SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Orta qazanin olamamasina gore bes masin strafnoydami qalmalidir duzeldilene qeder? Ora qazanin qoyulmasi ucun svarka isi getmelidi, strafnoydannece qaldirilacaq masin? Bununla bagli nese tenzimlenme yoxdurmu?
Samir | 21 Sentyabr 2022 16:54
Evakuatorla aparmalısınız.
Avtosfer.az | 22 Sentyabr 2022 14:05
Bmw 528 markali masinda orta qazanin olmamasina gore her hansi cerime tetbiq oluna bilermi? Hansi madde? Orta qazanin yoxlugu umumiyyetle normal desibeli, dem qazi normasini kecmirse cerime tetbiq olmagi ne derecede dogrudur?
Samir | 21 Sentyabr 2022 16:11
Orta qazanı çıxarmaq olmaz. Maddə 342.2.2
Avtosfer.az | 21 Sentyabr 2022 16:49
342.2.2 nin təyin olunması üçün nələr həyata keçirilməlidir? Sadəcə 2ci qazan var deyə 342.2.2 yazılması, desibel ölçülməməsi, tullantıların mıqdarı yoxlanılmamış nə dərəcədə doğrudur?
Samir | 21 Sentyabr 2022 15:40
Doğru deyil. Hər ikisi xüsusi ölçmə cihazı ilə yoxlandıqdan sonra ədbir görülməli idi. Ətraflı məlumat almaq üçün bu linkə daxil olun. https://avtosfer.az/az/qaydalar/suruculerin-diqqetine-bmw-de-bu-deyisikliyi-etmek-olar-foto-128246
Avtosfer.az | 21 Sentyabr 2022 15:54
Salam, bmw 528 də katalizatordan deyil, katalizatordan sonra gələn borudan əlavə boru çəkilib. M5 qeyd olunub, polis desibeli, hava qazının miqdarını ölçməmiş 342.2.2 yazdi. Bu protokol maşının cərimə meydançasında dayanması üçün əsasdırmı? Qayı maşını buraxmır. Deyir, düzəlt - buraxım.
Samit | 21 Sentyabr 2022 15:35
Salam. Polis sübut etməlidir ki, normativ tələb pozulub. Sübut etmədən maşın duracağa aparıla bilməz.
Avtosfer.az | 21 Sentyabr 2022 15:39
Salam. Masinin on bufer ve kapotunun reng deyisikliyi senedde qeyd olunmalidirmi? bu hansi qanunla tenzimlenir? men bildiyim qederi ile kapot bufer ban hisse sayilmir ve senedde qeyd olunmali deyil. 30 faiz reng deyise bilersen deyenlerde var beledirse bu faiz nece hesablanir. Bu hansi qanunla hansi maddelerde tenzim olunur. eger ban hisseden basqa reng deyise biliremse ban hansi hisseler sayilir padnosakalrda ban hisseye aiddirmi?
elnur | 21 Sentyabr 2022 14:03
Salam. Qanunda 30 faiz məsələsi yoxdur. Onu kim deyirsə yanlış informasiya yayır. Qeyd edək ki, bufer, kapot ban hissə sayılır. Siz nəyə əsasən deyirsiniz ki, ban hissəsi deyil? Onda kapotu, krıloları, qapıları, buferləri, çıxaraq ki, bu ban hissə deyil. Yerdə nə qaldı? Bir dənə karkaz qalır. Maşının banına bütün sadalanan detallar daxildir. Siz rəngi dəyişməmişdən öncə DYP-yə rəsmi müraciət edin. Onlar desə ki, sənədləşdirməyə ehtiyac yoxdur, o zaman rəngləyin. Və yaxud da rəngləyəndən sonra sənədləşdirin.
Avtosfer.az | 21 Sentyabr 2022 14:54
salam men masinimin texniki pasportun tex pasportunu ittimisem berpa elemekden otur ne etmeli kime muraciet etmeli birde rusumu ne qederdir?
renat | 21 Sentyabr 2022 12:27
Salam. Yaşadığınız ünvanın polis idarəsində ərizə yazın, oradan itirmə ilə bağlı arayış alın. Sonra qeydiyyat-imtahan şöbəsinə gedin. 30 manat 40 qəpik ödəməklə yeni qeydiyyat şəhadətnaməsi alın.
Avtosfer.az | 21 Sentyabr 2022 13:18
Salam led isiqlardan istifade etmeye icaze var? Avtomobil mini cooperdi
Elvin | 21 Sentyabr 2022 01:53
Salam. Normativ tələbi pozursunuzsa olmaz. Şifahi şəkildə bir söz demək olmur.
Avtosfer.az | 21 Sentyabr 2022 11:32
Salam Arxa Stop işıqları 2 si işlemir amma Yuxarıda olan led Stop işleyir o zaman cerime yazıla biler ?
Xezer | 20 Sentyabr 2022 23:56
Salam. Sürücü kimi belə şeyə məsuliyyətli olmalısınız. Cəriməsi olmasa düzəltdirmək lazım deyil? Qanunda yazılıb ki, nasazlıq aradan qaldırıla bilmədikdə 50 manat cəriməsi var.
Avtosfer.az | 21 Sentyabr 2022 10:55
Salam , cavabınız üçün çox təşəkkür edirəm . Sürət həddini aşdığıma dair foto və ya videonu ( faktiki hərəkət sürəti və sürət həddi qeyd olunan ) göndərmirlər , göndərilən şəkil və videoda sürət haqqında məlumat yoxdur. Rəsmi cavab məktubunu əlavədə sizə göndərdim Xahiş edirəm məsləhət verəsiniz. Hörmətlə , Vüsal Həsənov
Vüsal | 20 Sentyabr 2022 22:06
Salam. Əlavədə heç nə gəlməyib bizə. Sizin Asanpay.az saytında elektron kabinetiniz var? Yoxdursa kabinet yaradın, orada foto və video olacaq.
Avtosfer.az | 21 Sentyabr 2022 10:47
Salam. 1) Avtomobilin dövlət qeydiyyat nişanı köhnəldiyinə görə gecə vaxtı işıq düşəndə ağ hissələri demək olar ki parıldamır. Buna görə cərimə nəzərdə tutulubmu? 2) Avtomobilə nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törətməyən və ya ölçmə cihazlarının işinə mane olmayan, sadəcə radarların yerini müəyyən edən RADAR DETEKTOR quraşdırmaq qanunidirmi?
Orxan | 20 Sentyabr 2022 15:25
Salam. Əgər köhnəlibsə dəyişin. Radar detektora icazə var.
Avtosfer.az | 20 Sentyabr 2022 15:50
Salam , cavabınız üçün çox təşəkkür edirəm . Sürət həddini aşdığıma dair foto və ya videonu ( faktiki hərəkət sürəti və sürət həddi qeyd olunan ) göndərmirlər . Rəsmi cavab məktubunu əlavədə sizə göndərdim Xahiş edirəm məsləhət verəsiniz. Hörmətlə , Vüsal Həsənov
Vüsal | 20 Sentyabr 2022 15:20
Salam. Bizə cavab məktubu gəlməyib.
Avtosfer.az | 20 Sentyabr 2022 15:49
Salam.Niva maşınına istediyin farani qoymaq olar ya yox? Senetinde urban yazılıb.
Vüsal Ağayev | 20 Sentyabr 2022 12:18
Salam. Xeyr. Zavod tərəfindən nəzərdə tutulmuş fara olmalıdır.
Avtosfer.az | 20 Sentyabr 2022 13:50
Salam. Tehlukesiz seher kameralari terefinden yazilan cerime ne derecede qanunidir. Qosa xett yazilib etiraz etmeye deyermi?
Elmar | 20 Sentyabr 2022 09:37
Salam. Qayda pozmusunuzsa cərimə doğru yazılıb.
Avtosfer.az | 20 Sentyabr 2022 13:49
Salam Şirket maşını dayanma durma qaydasını pozubsa cerme qerarsiz gelibse ona hepsi vere bilerler
Elvin | 20 Sentyabr 2022 09:17
Salam. Qərar qanuni qüvvəyə mindikdən sonra ödənilməsə həbs verilir.
Avtosfer.az | 20 Sentyabr 2022 13:48
Salam NİİM kamerasından 327.1cərimə yazilib
Namik | 20 Sentyabr 2022 01:32
Salam. Xəttin tələbini pozmusunuzsa düzgün yazılıb.
Avtosfer.az | 20 Sentyabr 2022 13:43
Salam , mənim avtomobilimə sürət həddini keçməyə görə elektron prokol yazılaraq Asanpay - də kabinetimə yerləşdirilib .Əlavə olunmuş foto və videoda faktiki hərəkət sürəti göstərilməyib.Bu barədə şikayət etdim , cavab məktubunda yenidən şifahi olaraq sürət həddini keçdiyim qeyd olunur.Xahiş edirəm bu barədə məsləhət verəsiniz.
Vusal | 19 Sentyabr 2022 19:37
Salam. Fotonun alt hissəsində yoldakı sürət və getdiyiniz sürət qeyd olunur. Əgər yoxdursa rəsmi müraciət edib tələb edə bilərsiniz.
Avtosfer.az | 20 Sentyabr 2022 13:41
Salam Mopet 49 kib /49sm ses bogucu qolub cerməsi var ? Nə qederdi
Telman | 19 Sentyabr 2022 15:52
Səs normadan artıqdırsa 500 manat cəriməsi var.
Avtosfer.az | 19 Sentyabr 2022 16:10
Cavabın üçün teşekkürler ama polis sizin cavabınızı testiqlemir razı olmur kime videonu mene göndermelidir? Qanunla men videonu mene göstermesini ve göndermesini teleb edirem göndermirler
İmanverdi Qayıbov | 19 Sentyabr 2022 15:06
DYP-yə rəsmi müraciət edin.
Avtosfer.az | 19 Sentyabr 2022 16:08
Salam menim masinimi inspektor saxladi ve bildirdiki arxa yaylari qizdirilib mende bele almisam deye masini basimda cox çıxmır 3 gundu masinim cerme meydancasindadir amma hec bir esas subut ve ya protokol tertib olnumuyub bele cixir ki 3 gundu masinim esasiz cerme meydancasindadir ?
Rövşən | 19 Sentyabr 2022 14:10
Salam. Əslində protokol tərtib olunmalı idi. Amma qızdırılıbsa yayları dəyişin.
Avtosfer.az | 19 Sentyabr 2022 14:44
Salam tabesizlik nedir neçe metr qaçmaq neçe deqiq qaçmaq tabesizlik sayılır?
İmanverdi Qayıbov | 19 Sentyabr 2022 14:02
Salam. Tabesizlik odur ki, yol polisi və ya digər polis əməkdaşı sizdən qanuni tələblərə əməl etməyi tələb edir, lakin siz buna əhəmiyyət vermirsiniz. Bu tabesizlikdir. Və yaxud yol polisi sizə "saxla" işarəsi verir, siz dayanmırsınız. Bu zaman həmin polis əməkdaşı sizi yenidən dayandırırsa və siz dayanırsınızsa bu halda tabesizlik yaza bilməz. Çünki siz artıq tabe oldunuz. Amma sizi həmin vaxt qarşıda digər polis əməkdaşı dayandırsa, o zaman tabesizlik cəriməsi yaza bilər.
Avtosfer.az | 19 Sentyabr 2022 14:09
Men bmw masini sag terefden tustu cixarmisam ypx iliwse mene 342.2.2 maddesi ile cerime edir bildim duracaga masin getmelidirki.??? Zaten mehkemede men pratokolu xitam edecem
Ramil | 19 Sentyabr 2022 13:12
Normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə maşın duracağa aparılır. Amma normativ tələb pozulmayıbsa nə cərimə yazıla bilər, nə də duracağa aparıla bilər.
Avtosfer.az | 19 Sentyabr 2022 13:16
Mopetin 48kub/sm səs bogucun cerməsi ?
Telman | 19 Sentyabr 2022 10:49
Səs boğucuda nə problem var?
Avtosfer.az | 19 Sentyabr 2022 13:07
Salam bmw 316 qurwitel deyiwmiwem dyp emektawi sesinin cox olduguna gore cerme meydancasina aparmag isdeyir. Normaya uygun oldugunu deyirem razilawmir.ne etmeliyem
Ziya | 19 Sentyabr 2022 08:05
Salam. 74 db-dən yuxarı deyilsə şikayət edə bilərsiniz.
Avtosfer.az | 19 Sentyabr 2022 13:05
Sualım budur: mənim avtomobilim chevrolet cruzedir(2014-cü il). Və avtomobilin istismarı bitib ve men avtomobile sport yaylar(loru dilde desek purjunlar) quraşdırmışam ön və arxa hissələrə. Maşının çekisinin oxlar üzrə paylanması bərabərdir. Buna görə yol polisinin meni saxlayıb maşını duracaqa təmin etməsi qanuna ziddirmi?
Elvin | 19 Sentyabr 2022 02:02
Chevrolet Cruze-un istismarı bitməyib. Bazarda yeni ehtiyat hissələri satılmaqdadır. İstismarı bitən nəqliyyat vasitələri Zim, Pobeda və.s-dır. Sizin avtomobil üçün hələ neçə illər ehtiyat hissələri satılacaq. Maşınınız antikvar deyil ki, bazarda ehtiyat hissəsi satılmasın. Ona görə də gedin avtommobilin zavod yaylarını alın.
Avtosfer.az | 19 Sentyabr 2022 13:01
Maşınımın qabax bufersiz cerime meydancasina apardi . Orada prablemi aradan qaldırmiwam. Mene 50 manat cerimeni yerinde odemeyi teleb edirler
Ələddin | 19 Sentyabr 2022 01:00
Nasazlığı aradan qaldırmısınızsa ona heç cərimə də yazıla bilməz.
Avtosfer.az | 19 Sentyabr 2022 12:56
Sade nivaya urban buferleri qoymaq qanunidirmi? eger yol polisi cerime yazsa hara sikayet edib sildirmek olar
Ismet Hesenov | 19 Sentyabr 2022 00:33
Quraşdıra bilərsiniz. Heç bir problem yoxdur. Cərimə yazılsa ya DYP-nin rəhbərlliyinə yazılı şikayət edin, ya da ki, məhkəməyə müraciət edin.
Avtosfer.az | 19 Sentyabr 2022 12:55
Salam il erzinde nece qezadan sora suruculuy huqunan mehrum ola bilerem?
Anar | 18 Sentyabr 2022 11:56
Salam. Bu qəza ilə deyil. Ya məhkəmənin qərarı ilə olur, ya da ki, 20 bal topladıqda olur.
Avtosfer.az | 19 Sentyabr 2022 12:53
Salam.Men bmw F10 madeline 19 diski teker qoymaq isteyirem.Bu qanunla qadağandir ya qadağan deyil? Maşının üzerinde olan diski teker 17 likdir.
Nizami | 17 Sentyabr 2022 17:41
Salam. İstehsalçı zavodun verdiyi ölçülərə baxmaq lazımdır. Həmin ölçülərdən kənara çıxmaq olmaz.
Avtosfer.az | 19 Sentyabr 2022 12:52
Salam.Avtomobil Mercedes’ c250 2012 ci il 1.8 turbo(mashin rusiya qeydiyatindadi) avtomobile pultla isleyen see bogucu sistemi yigilib.sesiz rejimde 68 db aciq rejimde ise 72/73 db ses cixardir (munerrikin tam qizdirilmis halinda 3 min oborotda 3 metre araliginda)indi ise sualim 1)bu sese gore cerime varmi ? 2)umimiyetle bu sistemin mashina yigilmagina gore cerime varmi ? 3)dem qazinin normatifi nece % dir ve bunu pozduqda hansi cerime ve prosseler olur ?
Vuqar | 17 Sentyabr 2022 16:43
Salam. Səs desibeli 74-dən yuxarı deyilsə heç bir problem yoxdur. Amma YPX ilə aranızda anlaşılmazlıqlar olacaq. Ona görə də tövsiyə olunmur.
Avtosfer.az | 19 Sentyabr 2022 12:51
Bu maşının sahibini nömrəsi və adı
Resul | 17 Sentyabr 2022 16:08
Bunu biz bilmirik.
Avtosfer.az | 19 Sentyabr 2022 12:49