ADY Bakı-Xırdalan-Bakı istiqamətində əlavə reys təyin edir

“Azərbaycan Dəmir Yolları’’ Qapalı Səhmdar Cəmiyyəti ("ADY” QSC) qatarların yolda olma vaxtlarının hərəkət sürətlərinə uyğunlaşdırılması, sərnişinlərin qrafik üzrə vaxtında mənzil başına çatdırılması və sərnişin sıxlığının qismən tənzimlənməsi məqsədilə 11 mart tarixindən etibarən Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər edilir.
Yenilənmiş hərəkət cədvəlini ADY-nin korporativ veb səhifəsindən (www.ady.az), Bakı Dəmiryol Vağzalının və Abşeron dairəvi dəmir yolu marşrutu üzrə bütün stansiya və dayanacaqlarda, həmçinin elektrik qatarlarının monitorlarından əldə etmək olar.
Eyni zamanda sözügedən tarixdən etibarən Bakı-Xırdalan-Bakı istiqamətində qısaldılmış marşrut üzrə əlavə ikinci qatar reysə buraxılacaq. İkinci qatarın xəttə buraxılması sərnişin sıxlığının qatarlar üzrə bərabər paylanılmasını təmin edəcək və turniketlərdə müşahidə olunan sıxlığı əhəmiyyətli dərəcədə azaldacaq.
Qeyd edək ki, hazırda Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarlar mövcud qatar parkının sayına uyğun olaraq ən qısa intervalla işləyir.
"ADY” QSC sərnişindaşıma xidmətinin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində əlavə tədbirlər də planlaşdırır. Belə ki, 2023-2024-cü illərdə 10 ədəd Stadler FLIRT tipli sərnişin qatarlarının alınması Abşeron dairəvi dəmir yolu və regionlar üzrə sərnişin daşımalarının daha intensiv və keyfiyyətli təşkil olunmasına önəmli töhfə verəcək.
Bakının şimal girişində sıxlıq azaldacaq yeni yol tikilir
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












