Salam. Yan qabaq şüşələr plyoka nə də ki jalusden isdifade etməmişəm şüşələr özündən qaradır. Jaluz və pərdə ucun cərimə 150 manat oxumuşam şüşə özündən qara üçün isə 50 manat. Bu duzdur
Elnur | 20 Oktyabr 2022 14:05
Əgər şəffaflıq 70 faizdən azdırsa 50 manat cərimə oluna bilərsiniz.
Avtosfer.az | 20 Oktyabr 2022 15:17
Salam nomreni qabag şuşeye qoymag cermedirmi ve ne qederdir cermesi
Mensur | 20 Oktyabr 2022 00:47
Salam. 40 manat cəriməsi var.
Avtosfer.az | 20 Oktyabr 2022 10:49
Bir də maşın texniki baxışdan necə olur keçir suseleri dəyişmək standartlara uyğun olduğu deyilir polis cərimə yazir
Elnur | 19 Oktyabr 2022 23:53
Sualınız aydın olmadı. Cümləni başa düşülən şəkildə qurun. "texniki baxışdan necə olur keçir suseleri dəyişmək standartlara uyğun" - bu cümlədən heç nə başa düşülmür.
Avtosfer.az | 20 Oktyabr 2022 10:48
Salam her vaxtınız xeyir. Görüntünü məhdudlaşdıran qara yan aynalar üçün cərimə nə qədərdir. Maşın cərimə meydançasına getməlidirmi. Sərnişinlər necə yolda salınıb maşınsız qalmalıdır yoxsa mənzil başına çatdırılmalıdır.
Elnur | 19 Oktyabr 2022 23:50
Salam. Ön şüşə və ön yan şüşələrə plyonka vurmaq 150 manat cərimədir. Yerində aradan qaldırıla bilirsə sökülür, cərimə yazıldıqdan sonra buraxılır. Yerində aradan qaldırmaq mümkün olmadıqda duracağa aparılır.
Avtosfer.az | 20 Oktyabr 2022 10:47
Sernisin qazelleri yuke cevirmek ucun hansi rusumlar odenilmelidir
Murtuz | 19 Oktyabr 2022 23:06
Bunun üçün öncə DYP-yə müraciət etməlisiniz. Onlardan razılıq aldıqdan sonra, zavod şəraitində yük sərnişinə çevirilə bilər. Rüsum: 30 manat texniki müayinə, 30 manat qeydiyyat şəhadətnaməsi.
Avtosfer.az | 20 Oktyabr 2022 10:45
Sqlam hervaxtnz xeyir şekildeki çeşqaya dalni zeif hansı lampalardan istifade edim ki hem gur olaun hemde keyfiyyetdi olsun cerimeside olmasn
Abdulla | 19 Oktyabr 2022 18:18
Salam. Zavod hansı lampanı nəzərdə tutubsa ondan istifadə edin.
Avtosfer.az | 20 Oktyabr 2022 10:44
Salam istismara yararsiz yayin masinin usdunde olmasi yeni mashini olu purjinle surulmesinin negeder cerimesi var ve masin dayanacaqa gedmelidir ? Zehmet olmasa pratkol nomresi ile mene izah ederdiz
Elsad | 19 Oktyabr 2022 14:04
Salam. Ölü yaylara görə cərimə yoxdur və maşın duracağa aparıla bilməz.
Avtosfer.az | 20 Oktyabr 2022 10:43
salam. sonuncu etibarname menim adima oldugu ucun cerimeler mene gelir. bunu nece ede bilerem bundan sonra cerime olunarsa oz unvanina getsin ve kohne cerimeler ona yazilsin?
Asif | 19 Oktyabr 2022 13:25
Salam. Ya etibarnaməni ləğv etdirməlisiniz, ya da ki, DYP-yə rəsmmi müraciət edib maaşının gündəlik olaraq digər şəxs tərəfindən idarə edildiyini bildirməlisiniz. Və ərizədə xahiş edin ki, Mərkəzi İnformasiya Sistemində düzəliş etsinlər ki, bundan sonra cərimə birbaşa həmin adamın adına tərtib edilsin.
Avtosfer.az | 20 Oktyabr 2022 10:42
Salam ses bogucuya basliq taxilanda cerime olunur
Eyvaz | 18 Oktyabr 2022 22:42
Salam. Əgər səs desibelini artırmırsa quraşdırmaq olar.
Avtosfer.az | 20 Oktyabr 2022 10:39
Salam arxa kemerin olmamasina cerime duwur duwurse neqederdir?
Ismayil | 18 Oktyabr 2022 13:03
Salam. Bu nasazlıq sayılır. Nasazlığı aradan qaldırmaq mümkün olmadıqda 50 manat cəriməsi var.
Avtosfer.az | 18 Oktyabr 2022 16:27
Salam sabahınız xeyir olsun mənim masinimda qabaqda spiçka var nə qədər cermesi var maşını ştrafnoya saliblar
Orxan | 18 Oktyabr 2022 09:42
Salam. 150 manat cəriməsi var.
Avtosfer.az | 18 Oktyabr 2022 16:27
Salam niva markali avtomobile qalenvagen buferleri yigdirb onu tex pastorta yazdirmaq olarmi
Serxan | 18 Oktyabr 2022 00:45
Salam. Xeyr, qadağandır.
Avtosfer.az | 18 Oktyabr 2022 16:26
Cavablandirdiginiz ucun cox sagolun,Sumqayit Yol Polisi Idaresi QI ve TB şobesi,eger mawin oz adimda deyilse generalni davernusla da satsam muqavile idarede baglanmalidirmi?
Səbuhi | 17 Oktyabr 2022 20:17
Bəli, fərq etmir. DYP-də bağlana bilər müqavilə.
Avtosfer.az | 18 Oktyabr 2022 16:26
Salam cerime meydançasından avtomobili çıxarmaq üçün cerimeniharada ödemek lazımdır
Abdulla | 17 Oktyabr 2022 19:33
Salam. Cərimə yazılıbsa banka, poçta ödəməlisiniz. Əgər cərimə yazılmayıbsa DYP-yə yaxınlaşın.
Avtosfer.az | 18 Oktyabr 2022 16:25
Salam mene 50manat cerime gelib ancaq ne etmisem hansi qaydani pozmusam yazilmayib,yoxlayiram sadece 50m odemlisiz yazilib birde tarix var vessalam,bunu men nece oyrene bilerem neile cermelenmisem?
Elvin | 17 Oktyabr 2022 19:03
Salam. Asanpay.az saytında elektron kabinet yaradaraq protokolun foto və videosu ilə tanış ola bilərsiniz. Və yaxud sms radarda aylıq 1 manat ödəməklər bütün cərimələrin fotosuna baxa bilərsiniz.
Avtosfer.az | 18 Oktyabr 2022 16:24
arxa yan susekere perdelerin vurulmasi qayda pozuntusudu ya yoxx.arxa perdelr men bileni yan wuwelere tovsiye olunmur
orxan | 17 Oktyabr 2022 15:04
Əslində plyonka və pərdə qanunla qadağandır. Sadəcə plyonkaya qeyri rəsmi icazə verildiyi üçün, pərdəyə cərimə yazmaq düzgün hesab edilmir. Ya bunların ikisinə də icazə verilməlidir, ya da ikisi də qadağan olunmalıdır.
Avtosfer.az | 17 Oktyabr 2022 15:14
Salam iki gun once vaz dayresinden uzu masazir (arxa yolla)isdiqametinde herekette olarken bir qezaya duşdum (gece saatlarında) . Yolun hereket hissesine Plasdik bardurlar qoyulmuşdu ve bunla baqlı hecbir znaktan,atrajatelden isdifade olunmamışdır.
Sigorta şırketi (icbari sigortadir mende) yalnız 3 cu şexslere deymiş ziyanı odeye bildiklerinin bildirdi((
Bu halda ne etmeliyem ?
Zehmet olmasa komeklik ederdiz
Anar | 17 Oktyabr 2022 12:36
Salam. DYP-yə müraciət edib qəza ilə bağlı forma 3 almalısınız, daha sonra yola cavabdeh olan qurumu müraciət edib və ya məhkəməyə müraciət edərək dəymiş ziyanı tələb etməlisiniz.
Avtosfer.az | 17 Oktyabr 2022 14:43
Salam men Lada priorada diskleri deyiwmey istyrem onun bir cermesii var?Birde pnevma qoydurmag olar?
Ibrahim | 17 Oktyabr 2022 10:36
Salam. Pnevma olmaz. Zavod ölçüsündən böyük və ya balaca disk qoymaq olmaz.
Avtosfer.az | 17 Oktyabr 2022 14:42
Salam aleykum maşını addan ada keçirmək nə qədər pul lazımdı? Mən Beyləqan rayon qeydiyatıyam qarşı tərəf isə bakı qeydiyatıdı maşında 1.5 matordu ?
Rüfət | 17 Oktyabr 2022 09:34
Salam. Bu linkə daxil olaraq hesablaya bilərsiniz.
https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 17 Oktyabr 2022 14:41
Salam maşınım ağdır, damı isə ponarama qara. Kopota bütöv qara vinil çəkmişəm və bununla əlaqəli saxlanılıram. Maşında qanunsuz nəsə dəyişiklik sayılır? Sayilirsa hansi maddədə bildirilib ?
Farid | 17 Oktyabr 2022 02:14
Salam. Bunun qadağan olub olmadığını DYP-yə rəsmi ərizə yazmaqla soruşa bilərsiniz. Müraciət edərkən qeydiyyata aldırmağı da xahiş edin.
Avtosfer.az | 17 Oktyabr 2022 14:39
Salam.Bir sualim olacaq.Son dovernus menim adima olduguan gore bashqasinin cerimesi ve bali mene gelib.ne ede bilerem.cerime odenilecek peoblem deyil bal nece mene gelmesin edim?
Tural | 16 Oktyabr 2022 18:05
Salam. Cərimə yazılan gündən 20 gün müddətinə kimi DYP-yə müraciət edib maşını digər şəxsinn sürməsi ilə bağlı vəsatət verməlisiniz. Bu halda protokol dəyişdirilir.
Avtosfer.az | 17 Oktyabr 2022 14:37
salam hervaxdiniz xeyir bizde mersedes E 320 avtomobilidir biz bunun rengini deyismek isdeyirik bununucun hansi icazeler lazimdi neler lazimdi deye bilersiz zehmet olmasa
FEQAN | 16 Oktyabr 2022 16:56
Salam. DYP-yə rəsmi ərizə ilə müraciət edin, cavab aldıqdan sonra rəngi dəyişib maşını qeydiyyata aldıra bilərsiniz.
Avtosfer.az | 17 Oktyabr 2022 14:36
Salam. Menim avtomobilim bir cixishlidir onu ses gucunu artirmamaq sherti ile iki cixishli ede bilerem? Onuda deyimki konstruktiv cehetden avtomobilim aldinda bunlar nezere alinib yeni original qazan ucun yer var
Ismayil | 16 Oktyabr 2022 10:19
Salam. Ətraflı məlumat üçün bu linkə daxil olun.
https://avtosfer.az/az/qaydalar/suruculerin-diqqetine-bmw-de-bu-deyisikliyi-etmek-olar-foto-128246
Avtosfer.az | 17 Oktyabr 2022 14:35
A1 kateqoriyasini 16yasda ala bilerem
Revan | 16 Oktyabr 2022 01:08
Bəli ala bilərsiniz.
Avtosfer.az | 17 Oktyabr 2022 14:29
Salam qarmowka perdenin hansi maddey esasinfa cerme tetbiq edirler?
Emil | 16 Oktyabr 2022 01:04
Salam. Onu biz bilmirik. Protokola baxın.
Avtosfer.az | 17 Oktyabr 2022 14:27
Salam led iwiq qoya bilerem mende istismari dayandirilmiw neqliyyat vasitesidir. Yol hereket qaydasinin 1 sayli elavesi dede qeyd olunub istismari dayandirlimiw neqliyat vasitesine xarici iwiq qurawdirmaq qadagan deil bu duzdur?
Emil | 16 Oktyabr 2022 01:04
Salam. Nə maşınıdır sizdə?
Avtosfer.az | 17 Oktyabr 2022 14:24
Salam zehmet olmasa deyerduz bu etikete gore cerime duwur? Vursam
Rizvan | 15 Oktyabr 2022 20:30
Salam. Xeyr, cəriməsi yoxdur.
Avtosfer.az | 17 Oktyabr 2022 14:20
Salam sade nivaya urban buferi qoymusam buna gore respublika qaide ada kecirtmirler deyir ged urban yazdir senede
Ferhad | 15 Oktyabr 2022 18:29
Salam. Düzgün etmirlər. DYP-yə rəsmi qaydada müraciət edin.
Avtosfer.az | 17 Oktyabr 2022 14:20
Salam Ön şuseye yazi yazdirmaqin cerimesi var ?yeni patprese ?
Yusif | 15 Oktyabr 2022 10:51
Salam. Görünüşü məhdudlaşdırırsa olmaz. Ümumiyyətlə bu cür şeylərə yol verməyi məsləhət görmürük. Yazı yazmaq üçün evdə güzgünün, pəncərənin üzərinə vurub həvəsinizi öldürə bilərsiniz. Maşını oyuncaq hesab etməyin. Təsəvvür edin qatar sürücüsü və ya təyyarə pilotu şüşəyə hər hansısa bir sticker yapışdırır. Bu anormal hal kimi qarşılanacaq. Nəqliyyat vasitəsini nəqliyyat vasitəsi kimi istifadə etmək lazımdır.
Avtosfer.az | 17 Oktyabr 2022 14:18
Salam. Cerime barede sms gelerse AsanPay vasitesile. Hemin cerime ne zaman yazilmis cerime hesab olunur?
Akif | 15 Oktyabr 2022 09:38
Salam. Onu bilmək üçün Asanpay.az saytında elektron kabinet yaradıb protokolla tanış ola bilərsiniz.
Avtosfer.az | 17 Oktyabr 2022 14:12




