Azərbaycanlı velosipedçi beynəlxalq turnirin qalibi olub - FOTO

"Əziz Şuşa" beynəlxalq velosiped yarışında I mərhələyə yekun vurulub.
Trend-inməlumatına görə, Pirallahı rayonunda "Nərəkənd" parkının yaxınlığında 21 km məsafəyə fərdi ötüşmə növündə baş tutan yarışın qalibi Türkiyənin "Sakarya BB Pro Team" kontinental klubunda çıxış edən Azərbaycan millisinin üzvü Elçin Əsədov olub. O, finişə 26 dəqiqə 18 saniyəyə çatıb.
Liderdən 13 saniyə geri qalan yığmanın digər velospiedçisi Musa Mikayılzadə ikinci yeri tutub. Rumıniyanın "Styaua" komandasından Kristian Tsvetkov isə 26,58 dəqiqəlik göstərici ilə üçüncü olub.
Qeyd edək ki, yarışın II mərhələsi iyulun 10-da keçiriləcək. Bu mərhələ Füzuli Hava Limanından start götürməklə Şuşa şəhərindəki "Qarabağ" otelinin qarşısına qədər davam edəcək. İdmançılar sonuncu gündə 71 km məsafədə qrup ötüşməsində güclərini sınayacaqlar.






"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB











