28 kilometrlik yol əsaslı təmir edilir - FOTO

Xaçmaz rayonunda uzun müddətdir sakinlərin gözlədiyi yol layihəsinin icrasına start verilib. Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2025-ci il tarixli sərəncamına əsasən, Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolundan ayrılan və 13 kəndi – Köhnə Xaçmaz, Xaspoladoba, Gəncəli, Babəli, Əzizli, Əhmədoba, Müşviq, Müşkür, Hacıqazma, Hacıəhmədoba, Şərifoba, Qaracəlli və Xəzərli kəndlərini birləşdirən 28 kilometrlik yolun əsaslı təmiri və asfaltlanması işlərinə başlanılıb.
Avtosfer.az-a xəbər verir ki, hzırda əraziyə xüsusi texnikalar cəlb olunub, yolun müxtəlif hissələrində təmir və asfalt örtüyünün salınması üçün hazırlıq işləri görülür.
Layihənin mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır. Tikinti işlərini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 14 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsinin inşaatçıları aparır.
Qeyd edək ki, ölkə başçısının 11 iyun 2025-ci il tarixli, 623 nömrəli Sərəncamı ilə sözügedən layihənin icrası üçün ilkin olaraq 1,5 milyon manat vəsait ayrılıb.




Yeni lüğətdə hansı sözlərə yer verilməyəcək? – AÇIQLAMA
Qaradağda yeni körpü TİKİLİR
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir












