CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO

CLEAR ekstremal təzyiq altında yüksək performansı ön plana çıxaran Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir.
Avtosfer.az xəbər verir ki, dünyanın kişilər üçün 1 nömrəli şampununun istehsalçısı CLEAR 21 yanvar 2026-cı ildə Sinqapurda Oracle Red Bull Racing ilə yeni qlobal tərəfdaşlığını elan edib. Bununla da CLEAR komandanın tarixində ilk rəsmi saça qulluq tərəfdaşı olub.
“Oracle Red Bull Racing”in qrup üzrə kommersiya direktoru Nick Stocker bildirib:
“Dəqiqlik, intizam və fasiləsiz inkişaf uğurlarımızın əsasını təşkil edir.
Məhz performansa bu cür yanaşma “CLEAR”ı komandamız üçün təbii tərəfdaşa çevirir.”
CLEAR brendi yeni RB22 bolidində, həmçinin dördqat dünya çempionu Max Verstappen və komandaya yeni qoşulan Isack Hadjarın balaklavalarında nümayiş etdiriləcək.
2026-cı il “Formula 1”in Bakı tarixində də əlamətdar yubileylə yadda qalır. Bu il Formula 1 yarışlarının Bakıda ilk dəfə keçirilməsindən 10 il ötür. 2016-cı ildə Bakı Şəhər Halqasında Avropa Qran-Prisi adı ilə başlayan bu tarix, 2017-ci ildən etibarən Azərbaycan Qran-Prisi kimi davam edir. Məhz belə bir yubiley ilində “CLEAR”ın Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığı brend üçün xüsusi əhəmiyyət daşıyır.
CLEAR haqqında
CLEAR qlobal miqyasda kişilər üçün 1 nömrəli saç baxımı şampunu, satışda olduğu 60-dan çox bazarın bir çoxunda isə kişilər üçün 1 nömrəli kəpəyə qarşı şampundur.
Oracle Red Bull Racing haqqında
Oracle Red Bull Racing yarandığı gündən etibarən dünyanın aparıcı avtomobil idmanı seriyası olan FIA Formula 1 Dünya Çempionatının əsas qüvvələrindən biri olub.
Unilever haqqında
Unilever dünyanın aparıcı gözəllik və rifah, şəxsi qulluq, evə qulluq və qida məhsulları təchizatçılarından biridir. Şirkətin məhsulları 190-dan çox ölkədə satılır.
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolda hansı sürətlə hərəkət etməlidir? - DOĞRU CAVAB
Sürücü bu yolda hansı sürətlə hərəkət etməlidir? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Avtomobillər hansı istiqamət üzrə hərəkət edə bilər? - DOĞRU CAVAB














