Banner

AAYDA son 9 ayda hansı işləri görüb? - HESABAT - FOTO

Yeniliklər 28 Oktyabr 2021 12:32 Oxunub 1210
AAYDA son 9 ayda hansı işləri görüb?  - HESABAT   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi son 9 ayda görülən işlərin hesabatını açıqlayıb. Avtosfer.az həmin hesabatı təqdim edir:

2021-ci ilin 9 ayı ərzində 540 km uzunluğunda avtomobil yolu, prospekt və küçə inşa edilib, yenidən qurulub və təmir edilib:

  • Respublika əhəmiyyətli                 - 103.5 km;
  • Yerli əhəmiyyətli                             -  312.5 km;
  • Bakı şəhər yolları                           -  124   km.

 

2021-ci ilin 9 ayı ərzində respublikanın avtomobil yollarında 8 yeni körpü tikilib:

  • “Zəfər Yolu” üzərində 4;
  • İsmayıllı rayonunda 4.

 

2021-ci ilin 9 ayı ərzində Bakı şəhərində yeni yerüstü piyada keçidi inşa edilib:

  • Qala-Pirallahı avtomobil yolunun 3.6 km-də uzunluğu 76.7 metr;
  • Ziya Bünyadov prospektində 90 metr uzunluğunda.

 

2021-ci ilin 9 ayı ərzində ümumi uzunluğu 138.3 km olan avtomobil yolunun tikintisi başa çatdırılıb:

  1. Goranboy rayonu, Əlirzalı–Xan Qərvənd–Səfikürd–Tap Qaraqoyunlu avtomobil yolu. Uzunluğu 38 km;
  2. Ağcabədi rayonu, Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd avtomobil yolu. Uzunluğu 41 km;
  3. Tərtər rayonu, Evoğlu-Aşağı Qapanlı-Azad Qaraqoyunlu-İlxıçılar-Köçərli avtomobil yolu. Uzunluğu 11 km;
  4. Ağstafa rayonu, Böyük Kəsik-Ağgöl avtomobil yolu. Uzunluğu 5 km;
  5. Qusar rayonu, Qusar-Qayakənd-Avaran-Xürəl avtomobil yolu. Uzunluğu 12.5 km;
  6. İsmayıllı rayonu,  Hacıhətəmli-Gideyli-Kürd Eldarbəyli avtomobil yolu. Uzunluğu 13 km;
  7. Salyan rayonu, Salyan-Neftçala magistralını Kür Qaraqaşlı, Beştalı, Cəngan, Xocalı və Ərəbqardaşbəyli kəndləri ilə birləşdirən avtomobil yolu. Uzunluğu 15.3 km;
  8. Şabran rayonu, Padar avtomobil yolu. Uzunluğu 2.5 km.

Həmçinin:

  • Şəki, Yevlax, Ucar, Zərdab, Ağcabədi rayonlarında 61.68 km uzunluğunda 10 kənd yolunun yenidənqurulması işləri həyata keçirilib;
  • Bakı şəhəri, Yasamal rayonu Qanlı Gölün qərb hissəsində uzunluğu 1.3 km olan və sosial evlərə qədər yeni avtomobil yolunun tikintisi başa çatdırılıb;
  • Vətən müharibəsi dövründə Goranboy rayonunda 17.7 km, Tərtər rayonunda 9 km, Daşkəsən rayonunda 1.5 km və Naftalan rayonunda 16 km uzunluğunda avtomobil yollarına və yol qurğularına dəymiş zərər aradan qaldırılıb.

                                            

 

2021-ci ilin 9 ayı ərzində Bakı şəhərinin 12 rayonu ərazisində ümumi uzunluğu 124 km olan şəhər və qəsəbə daxili yollar yenidən qurulub və təmir edilib:

        - Nərimanov rayonu - 8.89 km;

        - Binəqədi rayonu   – 12.9 km;

        - Suraxanı rayonu   – 11.8 km;

        - Qaradağ rayonu     – 6.6 km;

        - Xəzər rayonu       – 16.3 km;

        - Xətai rayonu         - 11,4 km;

        - Yasamal rayonu  – 3.98 km;

        - Sabunçu rayonu     5.7 km;

        - Nəsimi  rayonu      – 3.6 km;

        - Nizami rayonu        5.5 km;

        - Səbail rayonu        – 7.8 km;

        - Pirallahı rayonu         - 2 km.

 

 

2021-ci ilin 9 ayı ərzində:

  • 16 kəndlərarası avtomobil yolu layihəsinin,
  • Şamaxı rayonunun və Naftalan şəhərinin daxili yollarının, 
  • Bakı şəhərində qəsəbədaxili yolların yenidən qurulması və əsaslı təmiri işləri davam etdirilib.

 

2021-ci ilin 9 ayı ərzində:

  • M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ( 152 km, 4 hərəkət zolaqlı);
  • M2 magistral avtomobil yolunun Gəncə-Gürcüstan Respublikası ilə dövlət sərhədi  hissəsinin 4 zolağa genişləndirilməsi (130.15 km, 4 hərəkət zolaqlı)
  • Bakı şəhəri, Xətai rayonunda “Ağ şəhər“ layihəsi çərçivəsində yolların tikintisi və Nobel prospekti üzərində piyada körpüsünün tikintisi;
  • Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu çayı ilə kəsişməsində yeni körpünün tikintisi;
  • Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsinin yenidən qurulması (47.2 km);
  • Ələt-Astara-İran İslam Respublikası  ilə dövlət sərhədi avtomobil yolunun 204-207-ci km-lik hissəsinin və Astaraçay çayı üzərində körpünün tikintisi;
  • Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə sərhədində Samur və Xanoba keçid məntəqələri arasında uzunluğu 24.5 km olan birinci texniki dərəcəli avtomobil yolunun tikintisi;
  • Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz şəhərinin Rövşən Məmmədov küçəsindən keçən hissəsində avtomobillərin və piyadaların rahat hərəkətini təmin edəcək yeni yol qovşağının tikintisi;
  • Susay-Xınalıq avtomobil yolunun tikintisi (34.8 km);
  • Abşeron rayonu ərazisində yerləşən palçıq vulkanları ətrafındakı müasir turizm infrastrukturuna aparan yeni avtomobil yolunun tikintisi (21 km) işləri davam etdirilib.

 

2021-ci ilin 9 ayı ərzində Bakı şəhərində və respublikanın ümumi istifadədə olan avtomobil yollarında:

  • 693 yol nişanı,
  • 6 927 siqnal dirəyi,
  • 2328 p/m əyrixətli tirlər quraşdırılıb və bərpa edilib;
  • 1301.7  min m2 həcmində yolların boya ilə xətlənməsi işləri yerinə yetirilib.

 

2021-ci ilin 9 ayı ərzində Bakı şəhərində və Respublikanın ümumi istifadədə olan avtomobil yollarında yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 483 yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə:

  • 6 055 p/m əyrixətli tirlər,
  • 65 p/m beton bardür,
  • 177  p/m mühafizə çəpəri,
  • 20  işıq dirəyi,
  • 15 yol nişanı,
  • məlumat lövhəsi,
  • dayanacaq,
  • 18 səsboğucu lövhə,
  • 1 hidravlik baryer və mühərriki,
  • 164 m2 alkapon üzlük,
  • 25 m körpü məhəccəri yararsız hala düşüb.

 

2021-ci ilin 9 ayı ərzində yol təsərrüfatına 572.2 min manat məbləğində maddi ziyan dəyib ki,  bundan 405.7 min manatı  (70.9 %) ödənilib:

  • Dəymiş ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə sığorta şirkətlərin,  
  • yol nəqliyyat hadisəsi ilə bağlı avtomobillərin sığortası olmadığına görə məhkəmələrə,
  • 56 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığı üçün, onların tapılması məqsədilə BDYPİ-nə müraciət olunub.    

2021-ci ilin 9 ayı ərzində AAYDA-nin “Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC-ləri tərəfindən magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağında 74 590 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh