SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Salamun Aleykum vaxtiniz xeyir bilmey isterdim 015 maşini sururem mende sade lanpuckadi işiq az edir led aq lanpucka qoya bileremmi yoxsa
Elnur | 11 Mart 2021 20:36
Salam. Normativ tələbi pozmayacaqsa quraşdırmaq olar.
Avtosfer.az | 12 Mart 2021 15:13
Salam.Her Hansi YPX emekdasi meni saxlayib size komandir Gosteris verib deyib cerime meydancasina apara biler? sebebin bele demeden konstruksiya deyib yoxlaniwa aparmadan cerime meydancasina yonlendirilir.Bu ne derece duzgundu? ve hara Sikayet etmek olar?
Ferid Memmedov | 11 Mart 2021 20:04
Salam. Düzgün deyil bu. Belə hal baş verirsə Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə yazılı şəkildə müraciət edin.
Avtosfer.az | 12 Mart 2021 15:12
Qruzavik birde axra sotka olmadigina gore masin cerime meydancisana aparila biler yerinde aradan qaldirmaq mumkun deyilse aparilirsa ne etmek lazimdi?
Eli | 11 Mart 2021 18:31
Xeyr bu şeylərə görə avtomobil duracağa aparıla bilməz.
Avtosfer.az | 12 Mart 2021 15:11
Salam mende Niva 2009 ci ildir Urbana yiqmiwam texpasporta urban vurmaq ucun dovlet rusumu neqederdir mutleqdirki onu texpasprta qeyd olunmalidi
Sadiq | 11 Mart 2021 16:57
Salam. Qeydiyyat şəhadətnaməsinə urban yazılmamalıdır. Kim onu tələb edirsə qanunsuzluq etmiş hesab olunur.
Avtosfer.az | 12 Mart 2021 15:11
Salam maşin atamin adindadi atam rusiyada olur anam maşinda ola ola nigah şehadtnamesi adamdadisa anamin suruculuk vesiqesi yoxdu diye anam maşinda ola ola maşini idare eliye bilermi
Hezi | 11 Mart 2021 10:38
Salam. Ananızın sürücülük hüququ yoxdursa sürə bilməz.
Avtosfer.az | 12 Mart 2021 15:10
Salam. Automobile konstruksiya deyiwikliyine gore yol polisi terefinnen cerime meydancasina yerlewtirilen zaman inspector protokol ve ya neyse bir sened teqdim etmeli deilmi? Hec bir Kaqiz vermeden qoyublar duracaqa, bir Kelme shêhêr qaisina gelersen deyibler, bu qanunla belede olmalidirmi?
Necef | 11 Mart 2021 05:59
Salam. Protokol yazdıqdan sonra duracağa aparmalıdır. Protokol yazmadan aparması qanunla qadağandır.
Avtosfer.az | 12 Mart 2021 15:08
Salam wolksvagen jetta 2002ci ildi mende ona blijnisi sari dalnisi ag led isig qoysam cermesi var?
Nihad | 11 Mart 2021 02:47
Salam. Led quraşdırmaq olar. Amma normativ tələbi pozmamalısınız. Sarı işıq isə yalnız duman faralarına quraşdırmaq olar. YAxın və ya uzaq işığa, o cümlədən qabarit işığına quraşdırmaq olmaz.
Avtosfer.az | 12 Mart 2021 15:05
Salam.zehmet olmasa deyə bilərsinizmi bmw e46 pnevma qoydurmaq istəyirəm.bunun qanunla cəriməsi varmı?varsa nə qədərdir?
Elmar | 11 Mart 2021 01:09
Salam. Qanunla qadağandır. Cəriməsi 150 manatdır.
Avtosfer.az | 12 Mart 2021 15:03
Salam. Piryoraya sport purjun qoymaq cərmədi?
Anar | 10 Mart 2021 18:18
Salam. Mübahisəli məsələdir. Əgər normativ tələbi pozursa quraşdırmaq qadağandır.
Avtosfer.az | 12 Mart 2021 15:02
Salam.Bilmək istərdim sürücü qadağan olunmuş yerdə öz avvtomobilini saxlayarsa,sürücü özü də içində ola-ola DYP-nin əməkdaşı avtomobili çəkərək çərimə yazması düzgündürmü?Çəkilişdə yalnız arxadan olub
Elnur | 10 Mart 2021 16:39
Salam. Bəli polis sizə cərimə yaza bilər.
Avtosfer.az | 12 Mart 2021 15:02
Salam burda yazilanlara gore ölü purjine (mudaxile olunmayan) cerime yaza bilmezler ypx emekdasi meni saxladiqda hansi qanunu men ona demeliyem ki el çeksin))
Rufat | 10 Mart 2021 13:02
Salam. İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsində qeyd olunub ki, normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması və ya dəyişdirilməsinə görə məsuliyyət nəzərdə tutulub. Siz heç bir dəyişiklik etmədiyiniz üçün məsuliyyətdən azadsınız.
Avtosfer.az | 12 Mart 2021 15:01
Salam aleykum avtomobilin texniki baxişin bitməsinə iki aya yaxin vaxt qalib. Onu vaxtindan əvvəl texniki baxişdan keçirtmək olurmu?
Elyaz | 10 Mart 2021 07:17
Salam. Bəli olur.
Avtosfer.az | 12 Mart 2021 14:59
Salam mən bilmək istiyirəm vaz 2107 markalı avtomobilin disk ölçüsü r13 dür və zavod icazə verirki bu avtomobilə 215 təkər vurmaq olar buna görə cərimə oluna bilərəm? Və birdə səs boğucudan istifadə edirəm 76 diesebli keçmir sesi? buna gore cerime oluna bilerem ?
Tural | 10 Mart 2021 03:09
Səs 84 db-li keçdikdə problem yarana bilər. Zavod təkər ölçüsünün 215 olmasına icazə verirsə quraşdırmaq olar.
Avtosfer.az | 12 Mart 2021 14:58
Salam,Covid 19 göre yazilmis 200 manat cerimeni hisse odemek olar yani 10-10 ve ya 20-20 yoxsa odenis birdefelik odenmelidir?
Asif | 10 Mart 2021 02:17
Salam. Xeyr, birdəfəlik ödəmək lazımdır.
Avtosfer.az | 12 Mart 2021 14:55
Salam her vaxtiniz xeyir Avtomobilin nomresinin burda olmaginin cerimesi var? Teshekkurler
Rasim | 9 Mart 2021 10:42
Salam. Xeyr cəriməsi yoxdur.
Avtosfer.az | 12 Mart 2021 14:54
Salam . Qarmoşka pərdələrə icazə var ? Lada Granta ön və arxaya sport purjunların cəriməsi var ?
Ümid | 9 Mart 2021 01:45
Salam. Arxa yan şüşələrə pərdə vura bilərsiniz. Sport yaylar mübahisəli məsələdir. Ona görə də quraşdırmağınız tövsiyə olunmur.
Avtosfer.az | 12 Mart 2021 14:45
Salam aftamabili zapças kimi satmag istiyirem aftamabil öz adimdadi Onu adimnan sora nece cixara bilerem
Elshad | 8 Mart 2021 11:59
Salam. DYP-nin Qeydiyyat-İmtahan idarəsinə gedin və avtomobili çıxdaş edin. Ondan sonra rahat şəkildə ehtiyyat hissələrini satın.
Avtosfer.az | 12 Mart 2021 14:44
Salam.Vaz 2107 pnevma quraşdırmağın cəriməsi var?varsa miqdarı nə qədərdir?çox sağolun
Elbrus | 8 Mart 2021 02:17
Salam. Qadağandır. 150 manat cəriməsi var.
Avtosfer.az | 12 Mart 2021 14:36
Salam,nivanin baruxiliahi dyandi bu xalda men vrangler farasi qoya bilerem?
Emil | 7 Mart 2021 22:39
Salam. Əgər normativ tələbi pozmursa quraşdırmaq olar. Bunu şifahi şəkildə demək çətin olur. MÜtəxəssis quraşdırıb xüsusi stendlə yoxlamalıdır.
Avtosfer.az | 12 Mart 2021 14:33
salam texpasportda mawinin muheriki yazilmayib men bawqa mator qoya bilerem yani dizel?
Elmir | 7 Mart 2021 21:18
Salam. Nömrəsiz mühərrik quraşdıra bilərsiniz. Amma maşın benzindirsə, dizel mühərrik qoyduqdan sonra mütləq qeydiyyata aldırmalısınız.
Avtosfer.az | 12 Mart 2021 14:31
2016 classdi arxa qabag buferin deyishib amg goymusham o elave avadanlig gedir ses guclendiricide zavoddu dyp onu dayanacaga yerleshdire biler? Qanunsuz nese var?
Elchin | 7 Mart 2021 20:36
Xeyr qanunsuz heç bir şey yoxdur. Buna görə sizə heç kim heç nə deyə bilməz.
Avtosfer.az | 12 Mart 2021 14:29
Salam texpasportda masin rengi ancaq goy qeyd olunub men onu rengin mat goy rengde rengletdirsem texpasport deyisilmelidi yenede? Zehmet olmasa cavanlandirardizda
Hafiz | 7 Mart 2021 17:36
Salam. Bəli dəyişməlidir.
Avtosfer.az | 12 Mart 2021 14:28
Salam.Səs boğucunun cəriməsi nə gədərfi?
Rasul | 7 Mart 2021 14:03
Salam. Səs boğucunun nəyini deyirsiniz? Sualı ətraflı yazın.
Avtosfer.az | 12 Mart 2021 14:27
Suruculuk mektebini bitirdikden sonra orani bitirdiyim barede senedi mene vermirler.Deyirler ki,imtaha bizsiz gede bilmezsen.Menim senedimi saxlamaga ixtiyarlari varmi?
Nasimi | 6 Mart 2021 20:38
Əslində sizə verməlidirlər. Bəlkə heç imtahana getmək istəmirsiniz. Ona görə şəhadətnamə mütləq sizə verilməlidir.
Avtosfer.az | 12 Mart 2021 14:26
Salam. Men nivaya flanqer farasi qoymag isdeyirem ne meslehet gorursuz?
Senan | 6 Mart 2021 01:15
Salam. Əgər normativ tələbi pozmayacaqsa quraşdırmaq olar. Amma belə məsləhət görmürük. Sabah mübahisələr yaranacaq yolda.
Avtosfer.az | 12 Mart 2021 14:25
200m cerime olsam mutleq yerinde odemeliyem cerimeni sora masini cerime meydancasinnan cixartmaliyam yoxsa pravama cerimeni yazib sonra oduye bilerem
Ruslan | 5 Mart 2021 18:35
1 ay ərzində ödəyə bilərsiniz.
Avtosfer.az | 11 Mart 2021 15:25
Salam. texpasporta pnevma yazdırmaq olur qanunan?
Anar | 5 Mart 2021 16:41
Salam. Xeyr. Qanunla belə şeylərin yazılması yolverilməzdir.
Avtosfer.az | 11 Mart 2021 15:25
Səs gücləndirici usuliter cermesi var? aksesuardır ya yox?
Sadiq | 5 Mart 2021 14:22
Buna görə heç bir cərimə nəzərdə tutulmayıb.
Avtosfer.az | 5 Mart 2021 15:11
Salam. Hansısa evin yaxud obyektin çıxışında svetafor qoymaq nə dərəcədə düzgündür. Nizami rayonu Mehdi Abbasov küçəsi ilə Özbəkistan küçəsinin kəsişməsində "Romance Palace" restoranının çıxışında svetafor qoyulub və özünü ağıllı hesab edən bəzi sürücülər M. Abbasov küçəsindən sağa azacıq dönərək Özbəkistan küçəsi istiqamətində hərəkət edirlər ki bu da Özbəkistan küçəsi istiqamətindən sola yəni Çobanzadə küçəsi istiqamətində hərəkət edənlər üçün problemlər yaradır və nəticədə həmin küçədə sıxlıq yaşanır. Xahiş edirəm bunu saytda işıqlandırasınız bəlkə əlaqədar qurumlar bir nəticə çıxaralar. Təşəkkür edirəm.
Zahir | 5 Mart 2021 11:43
Salam. Yaranan problem tam aydın olmadı. Siz onu videoya çəkib elektron ünvanımıza və yaxud Avtosfer.az-ın "Facebook" səhifəsinə göndərin baxaq. Həqiqətən problem varsa işıqlandıracağıq.
Avtosfer.az | 5 Mart 2021 15:11
Salam mende amerika istehsali mercedes cla250 di qazan sistemi yoxdu duz turbadi ses 85 db di amma popcorn var buna her hansi cerime nezerde tutulubmu ve hansi maddede bu oz eksini tapir ?
Elcin | 5 Mart 2021 00:55
Salam. Səs desibeli 84 olmalıdır. Əgər səs desibeli və işlənmiş qalar normadan artıqdırsa problem yaranacaq.
Avtosfer.az | 5 Mart 2021 15:09