deyişende ne qedrr pul cxr sendeine maşinin
aslan | 26 Oktyabr 2021 01:03
Bu linkə daxil olub ətraflı məlumat əldə edə biələrsiniz. https://avtosfer.az/az/oyrenek/senedsiz-muherriki-qeydiyyata-aldirmagin-qanuni-yolu-rusumu-budur-vi%CC%87deo-159658
Avtosfer.az | 1 Noyabr 2021 10:44
Salam. maşının qabağ farasını ( qara açıq ) plyonka vurmaq olar , məqsədim faranı cızığlardan qorumaq üçün vururam. MAŞIN artıq istehsaldan çıxıb 2017 ci il Hyundai Sonata.
FRANKY | 25 Oktyabr 2021 15:20
Salam. Xeyr vura bilməzsiniz.
Avtosfer.az | 1 Noyabr 2021 10:43
Salam ozu geden mawinlar yeni kend teserufati traktur ucun suruculuy vesiqesi almaq ucun wadetname nece gotre bileriy?
Selim | 25 Oktyabr 2021 14:06
Salam. Bunun üçün sürücülük kurslarına müraciət edin.
Avtosfer.az | 1 Noyabr 2021 10:43
Salam.lokbatan qesebesi meyveli cixisi uzu sehere geden yolda mene elektron cerime gelib. Qarsi hereket zolagina cixmaqla otme qaydasini pozmaq 372.2 maddeyle. Men qarsi hereket zolagina cixmamisam. Zehmet olmasa komeklik gosderesiniz. 99 sk 743 opel zafira
Malik | 25 Oktyabr 2021 10:18
Salam. Təcili əlaqə nömrənizi yazın, sizin məsləniz araşdırılsın.
Avtosfer.az | 1 Noyabr 2021 10:42
Salam her vaxtiniz xeir zehmet olmassa mene komekliy gosdererdiz.mene cerime yazilib cerimede qeyd olunub ki(ExsensualOtelin geri donmesinden,xetai praspekti istiqametine he hereket edib)(yolayricinin kecme qaydalarini pozmusunuz)bu doqrudurmu? Ve neqeder cerime yazilmalidir
Fazil | 24 Oktyabr 2021 20:11
Salam. Fotoya baxmadan heç nə deyə bilmərik.
Avtosfer.az | 1 Noyabr 2021 10:41
Arxada nömre olmasa cerime olarmı?
Gismət | 24 Oktyabr 2021 16:57
Salam. Bəli cəriməsi var. Əgər maşındadırsa 40 manat, yox əgər maşında deyilsə 4 bal 60 manat və maşın duracağa gedir.
Avtosfer.az | 1 Noyabr 2021 10:39
Salam. Minik masinima hava ile isleyen ses siqnali qoymuwam. Buna gore cerime varmi? Varsa meblegi zehmet olmasa deyerdiniz
Nermin | 24 Oktyabr 2021 10:11
Salam. Bununla bağlı standart olmalıdır. O standartın tələbi pozulmamalıdır.
Avtosfer.az | 1 Noyabr 2021 10:38
Salam.qarmoska perdeye gore yol polisi emekdasi cerime yaza biler
Namiq | 23 Oktyabr 2021 19:29
Salam. Arxa şüşəyə və arxa yan şüşələrə vura bilərsiniz.
Avtosfer.az | 1 Noyabr 2021 10:37
Salam. Men mashinimi yeni getirmishem Koreyadan ve mashin ag rengdedir sadece dami kraska vinildir qara rengde, menim mashinimi sherti olaraq buraxdilar, texpasporta ag olaraq yazdilar ve dedilerki bele dami qara saxlasan vinili sokdurmesen 150 azn cerime yazilacaq mashini saxlasa yol polisi. Bu deyilenler dogrudurmu yoxsa dami qara olduguna gore texpasportdada nese yazilmalidir vinile gore? Hyundai Accent ag mashinin dami qaradirsa bu onun neche faizi demekdir 100% uzerinden? Eger qanuna ziddirse texpasportda ag rengli mashinin ancaq daminda vinil olmasi onu nece deyishmek olar texpasportda ve dovlet rusumu necheye basha gelir? Onceden teshekkurler!
Nijat | 23 Oktyabr 2021 19:21
Salam. Bunun üçün DYP-yə rəsmi qaydada müraciət edin. Rüsumu 55 manat olacaq.
Avtosfer.az | 1 Noyabr 2021 10:36
Frangler fara, patvannik, dumanli,arxqa stop,granta guzGu.cermesi var bunların
Ramin | 22 Oktyabr 2021 23:51
Sadaladıqlarınızı elə quraşdıra bilərsiniz ki, normativ tələbi poza bilər. Onu belə şifahi şəkildə deyə bilmərik. Mütəxəssis quraşdıraraq stenddə yoxlamalıdır. Əgər normativ tələbi pozmursa qadağan deyil.
Avtosfer.az | 27 Oktyabr 2021 15:40
Salam mende Nivada arxa yaylara dyp saxlayib ilisir amma tutarli sebeb getire bilmir deyir vaz 07 veya 06 yaylaridi qizdirilmiş deyil teze salmişam deyir niva deyil amma hansi neqliyat vasitesinindi subutda ede bilmir deyir rus maşinina aiddi amma niva deyil.Niva rus maşini deyilki ? Özüde kapotun altinda birkada rus olduğu yazilib xezer lada deyil her bir şey rus herifleri ile yazilib xaiş edirem aydinlix getiresiz çox xaiş edirem diş saylarida yerindedi
İbrahim | 22 Oktyabr 2021 20:53
Salam. Nivaqnın öz yayları deyilsə dəyişdirin. Çünki hər avtomobilin çəkisinə görə yaylar hazırlanır.
Avtosfer.az | 27 Oktyabr 2021 15:39
salam.Avtomobillərin texniki baxışdan keçirilməsi vaxtını Sizdən öyrənmək olarmı?
Vusal | 22 Oktyabr 2021 12:03
Salam. Bu barədə 902 qaynar xətti ilə əlaqə saxlayın.
Avtosfer.az | 27 Oktyabr 2021 15:37
Salamlar, avtomobildə konstruksiya dəyişikliyi nə deməkdir? Əlavə avadanlıqlar nə deməkdir? hansı qanunda və ya qaydalarda bu barədə oxumaq olar? Mən maşınımı restaling etmişəm, mənə DYP deyir ki faralar, krila, kapod deyismisen, bunlar konsruksiya deyisikliyi sayilir, maşınım LC200 LandCrouser 2012 il, lakin 2020 ile uygun bəzi detalları dəyişmişəm, şassi üzərində hecbir dəyişiklik edilməyib. Bu barədə hansı maddələrə oxuyub dəqiqləşdirmə edə bilərəm? oncədən tşk edirəm.
Emin | 21 Oktyabr 2021 22:15
Salam. Qanunda göstərilib ki, normativ tələbləri pozan dəyişikliyi etmək olmaz. Bu haqda yol hərəkəti haqqında qanunun 1 saylı əlavəsini oxuya bilərsiniz. Sizin dediyiniz məsələnin cəriməsi yoxdur. Təqdim etdiyimiz linkə daxil olub sırf bu məsələ ilə bağlı ətraflı məlumat əldə edə bilərsiniz.
Avtosfer.az | 27 Oktyabr 2021 15:35
Salam masinin arxa ve yan suselerine plonka vurmaqa icaze var?
Rauf | 20 Oktyabr 2021 23:07
Salam. Arxa və arxa yan şüşələrinə plyonka vurmaq olar. Amma qabaq yan şüşələrə vurmaq olmaz.
Avtosfer.az | 27 Oktyabr 2021 15:27
Salam size iki sualim var FIALETIVIY RENGDE ALIN SUSESI QUYULARSA MASINA CERIMESI VAR ikinci sual nomrede olan defisi ag rengde olanda cerimesi var yoxsa yox tesekur onceden
Perviz | 20 Oktyabr 2021 18:11
Salam. Dediyiniz alın şüşəsi 75 faizdən tünd deyilsə icazə var. Defisin olmamasına görə cərimə yoxdur, amma onu silmək də olmaz.
Avtosfer.az | 27 Oktyabr 2021 15:25