SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Salam ses bogucu baslig vidcun masina qoysam cerme olunacam eyer hec bir ses kuy yaratmasa zavod sesi cixsa?
Qurban | 3 Oktyabr 2021 23:30
Salam. Buna görə heç kim cərimə yaza bilməz. Çünki normativ tələbləri pozmur.
Avtosfer.az | 4 Oktyabr 2021 15:19
Salam qezadan sora xesaret alan yoxdursa gunah olan terefe 40 manat cerime yazilib surucu mawini temir ucun aparmali deyilki? Mawin wtrafnoya aparilmasi ve senedlerin alinmasi ne derecede duzgundur? Sebeb olarag guya tormuzlarin mawinin texniki veziyeti yoxlanilacaqmiw ve mawinin sesbogucu sistemi xorulduyrmuw zehmet olmasa bu barede melumat vererdiz mawinin ses bogucu sistemi aciq havada desibel olcen aparatla olculmeli subut olinmali deyilmi hecbir protokol yazilmadan mawin niye duracaga qoyulmalidi senedlerde alinib inspektor terefinden
Ibrahim | 3 Oktyabr 2021 17:46
Salam. Bu halda maşının duracağa aparılması qanunsuzdur. Səs desibeli isə yoxlanıldıqdan sonra (xüsusi meydançada) normatan artıq səs çirkliliyi olarsa, o zaman duracağa aparılmalıdır.
Avtosfer.az | 4 Oktyabr 2021 15:18
miqalkanı kimler istifade ede biler
pünhan | 3 Oktyabr 2021 12:50
Yalnız operativ nəqliyyat vasitələri.
Avtosfer.az | 4 Oktyabr 2021 15:16
Salam.mende nivadi.internetde arasdirmisam 400 kq kimi yuk goture biler.men baqaja 200 kq yuk vursam cerime olur?
Eli | 3 Oktyabr 2021 08:59
Salam. Xeyr, cərimə oluna bilməzsiniz. 400 kq-dan çox yük vursanız, o halda 40 manat cərimə yazıla bilər.
Avtosfer.az | 4 Oktyabr 2021 15:16
Salam elektron piyada keçidinde piyada keçdikden sonra yaşil işiq yanmadan piyada olmasa keçmek olar?elnen nizamlanan piyada işiqforundan gedir söhbet
İbrahim | 2 Oktyabr 2021 23:45
Salam. Xeyr. Yaşıl işığın yanmasını gözləmək lazımdır.
Avtosfer.az | 4 Oktyabr 2021 15:15
Salam masin cruzedir yaylari zavodlari cixardib zavod istehsali sport yaylar qoymaq isteyrem buna qanunla icaze varmi ve meni saxlayib buna gore cerime meydancasina apara bilermi deyirler sertifkat isteyrler bu nece duzgun biseydi zehmet olmasa aydin cvb vererdiz ( indiden cox saolun)
Ulvi | 2 Oktyabr 2021 14:42
Salam. Normativ tələblər pozulacaqsa quraşdırmaq qadağandır.
Avtosfer.az | 4 Oktyabr 2021 15:14
Salam 1999 il Opel Astra tez pasportda mühərrik nömrəsinin yerinde boş qoyulub amma mühərrik de nömrə var həmin maşını alqı satqı edərkən ada keçirtmək olurmu
Cavid | 2 Oktyabr 2021 12:47
Salam. Probleminiz yaranacaq.
Avtosfer.az | 4 Oktyabr 2021 15:13
Salam mende vaz 2107di yuk vuram deye burjun olub pasdafqasi qanunandi cerme yaza bilerler ve hansi maddeye gore cerime yaza biler her defesinde teze burjun almaliyam?
Elvin | 2 Oktyabr 2021 00:56
Salam. Yaylar kəsilməyibsə heç bir cərimədən söhbət gedə bilməz.
Avtosfer.az | 4 Oktyabr 2021 15:12
Salam. Menim avtomobilimin dovlet qeydiyyat nisani 99-340 dir (nisan sertidir). Qeydiyyat yerim Gence seheridir. Tanidigimiz basqa bir sexsin avtomobilinin dovlet qeydiyyat nisani 99-770 dir (nisan sertidir), qeydiyyat yeri Baki seheridir. Biz sifahi olaraq dovlet qeydiyyat nisanlarimizi deyismeye raziyiq. Bunun ucun huquq mustevisinde hansi prosedurlardan kecmek lazimdir? Hansi senedler teleb olunur? Dovlet rusumlari nedir ve hansi DYP idaresine muraciyet etmek lazimdir? Sizden cox xahis edirem sualima etrafli melumat vererdiz
Ali | 1 Oktyabr 2021 23:08
Salam. Bu əməliyyatı Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsində həyata keçirə bilərsiniz. Rüsumlar: hə maşına görə 47 manat 80 qəpik ödəmək lazımdır. Yaxşı olardı ki, qeydiyyata getməmişdən öncə DYP-yə bu barədə rəsmi ərizə ilə müraciət edib, qanuni şəkildə prosedurun həyata keçirilməsini xahiş edə bilərsiniz.
Avtosfer.az | 4 Oktyabr 2021 15:10
baqiwlayin orda 4 xett mawin yoludu ikisi duzne ikisi saqa men saq xette nerimanovdan duwennen girmiwem eyer men yerde saqa donme iwaresinin ustunnen duz getsem men yol polisi o deyqe cerimeleyeceyki sen saqa olan sekciyadan duz getmisen bele olan halda saqa seksiyada men povorotniki niye yandirmaliyam ??? axi mentiqle duz gelmir ele bilinki menimcin yuxaridan awaqi saqa seksiya duz xett cekilib
IBRAHIM | 1 Oktyabr 2021 16:53
Yolayrıcında manevr edən zaman dönmə işıqlarından istifadə etmək lazımdır. Qanunun tələbi budur.
Avtosfer.az | 4 Oktyabr 2021 15:07
Pnevmatik asqının quraşdırılmasında hansı "normativ tələbdən" danışırsız? Ətraflı məlumat verin zəhmət olmasa.
OSMAN | 1 Oktyabr 2021 16:03
Həmin asqını aşağı salanda ağırlıq mərkəzinə, tormoz sisteminə təsir edəcək yoxsa yox?
Avtosfer.az | 1 Oktyabr 2021 16:39
Salam. Avtomobilə pnevmatik asqı quraşdırmağa icaze var? Passat 2010
OSMAN | 1 Oktyabr 2021 13:46
Salam. Normativ tələbi pozursa quraşdırmaq olmaz.
Avtosfer.az | 1 Oktyabr 2021 15:03
salam men nerimanov heykelinnen awaqi sovetskiyle duwurdum en saq zolaqi tutmuwamsa fuzuli kucesine donmeycin yeni iki palasa yol saqucun nezerde tutulub eyer ordan oz yolumla gelib awaqi duwsem pavarotniki yandirmadan meni cerime ede bilerler???pavarotniki yandirmadiqima gore??
IBRAHIM | 1 Oktyabr 2021 12:45
salam. Bəli cərimə edə bilərlər. Çünki siz yolayrıcından sağa dönürsünüz. Dönən zaman sağa dönmə işığı mütləq yandırılmalıdır. Həmin yolla aşağı düşəndə Heydər Əliyev adına sarayın arxa hissəsindən sağa -Səməd Vurğun küçəsinə dönmək üçün sağ zolaqda yerə "ancaq sağa" nişanlanması çəkilib. Oradan sağa dönəndə dönmə işığı yandırmaq lazımdırsa, deməli yuxarıda da yandırmaq lazımdır.
Avtosfer.az | 1 Oktyabr 2021 15:02
Salam men nomre aldim sumqaytdan 50illik genralni davernisnen ve 1illik baskasina davernis verdim ve 1illik bitdi adina kecire bilmedi indi masin menim adima qaytdi yoxsa evvelki sumqayitdaki vetendasin adina qaydib Ve men o 50illik davernisi natarsdan geri ala bilerem-?
Abasət | 30 Sentyabr 2021 20:49
Salam. Xeyr, sizin etibarnamə qüvvədən düşüb. Maşının mülkiyyətçisini axtarıb tapmalısınız.
Avtosfer.az | 1 Oktyabr 2021 14:57
Salam.Avtomobilimi etibarname ile almışam.keçmiş sahibinin cerimesi var. 2 ay keçib amma ödemir.Buna göre avtomobili cerime meydançasına apara bilerler?
Fərhad | 30 Sentyabr 2021 19:20
Salam. Bəli apara bilərlər. Hətta 3 cü ayın sonundan sonra cəriməsi olan şəxsin sürücülük hüququ da məhdudlaşdırılır.
Avtosfer.az | 1 Oktyabr 2021 14:56
salam masina 4 eded sport purjin qoydurmaq cerime satilirmi sayilirsa maddesi necedi
seymur | 30 Sentyabr 2021 15:00
Salam. Bu, mübahisəli məsələdir. Əgər həmin yaylar normativ tələbi pozursa quraşdırmaq qadağandır.
Avtosfer.az | 1 Oktyabr 2021 14:55
21099 nv arxa və ön purjunu nə qədər olmalıdır ki cərimə olmasın
Cavid | 29 Sentyabr 2021 19:10
Onu biz bilmirik. Zavod istehsal etdiyi saydan az olmamalıdır.
Avtosfer.az | 1 Oktyabr 2021 14:54
Salam bu cerime bu gun quvveye mine biler 4 il usdunnen kecmiş bir cerime
Togrul | 29 Sentyabr 2021 18:36
Salam. Bu protokol məhkəməyə göndərilməsi üçün tərtib olunub. Cəriməsi yoxdur. Bu maddədə qeyd olunub ki, 3 ay ərzində cərimə dəbbə pulu ilə birlikdə ödənilmədikdə 529.3cü maddə ilə protokol tərtib olunur və sürücülük hüququndan məhrum olunması üçün məhkəməyə göndərilir.
Avtosfer.az | 1 Oktyabr 2021 14:53
Salam, qabaq faralara plyonka cekmek olar? birde kapota butov vinil cekilmesi qanunla icazesi var?
Tural | 29 Sentyabr 2021 17:54
Salam. Faraya vinil çəksəniz və həmin vinil işıqburaxma qabiliyyətini aşağı salacaqsa qadağandır. Kapota vinil çəkilməsinə qanun icazə verir. Sadəcə bu barədə öncə dövlət yol polisindən rəsmi icazə alın, ondan sonra rəngi dəyişin.
Avtosfer.az | 1 Oktyabr 2021 14:46
salam uzurlu sayin sizi narahat edirem 3 ildi masin yararsiz haldadi yola cixmir ama hergun ona radar gelir texniki baxisin cermeleri gelir masin neqliyata cixa bilmir usdalar terefinden matorda pulda oqurlanib biz indi nece elaqe saxlaya bileriyki cerime gelmesin
elsen | 29 Sentyabr 2021 17:23
Salam. Maşını sürmürsünüzsə ona cərimə gəlməsi mümkün deyil. Bu linkə daxil olaraq yol polisinə şikayət ərizəsi ünvanlayın. https://dyp.gov.az/?/az/online/
Avtosfer.az | 1 Oktyabr 2021 14:45
Salam.menim mawinimi arxa yaylara mudaxile edibsen deyib duracaga qoyublar ama mawin zavoddur arxada yuk olduguna gore inspektor aldana biler.mene purjinlerin zavod olmaginu subut ele dediler bu onlarin iwindi deyende ise dovlet terefinden olunacaqsa buna 20is gunu vaxt lazim oldugun deyiller.bu duzdurmu duzduse hansi maddeye goredi deyersiz zehmet olmasa.
Ülvi | 29 Sentyabr 2021 15:09
Salam. 20 günlük müddət yoxdur. Şikayət edin.
Avtosfer.az | 29 Sentyabr 2021 16:42
Sizleri bir daha salamlayiram! Xetayi rayonu,Rahib Memmedov kucesinden uzu nargile dairesi adlanan istiqametde hereket ederken 05.08.2020ci il tarixinde IPX-nin emekdashi meni caxlayib protokol tertib etdi.Men IPX-nin emekdashina izah etdim ki,Rahib Memmedov kucesinde uzu nargile adlanan daire istiqametinde hereket etmek ucun,saxa donub 9-10metr mesafede sax zolaqdan sol zolaqa kecib geriye donmek radiusun kicik olmasi tehlukeli qeza sheraiti yaradir ve men her gun bu yoldan istifade edirem bu yolda tez-tez avto qezalarin shahidiyem.IPX-nin emekdash mene bildirdi ki.bunun mene adiyeti yoxdur.Men bu eraziye baxish kecrlib abyektiv arashdirilib edaletli qerar verilmesi baresinde defelerle ARBDYP-ARDIN-ne ve102 caxri merkezine shikayet etsemde nenum shikayet etsem de baxilmir.Sizden bir daha xahish edirem ki,mene komek edib yuxarda gosterdiyim erazide yol-hereketi ishtirakcilarinin tehlukesizliynin temin olunmasi ve ARYHHQ-nun teleblerine uyxun qurlashdirilsin. Qabaqcadan size oz teshekkurmu bildirirem.
Tamam | 29 Sentyabr 2021 14:34
Söhbətin nədən getdiyini bilmədik. Xahiş edirik video çəkib göndərin.
Avtosfer.az | 29 Sentyabr 2021 16:42
Salam.Mende maşın 2005 ci ilde istehsal olunan Niva brontodur. Maşının senedindede ve matorxanasındada bronto yazılıb.Ona yeni niva bronto bamperi qoyula bilermi? Birde bamber aksesuar sayılır?
Arif Rüstəmov | 29 Sentyabr 2021 12:24
Salam. Bamper detaldır. Aksessuar üzük, sırqa, dodaq boyası və.s-dır. Maşının detalları aksessuar filan deyil. Əgər yeni buraxılış Nivanın buferi köhnəyə gedirsə quraşdıra bilərsiniz
Avtosfer.az | 29 Sentyabr 2021 13:32
salam suruculuk vesiqesi olmayan biri masin surerse ona cerime ve ya 30 gun hebs verile bilermi
Nurane | 28 Sentyabr 2021 18:35
Salam. Sürücülük hüququ olmadan maşın sürməyin cəriməsi 100 manatdır. Maşını verənə isə 60 manat cərimə yazılır. Amma həbs yoxdur.
Avtosfer.az | 29 Sentyabr 2021 11:52
Salam maşənın qabaq hissəsinə lip qoydurmağın cəriməsi var?
Nurlan | 28 Sentyabr 2021 16:00
Salam. Lip nəyə deyirsiniz? Fotosunu göndərin.
Avtosfer.az | 29 Sentyabr 2021 11:53
Salam,içkili tutulmuşam,pratakolun yazılmasını xahiş etmişem yalnız onlar meni sabah idareye filan otağa yaxınlaşmağı bildirdiler.Sualım budur neçe gün erzinde protokolu tertib etmelidirler (6-7 gun keçib helede yazmayıblar) ?. Birinci defe içkili yüngül şekilde mehkemeye getse mehdudlaşdıra bilerler cerime yazılmaqla? Önceden teşekkür edirem
Zaur | 28 Sentyabr 2021 09:42
Salam. İçkili tutulduğunuz halda yerindəcə protokol yazılmalı idi. Məhkəməyə getsə ona hakim qərar verir ki, ya 400 manat 5 bal və ya sürücülük hüququndan 6 aydan 1 ilə kimi məhdudlaşdırılmaq.
Avtosfer.az | 29 Sentyabr 2021 11:54
Sizden xahiw edirem ki,Xetayi rayonu,Rahib Memmedov kucesinde esasiz protokol yazilan erazini iwiqlandirasiniz bunun baresinde defeler ile ARBDYPI ve ARDIN-de wikayet etsemde menim wikayetime baxilmir.Sizden xahiw edirem ki,mene komeklik gosteresinz.Qabawcadan tewekkur edirem
Tamam | 28 Sentyabr 2021 03:48
Orada nə məsələdir? Xahiş edirik ətraflı məlumat verəsiniz. Və yaxud ərazidən video çəkib email ünvanımıza, ya da facebook səhifəmizə göndərəsiniz.
Avtosfer.az | 29 Sentyabr 2021 11:56
Salam..mende khazar sd mawindir.arxasi awagidir ama pastavkadi ona cerme duwurmu??
Yanvar | 27 Sentyabr 2021 18:27
Salam. Konstruksiyaya müdaxilə etdiyinizə görə 150 manat cərimə yazıla bilər.
Avtosfer.az | 29 Sentyabr 2021 11:56
Ypx emekdasi sürücünü doye bilermi
Celal | 27 Sentyabr 2021 02:04
Təbii ki, xeyr
Avtosfer.az | 29 Sentyabr 2021 11:57
Salam avtomobilimde ses sisteminde (ses boğucu) deyişiklik edib daha çox gur ve 84 desibeli keçmemek şerti ile deyişiklik etsem bu qanuna uyğundurmu? Bu barede etraflı melumat versez sevinerem çox sağ olun
Fərid | 26 Sentyabr 2021 17:26
Salam. 84 db-i keçmirsə problem yoxdur.
Avtosfer.az | 29 Sentyabr 2021 11:58