EQ5587284 bu ne protokuld
Emin | 8 Fevral 2021 19:38
Yol hərəkəti qaydasını pozduğunuz üçün kamera vasitəsilə EQ (Elektron Qərar) tərtib olunub.
Avtosfer.az | 10 Fevral 2021 14:10
Salam
Avtomobilimin uzerinde gelen disk r17 didi ve men cuzi cixintili(razvarka) etdirmisem bu ganun pozuntusudurmu ve hansu madde ile
Royal | 8 Fevral 2021 16:43
Salam. Dediyinizi anlamadıq. Fotosu varsa zəhmət olmasa göndərin baxaq.
Avtosfer.az | 10 Fevral 2021 14:09
Salam neqliyyat vasitesinin on bamperi temirdedirse ypx neqliyyat vasitesine cerime ve duracaqa apara biler?
Emil | 8 Fevral 2021 09:47
Salam. Xeyr buna görə nə duracağa apara bilər, nə də ki, cərimə yaza bilər.
Avtosfer.az | 8 Fevral 2021 16:11
salam. nivaya şekildeki arxa stopdan quraşdırmağa icaze var? bir de ön terefde dönme işiğinin uzun xett formasinda(yeni ki uzun xett formasinda olan lampanin bir terefinden başlayir yanmağa o biri terefine uzanaraq yanir) yanib sönmesinde problem olar ya yox onu bilmek isteyerdim. Biraz qarişiq oldu üzrlü sayin amma başqa formada izah ede bilmedim. işıqlarin renginde her hansı deyişiklik yoxdu. önceden çox sağolun
Elvin | 8 Fevral 2021 03:21
Salam. Normativ tələbi pozmursa təbii ki, quraşdırmaq olar. Amma bunu yoldakı polisə izah etmək çətin olacaq.
Avtosfer.az | 8 Fevral 2021 16:10
Salam . Maşının arxa yaylarının çıxardılıb sürülməsi mümkündürmü ? ( Bezpurjun ) Yəni texpasportda qeyd elətdirmək olurmu onu rəsmi şəkildə ?
Eli | 8 Fevral 2021 02:37
Salam. Bu qanunsuzdur.
Avtosfer.az | 8 Fevral 2021 16:09
Salam masin valideyinimin adindadir etibarnamesiz surduyum halda DYP si durdurdugu halda cermem ne olmagini bilmek isdeyirem
Ramil | 8 Fevral 2021 01:21
Salam. Bunun cəriməsi 40 manatdır.
Avtosfer.az | 8 Fevral 2021 16:08
Salam. Mashina sport prujin qoydurmag uchun texpasportda hansisa deyishiyliye ehtiyyac var? Sport prujin qoymaga qanunnan icaze var ya konstruksiya deyishikliyi gedir?
Fuad | 7 Fevral 2021 23:59
Salam. Qeydiyyat şəhadətnaməsinə bu cür dəyişikliklər yazılmır. Əgər normativ tələbi pozursa quraşdırmaq olaz. Belə şifahi şəkildə cavab vermək olmur. Quraşdırılıb yoxlanılmalıdır.
Avtosfer.az | 8 Fevral 2021 16:07
Salam.menim avtomobilim audi a4 1.8 TFSI dir.men ses bogucu sistemini deyiwdirib,"Magnaflow" sisteminnen qurasdirmag isteyirem.Bunun ucun hansi desibel olmalidir.Eger resmi servisde qurawdirsam cerime sayilirmi.zererli qazlarin ifrazi standarti necedir?
Azad | 7 Fevral 2021 23:24
Salam. Səs desibeli 84 dən yuxarı olmamalıdır. Qazların ifrazı isə xüsusi cihazla yoxlanılmalıdır. Əgər bunlar qaydasında olarsa quraşdırmaq olar.
Avtosfer.az | 8 Fevral 2021 15:49
Salam.Sürücülük vəsiqəsi olmadan avtomobil idarə etməyin cəriməsi nə qədərdir?Birdə maşın cərimə meydançasına aparılır yoxsa yerində cərimədi?öncədən təşəkkürlər
Elbrus | 7 Fevral 2021 23:07
Salam. Sürücülük hüququnuz yoxdursa 100 manat sizə, 60 manat isə mülkiyyətçiyə yazılır. Bu halda avtomobildə sürücülük hüququ olan şəxs varsa maşın duracağa gedə bilməz. Yox əgər sürücülük hüququ olan şəxs avtomobildə yoxdursa mütləq şəkildə duracağa aparılmalıdır.
Avtosfer.az | 8 Fevral 2021 15:48
Salam mende niva di sizin dediyiviz kim8 vilanqer faralari qoydurdum hec bir pirderka ve hec bir standarti pozmadan farani zavod kimi mutexessi terefinen yerlewdirildi ustunen 2 gun kecerek ypx saxladim faralarin qanunsuz oldugun dedi kanstruqsiya deywiyliyi ypx dedim narmativ telepleri pozmur iwig vurma bucagi normal yerlewdirilme normal her wey qaydasindadi bu fara niva nin deil deyerek strafnoya apardi . Ama men sizdem sorwmuwdum nece elemek olar siz dediniz eger iwig vurma bucagi normativleri pozmursa ve yerlewdirme uyugndursa qoydurmag olar . Indi men ne edim ?
Senan | 7 Fevral 2021 18:24
Məhkəməyə müraciət edin. Əgər dediyiniz kimi heç bir normativ tələb pozulmayıbsa deməli sizə qarşı edilən hərəkətlər qanunsuzdur.
Avtosfer.az | 8 Fevral 2021 15:46
Salam sesbogucunun ses desibelini olcmek ucun her hansisa dayanacaga gedib olculmelidir ya ypx avtomobilde olmalidi o aparat?
Qismet | 7 Fevral 2021 14:03
Salam. YPX avtomobilində olur. Amma onu ölçmək üçün xüsusi meydança olmalıdır. Küçənin ortasında ölçə bilməz.
Avtosfer.az | 8 Fevral 2021 15:45
Salam .menim mawinim mersedes e240 2002 panaramadi
Bu avtomobilin arxa qazanlari deyiwilib oz radnoyu deyil ama ses gucu narmative uygundu 84 aparatla olcdurmuwem .
Bu kanistruksiya deyiwiyliyi sayilir cerimesi var? bunun zehmet olmasa cavablandirardiz
Qismet | 7 Fevral 2021 12:12
Salam. Bəs hansı avtomobilin qazanıdır?
Avtosfer.az | 8 Fevral 2021 15:44
Salam sport yaylara cerme var ? Vardisa me qederdi
Ilkin | 7 Fevral 2021 12:12
Salam. Onu şifahi şəkildə demək çətindir. Əgər normativ tələbi pozursa quraşdırmaq olmaz.
Avtosfer.az | 8 Fevral 2021 15:43
Salam nivaya bu ablisofkaya gore elave avadanliq deyib cerime yazila biler?yol polisi bu ablisofkaya elave avadanliq deyib cerime meydancasina aparmaq isteyirdi.birde masinda her hansi qanunsuz deyisiklik var?
Oruc | 7 Fevral 2021 12:05
Salam. Foto gəlməyib. Yenidən cəhd edib edib göndərin, baxıb sualınızı ətraflı cavablandıraq.
Avtosfer.az | 8 Fevral 2021 15:43
Salam.Masina elave ses sistemi(usilitel,basovka ve s.)qurasdirmagin cerimesi var?
Oruc | 7 Fevral 2021 11:52
Salam. Xeyr. Bunun heç bir cəriməsi yoxdur.
Avtosfer.az | 8 Fevral 2021 15:42
Salam Farani bele yigmaqa icaze var ?
Nurlan | 7 Fevral 2021 11:45
Normativ tələb pozulmursa icazə var. Normativ tələb isə odur ki, işıq cihazlarının iş rejimi, düşmə bucağı, səpələnməsi, yerləşməsi normativ tələblərə cavab verməlidir.
Avtosfer.az | 8 Fevral 2021 15:41
Salam. Dövlet yol polis idaresini reisin müvafiq emri olmadan reyd keciren polise göre hara müraciet etmek lazimdir?
Ali | 7 Fevral 2021 11:33
Salam. Reyd yazılı əmrlə olmur. Şifahi göstəriş əsasında olur.
Avtosfer.az | 8 Fevral 2021 15:40
Salam Aleykum.Gunuvuz ugurlu olsun.Meni 28 mayda Post Patrul xidmetinin iwcileri gece saat 3 de avtomobilimin yaninda sigaret cektiyim yerde maskaya gore mene yaxinlawib men gedib avtomobilimnen maskani goturub gelende ise mene deyir ki sen serxow surmusen mawini ve weher kamerasinda goruntu var ki men avtomobili park edirem ve duwurem awagda sigaret cekib icki icirem ve ayig surucunu gozleyirem bu vaxt yol polisini cagirillar post partul ishcileri ve meni analize getmeyi deyiller men negeder de desem ki a kiwi mene tele gurmusuz men ickiliyem indi amma mawini idare elemirem ve meni ickili idare elediyim yerde tutmamisiniz xeyri yoxdu men subuta yetire bilmirem mene 7 sanielik video gosterir weher kamerasindan orda sen geldin dayandin vessalam.Bu ne olan weydi?Men derdimi kime daniwim?Kime wikayet ede bilerem bu ozbawinaliqdan?
Tuncay | 7 Fevral 2021 08:42
Salam. Bu barədə DİN-ə rəsmi müraciət edin. Məhkəməyə də müraciət edə bilərsiniz.
Avtosfer.az | 8 Fevral 2021 15:33
Salam size yazdıgım sualı cavablandırdıgınız ucun teshekkır.sadece sualımın cavabini ətraflı bilmək üçün sualimi biraz genişləndirmək istəyirəm.bufersiz idare etdiyimə gorə qanunla qayi məni necə cəzalandirmalıdır?Cəriməsi nəqədərdir,
Novruz | 7 Fevral 2021 02:15
Salam. Əslində qanunvericiliyə görə avtomobil konstruktiv bütov olmalıdır. Bufersiz avtomobil konstruktiv bütöv sayılmır. Lakin buna görə cərimə yazıla bilməz. Çünki "Yol Hərəkəti Haqqında Qanun"un 1 saylı əlavəsinin VII hissəsində və "İnzibati Xətalar Məcəlləsinin" 342.5-ci maddəsində qeyd olunub ki, belə nasazlığı aradan qaldırmaq mümkün olmadıqda 50 manat cərimə yazıla bilər. Bu nasazlığı isə aradan qaldırmaq mümkün olduğu üçün cərimə yazmaq düzgün deyil.
Avtosfer.az | 8 Fevral 2021 15:09
Salam Lada markalı avtomobil üçün nezerde tutulmuş -70 yayların tetbiqine icaze varmı ?
Elvinn | 6 Fevral 2021 21:26
Salam. -70 nədir ki? Aydın olmadı.
Avtosfer.az | 8 Fevral 2021 15:06
salam qardas men generalni davernus vermisem indide masinin nomreini deyismisem davernus quvesini itirir
Qurban | 6 Fevral 2021 20:25
Salam. Maşının mülkiyyətçisi dəyişməyibsə etibarnamə qüvvədədir.
Avtosfer.az | 8 Fevral 2021 13:05
salam takside ara kesmeden istifade olmasa cermesi ne qederdi
Eli | 6 Fevral 2021 10:54
Salam. 100 manatdır cəriməsi.
Avtosfer.az | 8 Fevral 2021 13:04
Salam. BMW f30 markalı maşın hansı halda texpasporta m3 yığılıb yazılmalıdır?
Rufat | 6 Fevral 2021 01:45
Salam. Əgər mühərrik, ban nömrələri və rəngi dəyişməyibsə qeydiyyat şəhadətnaməsində düzəlişə ehtiyac yoxdur.
Avtosfer.az | 8 Fevral 2021 13:01
Salam alekum.men avtomobilmi tuning yigdirmaq isdeyirem... respublikanski qayidan masinin senedine nese yazilmalidi yoxsa bawqa prosesdi
Bextiyar | 5 Fevral 2021 23:02
Salam. Tüninqə görə qeydiyyata ehtiyac yoxdur. Əgər rəng dəyişilərsə, mühərrik həcmi artırılarsa, bu zaman qeydiyyata ehtiyac olacaq.
Avtosfer.az | 8 Fevral 2021 12:59
Salam.mende Nivadi qabag yan wuweleri butilicnidi zavod emblemasi ustundedi diger nivanin ustunden cixmadi ona icaze var?
Emil | 5 Fevral 2021 15:58
Salam. Əgər şəffaflığı 70 faizdən az deyilsə icazə var.
Avtosfer.az | 8 Fevral 2021 12:58
Salam xor xor qulisitelin cerimesi ne qedwrdi xayiw diyerdizde mende mopeddi 49 cc hecne yoxlamadilar cerime meydancasina aparanda ele saxladilar dediler gediriy cerime meydancasina birdeki cox xaiw cerimesi nece manatdi sened nomre duwmur mopede
Ceyhun | 5 Fevral 2021 11:59
Salam. Səs desibelini aşmısınızsa 500 manatdan 800 manata kimi cəriməsi var.
Avtosfer.az | 5 Fevral 2021 12:17
salam menim masinimin arxasi biraz asagidi olu purjundi kesilmeyib 20 yanvarda reyde saxlayib kesik purjindi deye wtrafnoya saliblar ne etmeliyem
Qurban | 5 Fevral 2021 11:56
Salam. Rəsmi şəkildə şikayət edin. Buna görə sizə heç bir cərimə yazıla bilməz.
Avtosfer.az | 5 Fevral 2021 12:16
Salam daha əvvəl də sizin forumda yazmışdım ki, maşının səs boğucu sistemi dəyişilib, 2 tərəfli edilib və 4 başlığı var ümumilikdə. Bugün YPX inspektoru "Nəsə qulağıma səsi bərk gəldi" deyərək, BMW markalı avtomobilimi Sport+ rejimə qoyaraq, 6-7 dövr qaz verməyimi dedi. Səsi normal(79 desibel) olduğuna görə "100% səndə pult var" deyərək maşında axtarış keçirdi. Baxmayaraq ki, bu ittihamı da əsassız çıxdı, "Sən konstruksiya dəyişikliyi eləmisən. Zavod 1 çıxışı (2 başlıq) 2 çıxış(4 başlıq) eləmisən" Deyərək, 342.2.2-ci maddə ilə protokol tərtib edərək, avtomobilimi duracağa yerləşdirib. Bu məsələ ilə bağlı nə etməyimi tövsiyyə edirsiniz? Tam qanun çərçivəsində hansı addımları ata bilərəm? Protokolun məbləğini ödəsəm məsələ nə yerdə qalacaq və s. Öncədən təşəkkürlər.
Onur | 5 Fevral 2021 00:22
Salam. Yazılmış protokolun qərarını alıb məhkəməyə müraciət edin. Tam dediyiniz kimidirsə qanunsuz hərəkət olub sizə qarşı. Bu linkə daxil olaraq ətraflı məlumat ala bilərsiniz.
https://avtosfer.az/az/qaydalar/suruculerin-diqqetine-bmw-de-bu-deyisikliyi-etmek-olar-foto-128246
Avtosfer.az | 5 Fevral 2021 12:15
Azərbaycana gətrilən avtomobillərin dövlət risumu nə qədərdi
Maya | 4 Fevral 2021 22:55
Sualınız aydın olmadı. Gömrük rüsumu yoxsa qeydiyyat rüsumu? Bunlar fərqli-fərqli şeylərdir.
Avtosfer.az | 5 Fevral 2021 12:09
Salam nivaya wrangler fara qoyulmasi bu qadagandir? Tam ve rahat sekilde oz yerine oturu hec bir prablemde yaradmirsa icazesi varmi?
Emil | 4 Fevral 2021 02:50
Salam. Normativ tələbi pozmursa qurşadırmaq olar. Yəni işığın gücü, səpələnməsi, düşmə bucağı, iş rejimi standarta uyğun olmalıdır.
Avtosfer.az | 5 Fevral 2021 12:08