SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Dyp da 18azn cerime neyin cerimesidir?
Pervin | 6 Noyabr 2022 15:42
Dayanma durma.
Avtosfer.az | 12 Noyabr 2022 11:51
Salam menim avtomobilim 2013 il nivadir men nivaya urban buferleri qoydurmusam senedde unversal yazilib buna gore mene cerime yazila bilermi umumiyyetle bu qanunla duzgundurmu
Ruslan | 6 Noyabr 2022 09:49
Salam. Buna görə cərimə nəzərdə tutulmayıb.
Avtosfer.az | 12 Noyabr 2022 11:51
Salam. Icbari sigortanin vaxti bitibmis ve mene bununla bagli hec bir melumat gelmede cerime yazilib. Asanpayden qeydiyyatliyam,nomremde aktivdir.texniki baxisla bagli son tarixle bagli melumat gelsede.sigorta ile bagli gelmeyib. Men bununla bagli her hansi sikayet erizesi vere bilermmi? Tesekkurler
Ali Aliyev | 6 Noyabr 2022 02:53
Salam. Qanunda bununla bağlı sürücüyə xəbərdarlıq edilməsi nəzərdə tutulmadığı üçün şikayətinizin heç bir nəticəsi olmayacaq.
Avtosfer.az | 12 Noyabr 2022 11:51
Salam Bele bir Sualim olacaq Eyer gece zamani Avtomobile eylesib isiqlari yandirmadan insanliq hali deyek unudub ve yaxud fikirli olub ve s. yolda hereket ederse buna cerime tetbiq olunur YPX emekdaslari terefinden ? yoxaa xeberdarliq olunurmu? bunu bilmek isteyirdim
suleyman | 6 Noyabr 2022 01:35
Salam. Qanunda xəbərdarlıq yoxdur. 30 manat cəriməsi var bunun. Əgər polis özü istəsə güzəştə gedib yazmaya bilər. Sizin intizamlı olmağınızı, səmimiyyətinizi hiss edib xahişinizi nəzərə ala bilər. O da polisin özündən asılıdır. Amma qanunla xəbərdarlıq etmədən cərimə yaza bilər sizə.
Avtosfer.az | 12 Noyabr 2022 11:49
07 farasina ledle surmeyin cermesi ne qederdi
Elmar | 6 Noyabr 2022 01:03
150 manat.
Avtosfer.az | 12 Noyabr 2022 11:46
Texpasportda muherrikin nomresi qeyd edilmeyib,adima kecirtmek isteyirem,menden nomre duz gelmir,elave pul teleb edirlerki nomresiz ve yaxudda masinin ustunde olan muherrikin nomresi yazilmalidir!Bes bu masin gelende niye bunun texpasportunda muherrikin nomresi qeyd olunmur ki??
Ferhad | 6 Noyabr 2022 00:02
Siz DYP-yə rəsmi ərizə ilə müraciət edin araşdırsınlar ki, vaxtında niyə nömrəni yazmayıblar.
Avtosfer.az | 12 Noyabr 2022 11:46
Salam.Texniki baxışın müddəti 25 noyabr bitir bilmək isteyirem 14-15 gün öncədən vaxtı bitmədən keçə bilərəm?
Valeh | 5 Noyabr 2022 19:22
Salam. Bəli keçə bilərsiniz.
Avtosfer.az | 12 Noyabr 2022 11:44
Salam bu işiqlar qoşulu deyil, sadəcə aksesuar kimidir. Cəriməsi varmı?
kamran | 5 Noyabr 2022 18:27
Salam. Konstruksiyada nəzərdə tutulmayıbsa qadağandır.
Avtosfer.az | 12 Noyabr 2022 11:44
Salam. Sualim budur ki,NV qabaq sağ və sol qapilarina bu olcude yazi vurmaq qadağandir mi?NV nomresin. Reklam deyil.
Ramil | 5 Noyabr 2022 17:27
Salam. Qanun qadağan etmir
Avtosfer.az | 12 Noyabr 2022 11:43
“Salam. M5 səs boğucu sizin avtomobilin mühərrikinə uyğun deyilsə quraşdırmaq olmaz.” Sualima cavab olaraq gelmishdi, zehmet olmasa melumatlandirardiniz (Bmw 528, 2008ci il, 3 motor) uygun sayilir? Original M5 ve ya diger sertifikatli qazan qurashdirdiqda(74 db kechmemek sherti ile) texpasportda deyishiklik qanun ile teleb olunur bu halda?
Vaqif | 5 Noyabr 2022 14:56
Onu siz araşdırmalısınız ki, sizin avtomobilin mühərrikinə hansı səs boğucu nəzərdə tutulub.
Avtosfer.az | 5 Noyabr 2022 14:59
Texpasportda m qeyd yazdirmagin dovlet rusumu
Ayxan | 5 Noyabr 2022 13:08
Texpasporta belə qeydlərin yazılması doğru deyil.
Avtosfer.az | 5 Noyabr 2022 14:52
Salam.qabaq faranın üstüne axan led(şlank)işıq qoyulub cerimesi var?faranın içine yığılmayıb faranın üstüne yapışdırılıb.kapotun alt hissesinde.
Afiq | 5 Noyabr 2022 00:38
Salam. Fotosunnu göndərin baxıb deyək.
Avtosfer.az | 5 Noyabr 2022 14:52
Salam vaz 2107 teker vurmaq steyerem 215.50.13 cermesi varmı
Elşən ismayılov | 4 Noyabr 2022 21:24
Salam. Zavod bu ölçüyə icazə vermirsə olmaz.
Avtosfer.az | 5 Noyabr 2022 14:51
Salam, maşına amazondan sport purjinler sifariş vermişem menim maşının modeline iline uyğun d2 firma istehsalı. Maşına quraşdırıldıqda bir qeder yerden olan hündürlüy azalacağ el arasında pasatka deyilen mesele. Bu qayda pozuntusu sayilmasin deye ne etmeliyem ?
Elnur | 4 Noyabr 2022 14:49
Salam. Belə yayların istifadəsi qadağandır. Zavod nəzərdə tutmayıb.
Avtosfer.az | 5 Noyabr 2022 14:51
Salam maşının bu şeklde krasqa vurulmadan damının vinille qaralması qayda pozuntusudurmu?
Kenan | 4 Noyabr 2022 14:23
Salam. Öncə DYP-yə rəsmi ərizə ilə müraciət edin. Əgər icazə verilsə, o zaman vinil vurub qeydiyyata aldıra bilərsiniz.
Avtosfer.az | 5 Noyabr 2022 14:50
Uber ve ya bolt masinlarinda ferglenme nisani teleb edib DYP inspektoru ixp 322.0.2 maddesiyle cerime yazir. Bu qanuna muvafiqdirmi? Tesekkurler
Elvin | 4 Noyabr 2022 12:54
Qanunla düzdür. Amma ona DYP yox, Vergilər nazirliyinin əməkdaşları cərimə yaza bilər.
Avtosfer.az | 5 Noyabr 2022 14:49
Salam.DYP emektasi saxlayib Perdeye ve Taksi fealiyyetine gore 2 cerime yazacagin dedi.Perdeye gore 150 azn cerime yazdi 342.2.4 maddesin esas getirdi .perdeye gore cerime olmadigi bildirdim ama qerarsiz pratokol yazdi. Bu duzgundu?
Adem | 4 Noyabr 2022 03:07
Salam. Plyonkaya qeyri rəsmi icazə verib, pərdəyə cərimə yazılması doğru deyil. Məhkəməyə müraciət edin.
Avtosfer.az | 5 Noyabr 2022 14:39
Salam 2 tererfli yolda donme iwiqni yandrib gozleyerken arxadsn gelen mawin otme emeliyati edib meni vurarsa gunsh kimdedir donmeye icaze var yerde qiriq xetdir
Veliyev Ehdibar | 4 Noyabr 2022 00:22
Salam. Əks yola çıxandadır günah.
Avtosfer.az | 5 Noyabr 2022 14:38
Salam mənim sualım səs gücləndirici barədədir Deməli mənim maşınım bmw 430 dur Maşının texpasportunda M 4 e yığılıb yazılıb mən bu halda maşına səs gücləndirici qoşsam db normatıvı 74 ü keçmiyibsə mənə hər hansısa halda cəribə tətbiq oluna bilər və ya duracağa aparıla bilərəmmi? Texpasportda M4 ə yığılıb yazılıbsa normal olarağ biliriyki bmw m4 də səs boğucu olur zavod hal olarağ və məndə m4ə yığmışam zəhmət olmasa hər incə detalına qədər cavablandırardız indidən təşəkkürlər
Seyid | 3 Noyabr 2022 15:48
Salam. Texpasporta M4 yazılması qanunda nəzərdə tutulmayıb. Səs normativi 74db-i keçmirsə problem yoxdur.
Avtosfer.az | 5 Noyabr 2022 14:37
Salam, sualım bundan ibarətdir ki, idarə etdiyim lada VAZ-014 markalı avtomobildə arxa yayların sayı yerində olsada lakin cox sıxılmış vəziyyətdədir, yəni arxaya 2-3 sərnişin oturan kimi avtomobiln arxası cox aşağı yatır. avtomobilin ili 2011 ci il dir. DYP ispektoru bununla bağlı cərimə yaza bilər və ya cərimə meydançasına apara bilər avtomobili?
Arzu Novruzov | 3 Noyabr 2022 14:30
Salam. Əgər yaylar qızdırılmayıbsa və ya hər hansısa bir müdaxilə edilməyibsə, polis cərimə yaza bilməz.
Avtosfer.az | 5 Noyabr 2022 14:36
Maşın kareyadan gelende belə gelib mənə qayi cərimə yaza bilermi zavod qurcteldi suvarma olunmuyub
Elsen | 3 Noyabr 2022 14:12
Zavod belə buraxıbsa heç bir problem yoxdur.
Avtosfer.az | 5 Noyabr 2022 14:35
Salam. Ön büfer maşında olmadan maşını cerime meydana qoya bileler??? Cəriməsi var ?
Murad | 3 Noyabr 2022 13:37
Salam. Ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/yol-polisi-bufersiz-masini-duracaga-apara-biler-qaydalar-190157
Avtosfer.az | 5 Noyabr 2022 14:34
salam, bu avtomobildə hər hansı qayda pozuntusu var? qeyd: coilover manual tənzimlənə bilən asqı sistemi, zavod 165-195 R13-15 aralığında disk-təkər, lip, spoiler, deflektor, əlavə enləndirilmiş yan qanadlar(krılo'lar). istifadə olunan aksessuar-qurğular və s. zavod-sənaye istehsalıdır. əldə düzəlmə heçnə yoxdur. Qadağası olanları və olmayanları ayrı ayrı qeyd etsəniz minnətdar olaram. Təşəkkürlər.
Təhmasib | 3 Noyabr 2022 12:27
Salam. Coilover, 165-195 R13-15 disk- təkər ölçüsü, olmaz. Deflektor nədir, onu anlamadıq.
Avtosfer.az | 5 Noyabr 2022 14:33
Salam, mən gürcüstandan Bmw f10 2012 ci il alib getirmisem. Avtomobil gurcustanda M pakete yigilib. Texpasport alanda ne qeder rusum odemeliyem ? Texpasporta M paket yigilib yazilmasi qanunidir ? Mene bildirirlerki M pakete yigilib yazilmalidir
Ruslan | 3 Noyabr 2022 12:13
Salam. Belə şeylərin yazılması qanunsuzdur.
Avtosfer.az | 5 Noyabr 2022 14:21
Salam. Hər vahtınız xeyr! Sualım belədirki, əgər avtobilin arxa stop işıqlarını vinil vasitəsi ilə 15% tündləşdirdiyim zaman lakin, stoplar qırmızı, dönmə işıqları sarı, arxa işıqlar isə ağ rəngdə yanmasına baxmayaraq buma görə cərimə varmi?
Orxan | 2 Noyabr 2022 17:08
Salam. Vinil vurmaq qadağandır.
Avtosfer.az | 5 Noyabr 2022 14:21
Salam bizim maşin alanda öz adimza afromit etmemişki hemin adaminda banka borcu var bizim maşinda girov kim saylir problem hell etmek olurmu?
Ferid | 2 Noyabr 2022 06:28
Salam. Ya krediti ödəməlidir, ya da məhkəmənin icra şöbəsi ilə danışmalısınız.
Avtosfer.az | 5 Noyabr 2022 14:20
Salam bmw f30-a sport purjun quraşdırmağa icazə var?
Cəfər | 2 Noyabr 2022 04:02
Salam. Xeyr.
Avtosfer.az | 5 Noyabr 2022 14:19
Xüsusi qeydlərdə sport yazılıbsa tuning elemey olar?
Ceyhun | 2 Noyabr 2022 01:27
Tüninq etmək üçün sport yazılmasına ehtiyac yoxdur.
Avtosfer.az | 5 Noyabr 2022 14:19
Salam,avtomobilim Renault.Meganedir,iyul ayinda Lenkeran Dyp de texpasport alinib,1 hefte qabaq almisam ve Xirdalan DYpde oz adima kecirtmek isteyende dedilerki muherrik nomresi duz deyil,baxmayaraq ki,texpasportda muherrik haqqinda hec bir qeyd yoxdur,DYp emekdasi texpasportumu qaytarmadi ki,istintaqa verilecek,bunun ucun rusum varmi?texpasportumu almaqlari qanunidirmi?
Ferhad | 2 Noyabr 2022 00:08
Salam. Əslində maşını duracağa qoyub araşdırma aparmalı idilər. Əgər mühərrik oğurluq və ya cinayətdə iştirak edən avtomobilin mühərriki deyislə 30 manat rüsum ödəmklə dəyişdirə bilərsiniz.
Avtosfer.az | 5 Noyabr 2022 14:18
mawin adimda surme davernusu var onunla texpasport ede bilerem yada rengini deyssem surme davernusu ile ozum duzlde bilerem
Nicat | 1 Noyabr 2022 22:17
Etibarnamə ilə texpasport etmək nə deməkdir? Zəhmət olmasa sualı aydın şəkildə yazın. Sürmə etibarnaməsi ilə qeydiyyat əməliyyatları aparmaq olmaz.
Avtosfer.az | 5 Noyabr 2022 14:16