ADY lokomotiv parkını sağlamlaşdırır - FOTO

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə "Kamkor Lokomotiv" müəssisəsi arasında imzalanmış müqaviləyə əsasən, əsaslı təmir üçün göndərilmiş manevr teplovozlarından biri Bakıya çatdırılıb. Adıçəkilən TEM2U lokomotivi son 22 ildə ilk dəfə olaraq zavod təmirindən keçib və Biləcəri çeşidləmə parkında yüklərin aidiyyəti üzrə çeşidlənməsi işlərinə cəlb olunacaq.
ADY-dən Avtosfer.az-a verilən məlumata görə, müqavilə şərtlərinə uyğun olaraq, indiyədək bu məqsədlə Qazaxıstana 6 lokomotiv göndərilib, əlavə olaraq 5 lokomotivin yola salınması üçün hazırlıq işləri davam etdirilir.
Normalara əsasən, manevr teplovozlarının birinci səviyyəli əsaslı təmiri 7,5 ildən bir, ikinci səviyyəli əsaslı təmiri isə 15 ildən bir həyata keçirilməlidir. Lokomotivlərin uzun müddət istismar olunduğunu nəzərə alsaq, onların vaxtlı-vaxtında təmir olunmaması lokomotivlərin sıradan çıxmasına, aradan qaldırılması mümkün olmayan nasazlıqların yaranmasına səbəb olur.
Hazırda Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlər üzrə tranzit yüklərin artmasını və gələcəkdə daha da artacağını nəzərə alaraq, ADY yüklərin təhlükəsiz daşınması məqsədilə lokomotiv parkının yenilənməsinə, habelə əsaslı təmirinə ciddi önəm verir.
Lokomotivlərin təmiri üzrə həyata keçirilən işlərin davamı olaraq, 2024-cü il ərzində Qazaxıstana göndəriləcək 11 ədəd manevr teplovozunun və Latviyaya göndəriləcək 4 ədəd ikihissəli lokomotivin bu il Bakıya təhvil verilməsi planlaşdırılır.
Qeyd edək ki, ADY-nin lokomotiv parkında hazırda 84 ədəd manevr lokomotivi mövcuddur.



Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR
Laçın dağlarında böyük yol tikintisi – Görüntülər YAYILDI – VİDEO
Azərbaycanın Suriyaya yeni nəqliyyat bağlantısı yarana bilər? – 800 milyon dollarlıq layihə
DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu










