Salam hyundai H-1 11 nefer serniwhin oturacaqi olan minik mawhini ucun hansi kareqoriya teleb olunur ? Zehmet deyilse
Nail | 27 Mart 2021 16:50
Salam. D1 kateqoriyası ilə.
“D1” - sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq, lakin 16-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “D1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün
Avtosfer.az | 20 Aprel 2021 15:53
Ötmək qadağandır nişanı hansı hallarda qüvvədən düşür və ya hansı hallarda təkrar quraşdırılmalıdır.
Kənan | 27 Mart 2021 11:34
Yolayrıcında qüvvədən düşür. Hər yolayrıcında təkrar quraşdırılmalıdır.
Avtosfer.az | 20 Aprel 2021 15:49
salam men faralari stoplari tundleshdirsem ona cerime dushur ?
elton | 27 Mart 2021 00:50
Salam. Bəli 150 manat cəriməsi var.
Avtosfer.az | 20 Aprel 2021 15:47
Salam avtomobile diffuser spoiler qoymaq qanunla cerimesi var? Men bildiyim uzre yoxdur ama bizde bele bir anlayis varki elave avadanliq adiyla cerime elemek isteyirler bunu deqiqlesdirmek isteyirem evvelceden tesekkurler
Rovsen | 26 Mart 2021 21:46
Salam. Qanunda yazılıb ki, normativ tələbi pozan avadanlıq quraşdırmaq olmaz. Normativ tələbi pozmayan istənilən avadanlığı quraşdırmaq və ya dəyişdirmək olar.
Avtosfer.az | 20 Aprel 2021 15:46
Salam.menim qazel markali yuk mawinim var.texpasportda yazilib bortlu tentli men mawini tentsiz sure bilere?yol polisi meni saxlayib aparir cerime meydancasina hec protokolda yazmir diyir ged yol polisine filan kabinete daniw gel cixart mawini.bu duzgundur xahiw edirem cavab veresiz.
Əziz | 26 Mart 2021 21:15
Salam. Bu düzgün deyil. Tentsiz də sürə bilərsiniz.
Avtosfer.az | 20 Aprel 2021 15:45
Salam. Niva 2015 arxa palcıq şiti (brizqavik) olmamaqnin cerimesi var ?
Ayaz | 26 Mart 2021 21:05
Salam. Nasazlığı aradan qaldırmaq mümkün olmadıqda 50 manat cərimə yazıla bilər.
Avtosfer.az | 20 Aprel 2021 15:44
Salam,avtomobilin qeydiyyat şəhadətnaməsində qaz avadanlığının quraşdırılması qeyd olunmadığına görə əmimin avtomobili cərimə meydançasına aparılıb,bilmək istərdimki bunun cəriməsi varmı,varsa nəqədərdir və qaz avadanlıq müsadirə oluna bilərmi?
Ramil | 26 Mart 2021 10:15
Salam. Avtomobil duracağa düzgün aparılıb. Bu dəyişiklik qeydiyyat şəhadətnaməsinə qeyd olunmalı idi.
Avtosfer.az | 20 Aprel 2021 15:43
Şekildeki yerde mene Dayanma ve ya durma qaydasının pozulması 346.1 maddesi ile protokol yazılıb. 3.27 ve 3.28 nişanlarının oımadığı yerde bu madde ile protokol tertib edilmesi düzgündürmü?
Rövşən | 25 Mart 2021 20:20
Avtobus dayanacğında park etdiyiniz üçün cərimə düzgün yazılıb.
Avtosfer.az | 20 Aprel 2021 15:41
Salam.Vaz2106 nin povorodnikinin kriskasini bele etmisem bu qanunsuz sayilirmi?Buna gore cerime meydancasina apara bilerlermi?
Bəxtiyar | 25 Mart 2021 16:25
Salam. Əgər işıq normal yanırsa heç bir problem yoxdur.
Avtosfer.az | 20 Aprel 2021 15:40
Eylecin işıqlarından biri yanmırsa,cerimesi var?
Ramiz Məmmədov | 25 Mart 2021 14:48
Nasazlıq aradan qaldırıla bilirsə cəriməsi yoxdur. Amma maşını o vəziyyətdə sürməməlisiniz. Mütləq düzəltdirin.
Avtosfer.az | 20 Aprel 2021 15:39
Salam mawinda olmus purjindi zavod sadece yatib ne kesilme ne qizdirilma var olu purjundu YPX saxlayib deyirem hecne etmemiwem olu prujindi mene cerime yazir ve deyir istismara yararsiz halda idare edirsen bu duzgundu? Ve ne deyekki bu YPX el ceksin
Emil | 25 Mart 2021 02:51
Salam. Buna görə cərimə nəzərdə tutulmayıb.
Avtosfer.az | 20 Aprel 2021 15:38
Salam vaz2107 fiat rul qoymaq cerimedir?
Vusal | 25 Mart 2021 00:06
Salam. Cəriməsi yoxdur. Ərtraflı məlumat üçün linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/fiat-rulu-na-gore-cerime-yazila-bilermi-qanunsuz-deyil-68559
Avtosfer.az | 20 Aprel 2021 15:37
Masin yiesi rehmete gedib atmn adna genralni davris verib atam masin sata bilermi ve ya davris ver bilermi mene xais edrem cavlayn...
Elmar | 24 Mart 2021 01:14
Maşının mülkiyyətçisi rəhmətə gedibsə etibarnamə avtomatik ləğv olunur.
Avtosfer.az | 20 Aprel 2021 15:34
Salam prava var ama davrnis yoxdu bele halda saxlandqa cermesi neqderdi ve masin cerme medancasna apar bilerlermi
Elmar | 24 Mart 2021 01:08
Salam. 40 manat cəriməsi var. Maşın da duracağa yerləşdirilməlidir.
Avtosfer.az | 20 Aprel 2021 15:31
Salam mawina xor xor qulwitel qoymagin cerimesi neçe desibel olmasinnsn asli olmayarag yazilmalidi ? Yoxsa neçe desibel olmasi yoxlanilmalidi qanunda?
Deyanet | 23 Mart 2021 22:12
Salam. 84 db olmalıdır. 84-dən yuxarıdırsa cərimə yazıla bilər.
Avtosfer.az | 20 Aprel 2021 15:30
Salam vaz2107 fiat rul qoymaq cerimedir?
Vusal | 23 Mart 2021 21:15
Salam. Cəriməsi yoxdur. Ətraflı məlumat üçün linkə daxil olun.
https://avtosfer.az/az/oyrenek/fiat-rulu-na-gore-cerime-yazila-bilermi-qanunsuz-deyil-68559
Avtosfer.az | 20 Aprel 2021 15:27
Menim avtomobilim Baki qeydiyyatidir Nomreside hemcinin Etibarname ile idare edirem Indi mawini Heyat yoldawimin adina qeydiyyata salmaq isteyirem Yawayiw adresimiz eynidir Bunun ucun men ne etmeliyem ve ne qeder rusum odemeliyem Qabaqcadan cavaba gore minnetdarligimi bildirirem
Aliyev Alibala | 23 Mart 2021 21:14
Yoldaşınız hara qeydiyyatıdırsa həmin rayonun qeydiyyat-imtahan şöbəsinə yaxınlaşmalısınız.
Rüsum isə mühərrikin həcminə və avtomobilin ilinə görə dəyişir.
Bu link vasitəsilə rüsumu hesablaya bilərsiniz.
https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 20 Aprel 2021 15:26
Salam. Sport purjunlari qoyub sertifikat almag deyirsiz elede onem dawimir.Bes onu nece mueyyen etmek olar ki normativ telebleri pozmuwug ve ypx onu vizual nece mueyyen edib wtrafnoya apara biler.birde ki onun cerimesi nedir ve hansi maddede gosterilib..ikinci sualimda padnowkanin altina iwig yigdirmiwam onada cerime duwur ve ne qederdi cerimesi maddesi zehmet deyilse
Rovsen | 23 Mart 2021 12:47
Salam. Bunu xüsusi stendlə yoxlamalıdırlar. Ayaqcığa yığdığınız işıq qanunsuzdur. 150 manat cəriməsi var.
Avtosfer.az | 20 Aprel 2021 15:22
Salam arxa yaylarin istismara yararsiz olduqda mawin duracaga qoyulmalidi ya cerime yazilmalidi? Bide cerimesi 50 manatdi?
Pervin | 22 Mart 2021 22:43
Salam. Kəsmisinizsə və ya qızdırmısınızsa maşın duracağa getməli və 150 manat cərimə yazılmalıdır.
Avtosfer.az | 20 Aprel 2021 15:21
Salam aftomobilin on şuşesine palavinkaya icaze var?
Pervin | 22 Mart 2021 22:35
Salam. Bəli var. Əgər şüşənin özü zavod istehsallı polovinka qaradırsa əlavə plyonka vura bilməzsiniz.
Avtosfer.az | 20 Aprel 2021 15:20
Salam.Bufersiz mashin surmeye gore cerime var? Ve ya cerime meydancasina aparila biler?
Tural | 22 Mart 2021 20:26
Salam. Bunun cəriməsi yoxdur. Amma maşını bufersiz də sürmək olmaz. Avtomobil konstruktiv bütöv olmalıdır.
Avtosfer.az | 20 Aprel 2021 15:19
Salam masini pufersiz surmeyin cermesi ne qederdi ve ona gore mawin duracaga gedir ?
Senan | 22 Mart 2021 14:10
Salam. Bunun cəriməsi yoxdur. Amma maşını bufersiz də sürmək olmaz. Avtomobil konstruktiv bütöv olmalıdır.
Avtosfer.az | 20 Aprel 2021 15:19
Salam maşın vaz 2106di arxa prjunları ölüb arxası aşağıdı bunun cerimesi varmı və cerime meydançasına apara biler DYP ? Önceden teşekkürler.
Tərlan | 22 Mart 2021 11:10
Salam. Xeyr buna görə heç bir cərimə yazıla bilməz.
Avtosfer.az | 20 Aprel 2021 15:17
Video hara gondermek lazimdir (olur)?
Fuad | 21 Mart 2021 22:53
[email protected] emailina göndərin.
Avtosfer.az | 20 Aprel 2021 15:17
Salam mende nivadadir on farasi wrangler farasi qoymuwam buna gore wtraf oluna bilerem ve ne qeder wtraf olur.Birde ki brizqavikim yoxdur ona gorede duracaga gedirem? Ve cerimesi
Rosen | 21 Mart 2021 13:50
Salam. Brızqoviki quraşdırmalısınız. Faranı isə usta stendlə yoxlamalıdır. Əgər standartı pozmursa quraşdıra bilərsiniz.
Avtosfer.az | 20 Aprel 2021 15:16
Salam.mende avtomobil 2013cu ilin toyota camry-sidi. Maraqlanmaq isteyirdim. Avtomobilin arxasina 4eded ses boguzu qurasdirilsa bu qanundan kenardi ya yox? Ve ya texpasportda qeyd olunmalidirmi? (Qeyd: 4 ses boguzu ishlek veziyyetde olacaq , gorunus ucun qoyulmayacaq)
Azad | 21 Mart 2021 09:27
Salam. Səs desibeli 84 db-dən yuxarı olmayacaqsa və işlənmiş qazlar normal şəkildə ixrac olunacaqsa quraşdıra bilərsiniz. Bunu texpasporta qeyd etmirlər.
Avtosfer.az | 20 Aprel 2021 15:15
Texniki baxiw ve sigorta vaxti bitib dovlet rusumu ne qederdi. Kamera cekir mawini aparmaq olmur diger yol var ?
Emil | 21 Mart 2021 01:13
Sığortanı onlayn həll edə bilərsiniz. Amma texniki baxış üçün evakuatorla aparmalısınız texniki baxış mərkəzinə.
Avtosfer.az | 20 Aprel 2021 15:13
Assalam aleykum.mende masin opel astr g universaaldi masiniustunenyuk vursam.hansi halda postdaki qayi ilisir .umumiyytle qanunda yukler haqinda necedi?
Perviz | 21 Mart 2021 00:40
Salam. Zavod nə qədər icazə verirsə o qədər yük vura bilərsiniz. Yük qarşıya və arxaya 1 metrdən, yan tərəfə 40 sm-dən çox çıxdıqda işarələnməlidir.
Avtosfer.az | 20 Aprel 2021 15:06
Salam şekilde gördüyünüz pratakol qanunsuz olaraq yazıb hemin avtomobil Şehid Bedelov Valeh Vahid oğluna mexsusdur 2020/10/7 si günü Bedelov Valeh şehid oldu ailesini Bakı şeherinden Zaqatala rayonuna getirende yola avtomobilin müherriki sıradan çıxdı 10 gün evvel muherrik düzeldi amma pratakol 12/02/2021 tarixde yazılıb bu nece ola biler
Musa | 20 Mart 2021 20:48
Salam. Fotosuna baxın. Əgər həmin maşın deyilsə şikayət edin.
Avtosfer.az | 20 Aprel 2021 15:04
Menim istifade etdiyim masin oğlumun adınadır, o Moskva sehrine yaşayır,Azərbaycan vetendasidir . Hemin masini idarə etmek ucun Moskva seherinden vekaletname alaraq hemin masini surmek hüququ verilmişdir Seki dovlet dördyol adlanan yol polisinin teleb edirlərmi vekaletname burdan alınmalıdır. Bilmek isteyirem Rusiyadan verilmiş vekaletname Azərbaycan ərazisində avtomobili idarə etməyə huquq verirmi?Evvelceden tesekkurler
Ramiz | 20 Mart 2021 19:54
Əgər bizim ölkədə keçərlidirsə sürə bilərsiniz.
Avtosfer.az | 20 Aprel 2021 15:02