ADY: İnklüziv nəqliyyat – Maneəsiz səyahət - FOTO

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) fəaliyyətində nəqliyyatda maneələri aradan qaldırmağı, mobilliyin hər kəs üçün əlçatan olmasını hədəfləyir, maneəsiz səyahətin təmin edilməsi baxımından davamlı olaraq kompleks tədbirlər həyata keçirir, fiziki imkanları məhdud şəxslər üçün yönləndirmə sistemləri və dəstəkləyici xidmətlərini inkişaf etdirir.
Avtosfer.az xəbər verir ki, ADY həssas qrupların cəmiyyətə sürətli inteqrasiyası məqsədilə ADY 15 may tarixində Azərbaycan Dəmiryol Muzeyində maraqlı tərəflərin, xüsusilə nəqliyyat sahəsində fəaliyyət göstərən tərəfdaşların – Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, “Azərbaycan Hava Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, "Bakı Metropoliteni" QSC, Daxili İşlər Nazirliyinin Dəmir yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları və nəqliyyat sahəsində fəaliyyət göstərən ekspertlərin iştirakı ilə “İnklüziv nəqliyyat – Maneəsiz səyahət” adlı tədbir təşkil edib.
Tədbirin keçirilməsində məqsəd sərnişindaşıma sahəsində hamı üçün əlçatan mobillik haqqında məlumatlılığı artırmaq və daha inklüziv mühitin yaradılmasını təmin edəcək infrastruktur barədə yeni təşəbbüsləri təşviq etməkdir.


Tədbirdə ADY-nin əsas dəyərlərindən biri olan dayanıqlılıq çərçivəsində sosial qruplarla iş, xüsusilə sərnişin qatarlarından istifadə edən və autizmdən əziyyət çəkən insanlara diqqət və qayğının göstərilməsi, xidmətlərin bu qrup insanlar üçün əlçatan olması, bu istiqamətdə qatar heyətinə keçirilən təlimlər və ən yaxşı təcrübələr barədə müzakirələr aparılıb.
Bildirilib ki, “Birgə və Sağlam” İB-nin dəstəyi ilə qatar bələdçilərinə həssas qruplarla davranış qaydaları barədə təlimlər təşkil olunub, əməkdaşlar arasında maarifləndirmə kampaniyaları həyata keçirilib, həmçinin autizmli şəxslər sürət qatarları ilə səyahət təcrübəsi yaşayıblar. Müasir qatarlar rahat və səssiz olması baxımından mütəxəssislər tərəfindən autizmli şəxslərin dost nəqliyyat növü seçilib.
Qeyd edək ki, ADY 2023-cü ildə BMT-nin Qlobal Sazişinə üzv olmaqla fəaliyyətində ətraf mühit, sosial və idarəetmə (ESG) prinsiplərini rəhbər tutur, ölkəmizdə inklüziv cəmiyyətin qurulması naminə təşəbbüsləri dəstəkləyir. Şirkətimiz bundan sonra da bu sahədə tərəfdaşlıqların qurulmasında və sərnişinlər üçün təhlükəsiz və etibarlı nəqliyyatın yaradılması istiqamətində səylərini davam etdirəcək.














Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO












