Banner

Təkərli tabut - ARAŞDIRMA

Yazarlar 1 Dekabr 2014 14:20 Oxunub 2442
Təkərli tabut - ARAŞDIRMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ölüm mexanizmi və ya inkişaf qurban tələb edir

İnsan dərrakəsinin, elmin, texnika və texnologiyanın inkişafı özüylə bərabər yeni, müasir ölüm amilləri də gətirir. Məsələn tibb nə qədər inkişaf etsə də yeni-yeni xəstəliklərin, virusların sayı da bir o qədər artır. Silah istehsalı, güya müdafiə məqsədiylə inkişaf etdirilir, lakin nə qədər inkişaf etsə də, bir o qədər ölüm, qan, faciə gətirir. Acı paradoks yaranır. İnkişaf həyatımızı rahatlaşdırsa da, bir o qədər təhlükəli edir.

 

Dəmir əzrayıl...

 

Bir neçə əsr bundan qabaq deməzdilər filankəs maşın qəzasında öldü. Sonra elm inkişaf elədi, insanın zamanını az xərcləyib daha çox yol qət edə biləcəyi rahat minik növü - avtomobil icad olundu. Və yeni bir ölüm növü daha gəldi həyatımıza və dilimizə - “Avtomobil qəzasında öldü...” Bu söz artıq o qədər adiləşib ki, bizim üçün, hər gün duyduğumuz xəbərə çevrilib. Yəqin ki, avtomobil qəzasıyla bağlı hər birimizin acı xatirəsi var.

 

Ölüm mexanizmi...

 

Avtomobil latın və yunan sözlərindən ibarət olub, özü yeriyən deməkdir. Avtomobil barədə ilk fikir XV əsrdə yaşamış Leonardo da Vinçi və XVII yüzilliyin dahisi İsaak Nyuton tərəfindən irəli sürülmüşdü. İki böyük alimin bu sahədə davamçısı sayılan fransız Nikolas Cozef 1769-cu ildə buxarla işləyən ilk avtomobil icad etmişdi. Bu icaddan bəhrələnən Amadey Bolle 1875-ci ildə həmin sistemlə işləyən avtomobillə Parislə Le-Manş arasındakı məsafəni 18 saata qət etdi. Bu texnika aləmində böyük sensasiya idi. Və bu da dünya alimlərinin diqqətini avtomobil sənayesinə yönəltdi. Hələ 1859-ci ildə fransalı mühəndis Etyen Le Nor avtomobillər üçün nəzərdə tutulmuş yeni tipli mühərrik hazırlamışdı və bu hadisədən sonra, onun alman həmkarı Klerk Nikolas həmin mühərriki təkmilləşdirərək (1876), prinsipcə onu bu günkü formaya saldı. Avtomobillər artıq dünyanın aparıcı qüvvələrinin diqqət mərkəzinə çevrilir və gündən-günə təkmilləşdirilirdi. Və beləcə “özü yeriyən” ölüm konstruksiyası icad olundu və sayı hər il 100 minlərlə artır. Maraqlıdır ki, avtombilin yaradıcısı və idarəçisi insan özü olsa da, qəzalar yenə də qaçılmazdır, bəlkə də elə əsas problem də burdadı, insan amili. Zaman, əmək, bilik sərf edib belə bir kəşf çıxar ortaya və bu kəşf də sənin üçün ölüm mexanizminə çevrilsin. Müharibə, təbii fəlakətlər müyyən zaman davam edir və bitir, bitməsiylə də kütləvi insan qırğınına da son qoyulur. Və müharibə və təbii fəlakətlər müyyən bir ərazini əhatə edir. Avtomobil qırğını isə svilzasiyanın olduğu bütün əraziləri əhatə edir və zamansızdır - nə zaman insanı haqlayacağı məlum deyil.

 

Dəmir tabut...

 

Dünyada təxminən 1 milyard 250 milyon özüyeriyən ölüm müxanizm, avtomobil var. Onların törətdiyi qəzalarda hər il 1,5 milyonadək insan dünyasını dəyişir. 20-50 milyon nəfər müxtəlif xəsarətlər alır, əlil olur. Nəticədə infrastruktura 700 milyard dollar dəyərində ziyan dəyir. Qəza qurbanlarının sayı hətta müharibə, təbii fəlakət və digər fövqaladə vəziyyətlərdə ölən insanların sayından geri qalmır.

 

Nəqliyyatda müharibə şəraiti...

 

Azərbaycanda hər il təxminən 2500-dən çox yol nəqliyyat hadisəsi qeydə alınır. Bu qəzalarda 1000-dən çox insan dünyasını dəyişir, 3000-ə yaxın insan isə müxtəlif dərəcəli xəsarətlər alır. Respublika üzrə qeydə alınmış YNH-nin təxminən 80%-i sürücülərin qayda pozmaları, o cümlədən 30%-i nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 25%-i ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 8% -i yol ayrıclarını keçmə qaydalarının pozulması, 3 %-i  nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verir. Ən dəhşətlisi isə budur ki, YNH-nin 35%-ni piyadaların vurulması təşkil edir, nəticədə təxminən 300-dən çox piyada həlak olur, 700-ə yaxın yaralana qeydə alınır. Son vaxtlar baş verən yol qəzalarında ölüm sayının artmasınını Bakı Şəhər Dövlət Yol Polis idarəsi də təsdiqləyir. Bildirilir ki, ağır hadisələri törədənlərin demək olar ki, 95%-i sürücülük təcrübəsi 10 ildən yuxarı olan insanlardır. BDYP yol qəzaları ilə bağlı 2012-ci ilin yanvar ayına qədər olan dəhşətli statistika açıqlayıb. 23 illik statistikaya görə 1988-ci ildən 2012-ci ilədək Azərbaycanın avtomobil yollarında 64 min 141 yol qəza hadisəsi qeydə alınıb. Bu qəzalarda 22 min 249 nəfər ölüb, 71 min 833 nəfər yaralanıb. Ən çox yol qəzaları və insan tələfatı 1991-ci ildə qeydə alınıb. Qeyd edək ki, I Qarabağ müharibəsində isə Azərbaycan Ordusu 14 min itgi verib. Ümumilikdə isə Azərbaycanda 30 minə yaxın insan təfəfatı olub. Bu fakt göstərir ki, ölkəmiz kimi, nəqliyyatımlız da müharibə şəraitindədi.

 

Ölümlə rəqs...

 

Ümumilikdə qəzalarda insan faktoru baş rol oynayır. Bəs niyə hər gün avtoqəzalarla bağlı bu qədər ölüm xəbərləri eşitdiyimiz halda sürücülər ehtiyyatsızdırlar, qaydaları pozurlar, içkili vəziyyətdə sükan arxasına otururlar?.

Məsələnin psixoloji tərəfini ekspertimiz, Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rustemov deyir ki, bu kimi hallara daha çox yeniyetmə və gənclər arasında rast gəlinir. Psixoloq buna səbə kimi isə adrenalin çatışmazlığını göstərir: “Mən alkoqol, narkotik və s halları bir kənara qoyuram. Xaricdə xüsusi yerlər təşkil olunur ki, orada insanlar avtomobillərini yüksək sürətlə idarə etsinlər. Və nəticədə stress və adrenalin çatışmamazlığını bu formada aradan qaldırırlar. Azərbaycan da bu istiqamətdə düşünürük müəyyən tədbirlər həyata keçirilsə problem nisbətən həllini tapacaq”.

Psixoloq deyir ki, avtoqəzaların sayının azalması üçün sürücülük vəsiqələrinin verilməsi zamanı diqqətli olunmalı və həmçinin əhali arasında psixoloji maarifləndirmənin aparılmalıdır: “Yaxşı olardı ki, sürücülük vəsiqəsinin verilmə prosesində onların psixoloji durumu da nəzərə alınsın. Bu gün konkret psixiatrik problemi olan insanlar var ki, həm ictimai nəqliyyatı, həm də minik avtomobil idarə edirlər. Bu da problemin həllində qabaqlayıcı tədbir kimi dəyərləndirilə bilər. Bu istiqamətdə maariflənmənin aparılması da çox vacibdir. Avtomobili yüksək sürətlə idarə edən insan bunun nə kimi faciələr yarada biləcəyinin fərqində olmur. O daha çox prosesin özündən həzz alır və baş verə biləcək faciənin fərqində olmur. Ona görə də xüsusən valideynlər övladlarına avtomobil alarkən diqqətli olmalı, qabaqlayıcı tədbirlər görməlidirlər”

 

Davam edir sovet represiyası…

 

İnsan amili ilə yanaşı avtoqəzalara səbəb olan başqa bir faktor da var. Avtomobilin özü. Statistik məlumatlara görə Azərbaycanda hər 2,4 qəzadan biri ölümlə nəticələnir. Daha bir maraqlı fakt isə ölümlə, ağır yaralanma ilə nəticələnən qəzaların əksəriyyətinin gənclərimizin, özəlliklə avtoş-ların xüsusi simpatiyasını qazanan, heç vaxt dəbdən düşməyən sovet maşınlarında baş veməsidir. Maşın qəbristanlıqlarımızın 45%-ni bu model avtomobillərin təşkil etməsi də bu faktı təstiqləyir. Statistika göstərir ki, qəzaların əksəriyyətində iştirak edən nəqliyyat vasitələri arasında VAZ markalı avtomobillərin xüsusi çəkisi var. Həmçinin söhbət elədiyimiz travmotoloq və təcili yardım xidmətində çalışan həkimlər də qarşılaşdıqları ölüm, ağır travma ilə nəticələnən qəzaların əksəriyyətinin sovet maşınlarında, xüsusi ilə “06”, “07” avtomobillərində baş verdiyini təsdiqləyirlər. Bəs ölüm və ağır xəsarət alma hallarının daha çox Rusiya istehsalı olan avtomobillərdə baş verməsinə səbəb nədir?...

 

Bəs qorxmursan ki aa, o juquli səni çox uzaqlara aparar?

 

Maşın ustası, uzun illərdi avtoservislərdə çalışan Emil Əliyev deyir ki, Rusiya istehsalı avtomobillərdə istehsal zamanı bahalı xromlanmış detallardan istifadə minimuma endirilir. İşıqlarla iş elə qurulur ki, sərfiyyat azalsın. Usta qeyd edir ki, avto hissələri geniş yayıldığından və münasib qiymətə olduğundan sovet maşınıları, özəlliklə el arasında “07” kimi tanınan model çox satılır. “07” həmçinin VAZ-ın digər modellərindən daha sürətlidir. Maşının özəl xarakteristikası odur ki, sükan ağır hərəkət edir. Ümumiyyətlə Rusiya istehsalı maşınlar, xüsusilə də “06”, “07”, “011” və digər modellər  təhlükəsizlik sistemləri ilə az təmin olunduqlarına görə, bu avtomobillər yüksək sürətlə idarə edildikdə qəzaların ağırlıq dərəcəsinə çox təsir edir. Yəni digər ölkələrin istehsalı olan modellərdə yünğül xəsarətalma ilə nəticələnəcək qəza, “sovet” avtomobillərdə baş verəndə ölüm ehtimalı yüksək olur.

 

Avro- 4

 

Sevindirici hal odur ki, ölkədə tətbiq olunmağa başlayan Avro- 4 standartlarına görə artıq bundan sonra Azərbaycana gətiriləcək avtomobillər Avrozonaya daxil olan ölkələr üçün 2005, ABŞ üçün 2004, Cənubi Kareya üçün 2006, Yaponiya üçün 2011, Türkiyə üçün isə 2008-ci il istehsalı olmalıdır. Və bu avtomobillərin təhlükəsizlik sitemi bütün beynəlxalq standartlara cavab verməlidir. Lakin avtomobillərə xüsusi nəzarət qoymaq məsələni həll etmir, bununla yanaşı avro ölkələrində tətbiq olunan təhlükəsizlik tədbirləri də ölkəmizdə həyata keçrilməlidir. Avropa ölkələrinin təhlükəsizliklə bağlı qoyduğu tələblər artıq orada qəza statistikanın azalan xətt üzrə inkişafına zəmin yaradıb. Məsələn bəzi ölkəlrədə bir neçə kilometrdən bir radar qoyulur və hər radardan bir neçə kilometr öncə isə “qabaqda radar var” işarəsi yerləşdirlir. Bu insanı isə sürücüləri yüksək sürətdən çəkindirir, sürəti aşağı salmağa, hətta heç yüksəltməməyə məcbur edir. Eyni zamanda inkişaf etmiş ölkələrdə cəzalar daha sərtdir. Bütün bunların nəticəsidir ki, London kimi avtomobil sıxlığı çox  olan bir şəhərdə hər 100 min nəfərə 5 -10 qəza düşür. Azərbaycanda isə bu göstərici 100 nəfər 5-10 qəzadır. simsar.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh