Banner

Babək prospektində maşın körpüdən aşdı - FOTO

Qəzalar 11 Noyabr 2026 10:54
Babək prospektində maşın körpüdən aşdı - FOTO
WhatsApp kanalımıza abunə olun

Bu gün paytaxtın Xətai rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Babək prospekti üzərindəki körpüdə “Hyundai” markalı avtomobil idarəetmədən çıxıb.

Körpünün kənarındakı məhəccərə çırpılan nəqliyyat vasitəsi hündürlükdən köməkçi yola aşıb.

Hadisə yerinə polis əməkdaşları və FHN-in xilasediciləri cəlb edilib.

Qəza nəticəsində xəsarət alanlarla bağlı hələlik məlumat yoxdur.


Oxunub : 74
ŞƏRH YAZ
Ad

E-mail

Şərh