SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Salam. maşının arxa farasına 15 faiz tündləşdirmək vinil vurb qaraltmaq cermedi.
Anar | 3 Fevral 2021 20:36
Salam. Bəli cəriməsi var.
Avtosfer.az | 5 Fevral 2021 12:07
Salam purjun qizidirlmas cerme 150 manatdi ya 50 manat ?
Senan | 3 Fevral 2021 19:44
Salam. 150 manat.
Avtosfer.az | 5 Fevral 2021 12:07
Salam avtomobilde led isiqlara icaze varmi? Avtomobil tofasdir
Ramil | 3 Fevral 2021 19:41
Salam. Normativ tələbi pozmursa quraşdırmaq olar. Əsas odur ki, işığın gücü, düşmə bucağı, səğələnməsi, iş rejimi normativ tələblərə cavab versin.
Avtosfer.az | 5 Fevral 2021 12:07
Salam,bilmek isteyirem ki,eyer cerimenin esas hissesini ödesem debbe pulu ehf edile bilermi?melum mesele uzun muddet ksrantinle baglı işsizlikdir
Elşad | 3 Fevral 2021 11:00
Salam. Xeyr, qanunda belə bir şey nəzərdə tutulmayıb.
Avtosfer.az | 5 Fevral 2021 12:05
Salam menim masınım vaz2106 dı.men 10 aydan çoxdurki maşınım vurulub helede hazır deyil.men texniki baxışdan keçmiye bilerem?Maşının rengini de deyişecem inşallah bu Qeydiyata alınan zaman bir problem yaşatmaz mene?Vaz avtomobillerinin senetine sport yığılıb deye yazılır?bunun dövlet Rüsumu varmı?
Emil | 3 Fevral 2021 03:13
Salam. Öncə qeyd edək ki, sport yazıla bilməz. Qanunda belə bir şey nəzərdə tutulmayıb. Avtomobili idarə etmirsinizsə texniki baxışdan keçməyə bilərsiniz. Amma maşın tam hazır olduqdan sonra qeydiyyata gedərkən gərək evakuatorla aparasınız ki, yoldakı kameralar sizə cərimə yazmasın.
Avtosfer.az | 5 Fevral 2021 12:05
Salam... nivanin qabaq patpresin ust hissesinde rengli hisse var.. pallavinka deyiller... shekilin atmisham... Patpresin ust hissesi ozu renglidi.. yeni plonka chekilmeyib... Onu istifade elemek olar yeni qerara esasen? Birde nivanin arxa ve arxa oturacaqin yan suselerine perde vurmaq olarmi ? Yeni qerare esesen? Onceden teshekkurler...
Kamran | 2 Fevral 2021 19:50
Salam. Yeni qanun hələ ki, qüvvəyə minməyib. Ona görə də dediklərinizə hələ ki icazə var.
Avtosfer.az | 5 Fevral 2021 12:00
Salam.masinima vinil vurdurmusam.qanunla bu gadagadirmi.reng dəyişikliyi sayılır.
Zaur | 2 Fevral 2021 19:23
Salam. Baxır hara və necə vurdurmusunuz. Şifahi şəkildə heç nə deyə bilmərik.
Avtosfer.az | 5 Fevral 2021 11:59
Salam.Mene bu gun 346.1 maddesi ile cerime yaziblar. Verilmish qerari qeyri-qanuninsayiram,bele ki,mashini saxladiqim erazi ara yolu sayilir,herekete hec bir maneciliyim olmayib ve en esasi,qadaqa nishanlari da saxladiqim erazide yoxdur. Xahish edirem bu meselenin hellinde mene yardimci olardiz. protokol seriya:EQ N5525956
Balabey | 2 Fevral 2021 16:44
Salam. Protokoldakı fotoları və imkan varsa həmin ərazidən fotolar, videolar çəkin göndərin baxaq.
Avtosfer.az | 5 Fevral 2021 11:57
SALAM 2106 Ya Wrangler Fara Qoymağa Cərimə Yazıla Bilərmi?
Sadiq | 2 Fevral 2021 15:29
Salam. Normativ tələbləri pozmursa quraşdırmaq olar. Onu mütəxəssis baxıb deyə bilər.
Avtosfer.az | 5 Fevral 2021 11:54
Salam mende moped var qulisiteli xor xor qoymuwam cerimesi ne qederdi ? Moped hal hazirda cerime meydancasindadi
Games | 2 Fevral 2021 14:59
Salam. Səs desibeli standarta uyğun deyilsə cərimə meydançasına aparıla bilər.
Avtosfer.az | 5 Fevral 2021 11:53
Avtomobili bufersiz idare etdiyime gore qayi cerime meydancasina apara biler mawini?
Novruz | 2 Fevral 2021 13:40
Buna görə cərimə meydançasına aparılması qanunda nəzərdə tutulmayıb.
Avtosfer.az | 5 Fevral 2021 11:52
Salam. Maşının arxa stopun vinil vuraraq 15 faiz qaratlmaq cemedi yoxsa yox
Anar | 2 Fevral 2021 12:38
Salam. Bu qadağandır. 50 manat da cəriməsi var.
Avtosfer.az | 5 Fevral 2021 11:52
Salam.Bir sualim var.Zavod istehsali olan avtomashinin arxa yan shushelerinin tud olmaqina icaze var?Yani shushenin uzerine plyenka vurulmayib sadece shushe ozu tunddur.Cox saqolun.
Savalan | 2 Fevral 2021 10:54
Salam. Arxa yan şüşələrə plyonka da vurmaq olar, qara şüşə də vurmaq olar. Heç bir problem yoxdur.
Avtosfer.az | 5 Fevral 2021 11:51
-saLam soveT maşınLarının Leğv ediLmesi düzdür? HeqiqeTen Leğv oLunacaqmı? ve niye göre Leğv oLunur? xaHiş meLumaT vererdiz.
Xuliqan | 2 Fevral 2021 05:52
Salam. Belə bir şey yoxdur.
Avtosfer.az | 5 Fevral 2021 11:50
Header eliev prospekti 2 dereceli yol yeni 60 liq yolda gedirem. Suret hedim 67 dir.sol zolaqla gediremse dyp cerime ede biler.
Samir | 2 Fevral 2021 02:37
Əgər minik avtomobili idarə edirsinizsə cərimə edə bilməz. Yaşayış məntəqəsində istənilən zolaqla hərəkət edə bilərsiniz.
Avtosfer.az | 5 Fevral 2021 11:49
Xeyr,hecbir mehkeme qerarı verilmeyib mene.Sadece DYPye devet edib ödenilmesini teleb etdiler.Men ilk defe serxoş idare etmişem avtomobili,ona gore de cerime yaxilarken mene demişdiler sadece tohmet yaxacaqlar.amma tam cerime yazıblar.ümumiyyetle bele bir qanun varmı ki,ilk serxoşluqda töhmet yazilsin?
Elşad | 1 Fevral 2021 18:37
Protokolun varsa zəhmət olmasa fotoşəklini göndərin baxaq. Sürücüyə töhmət yazılmır. Töhmət iş yerində olur.
Avtosfer.az | 5 Fevral 2021 11:47
Salam aftamabilin rengin deyishmek üçün ne etmeliyem birde rüsüm nedir. Birdeki rengin deyisib qayiya gedim yoxsa nece
Elshad | 1 Fevral 2021 17:38
Salam. Rəngi dəyişməmişdən öncə yaxşı olardı ki, bu barədə DYP-yə rəsmi müraciət edəsiniz. Bundan sonra rəngi dəyişdirin və buna görə servisdən arayış alın. Ondn sonra DYP-nin qeydiyyat imtahan idarəsinə yaxınlaşın və maşını təkrar qeydiyyata aldırın. Rüsumlar: 25.40 azn qeydiyyat şəhadətnaməsi, 30.40 azn texniki müayinə.
Avtosfer.az | 5 Fevral 2021 11:46
Salam .Xarici olke qeydiyyatinda olan avtomobile arxa yaylarin asagidir (kesilmeyib qizdirilib biraz) ve qabaq suselerin plyonka olmasina gore strafnoya saliblar .bu ne derecede qanunidir ve xahis edirem ki qanundaki madde ile deyesiniz ki mende o maddeni acim oxuyum.onceden tesekkur edirem.
Elvinn | 1 Fevral 2021 14:15
Salam. Tam qanunidir. Əvvəla sürücünün görünüş dairəsində olan şüşələrə örtük, plyonka pərdə çəkilməsi qanunsuzdur. İnzibati Xətalar Məcəlləsinin 342.2.4 cü maddəsi. Yayları qızdırmaq olmaz. Bunun da maddəsi İXM 342.2.2
Avtosfer.az | 1 Fevral 2021 14:41
Bes mene 500 azn yaziblar.işsizlikle bagli odeye bilmirem
Elşad | 1 Fevral 2021 12:38
Məhkəmənin qərarı var sizdə?
Avtosfer.az | 1 Fevral 2021 14:39
Salam,mene sentyabr ayinda 500 manat cerime yazilib ehkemeye devet olunmadan,içkili avtomobil idaere etdiyimçün.bu cerime maksimum neçe manata qeder srta biler.?
Elşad | 1 Fevral 2021 12:29
Salam. Sərxoş vəziyyətdə avtomobil idarə etməyin cəriməsi 500 manat deyil axı. Dəbbə pulu günə 1 faiz gəlir. 2 ay ərzində dəbbə pulu hesablanır.
Avtosfer.az | 1 Fevral 2021 12:35
2107 ye kvadrat nomreye icaze varmi?
Fuad | 1 Fevral 2021 10:02
Xeyr. Bu avtomobildə nömrə düzbucaqlı olmalıdır.
Avtosfer.az | 1 Fevral 2021 11:24
Salam 10UR428 nömreli avtomobilin cerimesi hepisi barede melumat vererdizde zehmet olmasa
Rais | 31 Yanvar 2021 13:01
Salam. Bununla bağlı 902 qaynar xəttinə müraciət etməyiniz tövsiyə olunur.
Avtosfer.az | 1 Fevral 2021 11:23
Salam yuk yerine basovka qoymaga icaze var ?
Ramil | 31 Yanvar 2021 12:04
Salam. Bəli var.
Avtosfer.az | 1 Fevral 2021 11:23
Salam. Menim mashinimi yaylarin qizdiriblar adiyla duracaga apardilar. Duracaga aparmaga icaze var? Ve cerimesi ne gederdi?
Fuad | 31 Yanvar 2021 02:28
Salam.Qızdırılıbsa apara bilərlər. 150 manat cəriməsi var.
Avtosfer.az | 1 Fevral 2021 11:23
Salam menim masinim bankda idi .sonra hebs verildi.sonra pul artdi .ve bank mene pul qaytardi.ama masinim hebsdedir.hemin bank baglanib.ve men evladlarima etibarname vere bilmirem.ne etmeliyem?
Teymur | 31 Yanvar 2021 01:16
Salam. Əgər kreditlə bağlı heç bir probleminiz yoxdursa həmin bankın ləğvetmə komissiyasından təmizlik kağızı alıb aparmalısınız DYP-yə ki, sistemdən həbs götürülsün.
Avtosfer.az | 1 Fevral 2021 11:22
Salam maşinın təzə qeydiyyat nişanin qiməti 22 yoxsa 35 manatdir hər yerdə bir cür yazilir deqiq hansidir, 1.4 muhərriki olan 2010 il maşinin tekrar qeydiyyat qiyməti zəhmət olnasa deyerdiz
Samir | 30 Yanvar 2021 13:30
Salam. Qeydiyyat nişanının hal-hazırkı rüsumu 22 manatdır. 35 manat rüsum hələ qüvvəyə minməyib. Qeydiyyat rüsumu nömrə dəyişmədən 46 manat, nömrə dəyişsə 69 manat olacaq.
Avtosfer.az | 1 Fevral 2021 11:20
Salam... nivanin ön patpresinin ust hissesinde shekilde gorunduyu kimi tund reng gedir... palavinka deyilir.. sheklin atmisham... bunu qurashdirmagin cerimesi var? Önceden teshekkurler..
Kamran | 29 Yanvar 2021 11:28
Salam. Foto gəlməyib. Əgər avtomobilin ön şüşəsinin yuxarı hissəsi zavod tərəfindən tündləşdirilməyibsə, o zaman plyonka vura bilərsiniz həmin hissəyə. Yox əgər zavod tərəfindən dündləşdirilibsə, bu halda plyonka vurmaq qadağandır.
Avtosfer.az | 30 Yanvar 2021 13:03
Salam. Vaz avtomobilinde on ve on yanlara 20 ve yaxudda 25% tundluyu olan, qara wuweler qoydursam ypx saxlayar? ve hansisa cerime var?
Elgun | 29 Yanvar 2021 10:44
Salam. İşıqburaxma qabiliyyəti standarta uyğundursa quraşdıra bilərsiniz. Qeyd edək ki, ön şüşə 75 faiz, digər yan şüşələr 70 faiz şəffaf olmalıdır. Nəzərə almağınız tövsiyə olunur.
Avtosfer.az | 30 Yanvar 2021 13:00
Salam.Padnoska alti isiglar gurasdirmag gadagandirmi?ve gadagani hansi maddede geyd edilib yazardiz oxuyardim
Royal | 29 Yanvar 2021 02:37
Salam. Bəli qadağandır. Yol Hərəkəti Haqqında Qanunun 1 saylı əlavəsinin III hissəsində yazılıb.
Avtosfer.az | 30 Yanvar 2021 12:59
SALAM VAZ 2107 DE NECE DİS PURJUNA İCAZE VERİLİR? CERME EDİLMİR
Xeyal agazade | 29 Yanvar 2021 00:12
Salam. Mağazada satılan yeni yayların sayına baxın dəqiq biləcəksiniz.
Avtosfer.az | 30 Yanvar 2021 12:58