SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Salam. Avtomobilin sahibinden etibarname alib, diger shexsin adina kechirkmek isteyirdik (oformleniya). Sheher rayonu uzre inspektor dediki - kohne nomre avtomobilin uzerinde qala bilmez, quya ki, avtomobilin sahibi ona ayrica icaze vermelidir notariusda. Bu duzgundur? Qanunda bele qerar, men bilen qeder - yoxdur.
Saamir | 11 Noyabr 2022 09:51
Salam. Bəli düz deyir. Mülki Məcəlləyə görə bu belədir. Ya mülkiyyətçi alqı-satqıda iştirak edib icazə verməlidir, ya da iştirak edə bilmirsə notariusda yazılı icazə verməlidir.
Avtosfer.az | 13 Noyabr 2022 11:30
Men piyada xettinnen keçəndə maşın meni vurdu ve yixildim masinnan düşüb halımı soruşmaq evezine usdume qışqırıb.ve deyir hara şikayət edirsən et
Kənan | 11 Noyabr 2022 02:51
Bəlkə qırmızı işıqda hərəkət etmisiniz? Bəzən piyadalar düşünür ki, piyada keçidi varsa necə gəldi keçə bilərlər. Amma bu belə deyil. Svetofor varsa onun tələblərinə əməl etmək lazımdır.
Avtosfer.az | 13 Noyabr 2022 11:29
Salam. Avtomobil Ford Explorer 2003 cü il İstehsaldan çıxmış. Arxa stoplar qara rənglidir, plyonka deyil. Zavoddan gələn deyil amma tex osmotr elə keçmişəm. Özünə gedən faradır. Onunla sürə bilərəm? Yoxsa 150 man cərimə?
Xəyal | 11 Noyabr 2022 00:18
Salam. İstehsaldan çıxarılmayıb. Onun ehtiyyat hissələri hələ istehsal edilir. Əgər işığın gücü zavodun nəzərdə tutduğu gücdə yanmırsa dəyişin.
Avtosfer.az | 13 Noyabr 2022 11:27
09BC642 SAHIBINI TAPMAQ
Elsever | 10 Noyabr 2022 21:18
Biz bilmirik.
Avtosfer.az | 13 Noyabr 2022 11:24
Salam yuk masinina(qazele)yan şüşelere perde vurmaq qadagandirmi?
Sübhan | 10 Noyabr 2022 21:04
Salam. Bəli qadağandır.
Avtosfer.az | 13 Noyabr 2022 11:24
Sala menim masinimi nomresi 707 di 787 duzeltmisdim. Erme gelmesin deye dunen masini iceri saliblar bilmek isteyirdim hansi mededi birde cermesi neqederdir
Qurban | 10 Noyabr 2022 17:17
Salam. 500 manatdan 800 manatadək cəriməsi var.
Avtosfer.az | 13 Noyabr 2022 11:24
Salam menim bu mawni bel surmek ucun icaze verlir bu sual vinle gore verirem
Hesen | 10 Noyabr 2022 11:33
Salam. Bununla bağlı DYP-yə müraciət edin. Görün qeydiyyatsız sürməyə icazə var, yoxsa yox? Əgər icazə olmasa qeydiyyata qoydurarsınız.
Avtosfer.az | 13 Noyabr 2022 11:20
10MM091 NOMRE KİMDİ
Nurlan | 10 Noyabr 2022 10:57
Bilmirik kimdir.
Avtosfer.az | 13 Noyabr 2022 11:19
Salamlar hər kəsə. Avtomobilin zavod məlumatları Mercedes Benz GLE 450 AMG 4 MATİK oldugu halda qeydiyyat nişaninda Mercedes Benz GLE 400 səfliklə yazılıb. Bunu necə aradan qaldırıb düzəliş etdirə bilərəm? Xahiş edirəm köməklik göstərin. Təşəkkürlər
Elçin | 9 Noyabr 2022 21:35
Salam. Bu məsələ ilə bağlı DYP-yə rəsmi ərizə ilə müraciət edin.
Avtosfer.az | 13 Noyabr 2022 11:18
Salam.avtomobilin etibarnamesinin vaxtı bitib.onun cəriməsi nə qədərdir.cox sağ olun
Vaqif | 9 Noyabr 2022 09:51
Salam. Polis saxlasa maşın duracağa aparılacaq və 40 manat cərimə yazılacaq.
Avtosfer.az | 13 Noyabr 2022 11:17
Salam stoplara qara vinil nece faize kimi vurmaq olar ?
Qerib | 9 Noyabr 2022 01:54
Salam. Vinil ümumiyyətlə olmaz.
Avtosfer.az | 13 Noyabr 2022 11:16
Salam mən öyrənmək isdiyirdim sürücü yanında əyləşmiş biri kamera vasitesilə çəkilib remen taxmadığı üçün cərimələnə bilərmi ?
Təbriz | 8 Noyabr 2022 23:38
Salam. Sərnişin elektron qərarla cərimələnmir. Yol polisi saxlayıb cərimə yaza bilər.
Avtosfer.az | 13 Noyabr 2022 10:58
Salam mitsubishi lancerə 1.6 matora necə səs boğucu yerləşdirmək olarki qanuni olsun zehmet olmasa ətraflı məlumat verərsiz. Birdəki nömrəni qabag buferdən cıxarıb yan tərəfinə vurmaq qanunidir ya yox bu sualları cavablandıraanız sevinərəm.
Fərman | 8 Noyabr 2022 18:40
Salam. Səs boğucunu necə dəyişirsiniz? Ümumiyyətlə bu nəyə lazımdır? Lancer-in öz səs boğucusu olmalıdır. Səs desibeli 74-dən çox olmamalıdır. Nömrəni dediyiniz kimi yan tərəfə vura bilərsiniz
Avtosfer.az | 13 Noyabr 2022 10:55
Salam,foto ve video olmadigi halda cerime yazila biler?
Araz | 8 Noyabr 2022 16:48
Salam. Elektron qərarlar mütləq foto və video ilə tərtib edilməlidir. Amma polis öz gözü ilə görüb cərimə yazıbsa, o zaman görüntü vacib deyil.
Avtosfer.az | 13 Noyabr 2022 10:53
Salam.maşinin blokunu(nomre olan hissesini deyişmek isteyirem,nasazliqla elaqeli).dovlet rüsumu ve prosedur nece olur?
Nizami | 8 Noyabr 2022 16:28
Salam. Ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/senedsiz-muherriki-qeydiyyata-aldirmagin-qanuni-yolu-rusumu-budur-vi%CC%87deo-159658
Avtosfer.az | 13 Noyabr 2022 10:51
Salam. Məndə bmw F10 markalı avtomobildir. Avtomobil Amerikada olarkən qazanı dəyişdirilib. Yəni bizim ölkəyə bu formada daxil olub və texniki baxışdan bu formada keçib. Qazandan çıxan səs səs desibelini keçmir. Bu qazanın qanuni olduğunu təsdiq etmək üçün hansısa sənəd alınmalıdırmı? Və kim tərəfindən?
Tofiq | 8 Noyabr 2022 07:22
Salam. Belə şeylərin sənədi olmur. Əsas odur ki, qoyulan qazan BMW F10-a aid olsun və normativ tələbləri pozmasın.
Avtosfer.az | 13 Noyabr 2022 10:47
Salam. Vectra b. Kapot ,dam ve bagaj rengini ayri rengde boyatdirmag isteyirem. Dovlet qaydada nece bas verir bu prosess? Rusumu nedi ve hara yaxinlasmaliyam. Teshekkur edirem. Ve birde eyer masin bir reng ve onu diger renge deyismek istesem ne etmeliyem. Yenede trsekkur edirem.
Roma | 8 Noyabr 2022 06:16
Salam. Siz DYP-yə rəsmi ərizə ilə müraciət edin. Onlar nə cavab versə ona uyğun hərəkət etməli olacaqsınız.
Avtosfer.az | 13 Noyabr 2022 10:45
Salam, əvvəla maarifləndirici cavablara görə təşəkkür edirəm. Sualım bundan ibarətdir; Saytda dərc olunan Bmw markalı avtomobillərdə boru ilə quraşdırılan ikinci çıxış məqalədə dərc olunan şəkildəki kimi olarsa qanunidirmi? Əgər qanunidirsə, mənim də avtomobilində eyni qaydada quraşdırılıb və səsi 74db-i keçmir. Buna baxmayaraq DYP eməkdaşı bu məqaləni ona təqdim etdikdə məhəl qoymur və bu məqalənin yanlış olduğunu qeyd edir, cərimə meydançasına aparır. Bu kimi hallarda biz sürücülərin hansı addımı atmağımızı məsləhət görürsünüz(DYP əməkdaşına cavab və ya hüququmuzun pozulmasına imkan verilməsəsi mənasında)?
Emil | 8 Noyabr 2022 03:18
Salam. Bunun çıxış yolu odur ki, protokol yazılandan sonra məhkəməyə müraciət edəsiniz.
Avtosfer.az | 13 Noyabr 2022 10:43
Salam. Mende Opel Astra H qabag faralara led qoysam cerimesi var?
Emrah | 7 Noyabr 2022 22:50
Salam. Şifahi şəkildə heç nə demək olmur. Mütəxəssis baxıb deməlidir. Yaxşı bir mütəxəssis tapın.
Avtosfer.az | 13 Noyabr 2022 10:42
Salam. Benson rengli patprese icaze var?
Emrah | 7 Noyabr 2022 22:48
Salam. Şəffaflıq 75 faizdən az deyilsə icazə var.
Avtosfer.az | 13 Noyabr 2022 10:41
Maşına kruwitel qowdurub ses coxaltmaq cerimesi ne qederdi ve cerme meydancasina aparmaq olarmi yeni elave avadanliq qowulsa pultnan sondurulde ses coxaldici cerimesini odeyib sokdure bileremmi ?
Senan | 7 Noyabr 2022 21:06
500 manat cəriməsi var. Cəriməni ödəyib sökdürə bilərsiniz.
Avtosfer.az | 13 Noyabr 2022 10:40
Salam. Maşının ön alın şüşəsinin dəyişdirilib rəngli şüşə (el arasında fiolet patpres) qoyulması qadağandır? Qoyulmasına istisna varsa lisenziya şərti və s kimi zəhmət olmasa qeyd edərsiz hansı halda rəngli şüşədən istifadə etmək olar.
Aqil | 7 Noyabr 2022 16:17
Salam. 1 halda icazə var ki, şəffaflığı 75 faizdən az olmasın.
Avtosfer.az | 13 Noyabr 2022 10:39
Salam dunen size bir sual unavanlamisdim ama cavab olmadi zehmet olmasa cavablandira bilersizmi
Asif | 7 Noyabr 2022 14:36
Salam. Dünən cavab verilib. Əgər rənglər solubsa, həqiqətən də hansı rəng olması bilinmirsə duracağa aparıla bilər. 4 bal 60 manat da cəriməsi var.
Avtosfer.az | 13 Noyabr 2022 10:37
Salam 77 XL 017 bu nomrenin qiymeti ne qederdi?
Əflan | 7 Noyabr 2022 09:57
Salam. Qanuni rüsumu 30 manat.
Avtosfer.az | 13 Noyabr 2022 10:36
Salam mende bmv E36 var onda arxa teker enlidi icaze varmi birZda asagidi.. ve men isteyirem qapilari yuxari acilan petlelerden qoyum onun ucun sened lazimdimi?
Aziz | 6 Noyabr 2022 23:09
Salam. Təkərlər bağlı zavod hansı ölçünü veribsə həmin ölçüdən kənara çıxmaq olmaz. Qapının yuxarı açılmasına isə heç bir problem yoxdur.
Avtosfer.az | 12 Noyabr 2022 12:00
Salam men Rusiyadan masin getirmek isteyirem depozit qoyub şərtlərlə nece maraqlana bilerem
İbrahim | 6 Noyabr 2022 22:12
Salam. Bunu Gömrük Komitəsindən maraqlanmağınızı tövsiyə edirik.
Avtosfer.az | 12 Noyabr 2022 11:59
Salam ,mənim 2 sualım var. 1 )mən maşını ayrı adamın adına onun iştiraki olmadan keçirdə bilərəm? 2) mən maşını öz adımdan çıxara bilərəm?
Namiq | 6 Noyabr 2022 21:54
Salam. 1) Xeyr 2) Yalnız çıxdaş edərək öz adınızdan çıxara bilərsiniz.
Avtosfer.az | 12 Noyabr 2022 11:58
Salam man mawin alarkan malum oldu ki aldigim waxsda olan 2060 ci il qadar baw etibarnama mulkiyyatcinin vafat sababindan quvvadan duwub biz hamin etibarnamasi olan waxsla birlikda hamin vafat edanin varasalarini tapdiq va onlardan bu amlakla bagli mulkiyyat etibarnamasi aldiq indi o etibarnama ila mawinin qeydiyyatini dayiwa bilmirik xahiw ediram qanunun bu haqda na dediyini biza izah edasiniz
Sahman | 6 Noyabr 2022 21:51
Salam. Nə deyib imtina edirlər?
Avtosfer.az | 12 Noyabr 2022 11:57
Salam avtamabilde nomre nisaninda reqemler qaydadisindadi sadece bayragin boyasi solgundur bu halda avtamabil cerme meydancasina aparilip cerme yazila bilermi
Asif | 6 Noyabr 2022 20:24
Salam. Əgər rənglər solubsa, həqiqətən də hansı rəng olması bilinmirsə duracağa aparıla bilər. 4 bal 60 manat da cəriməsi var.
Avtosfer.az | 12 Noyabr 2022 11:53
На задний стоп винил разрешено?
Habil | 6 Noyabr 2022 18:13
İşıq cihazlarına vinil çəkmək qadağandır.
Avtosfer.az | 12 Noyabr 2022 11:52