ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 27 mart tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları” subsidiya məbləğinin hesablanması, bu məbləğin proqnozlaşdırılması və ödənilməsinə dair prosedur qaydasını və tələbləri müəyyən edir.
“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) Avtosfer.az-a verilən məlumata görə, müvafiq qərar ADY-nin Abşeron dairəvi dəmir yolu marşrutu üzrə sərnişindaşıma xidmətinə şamil olunur.
ADY-nin Bakıətrafı marşrutlar üzrə sərnişindaşıma xidmətinin maliyyələşməsi bu istiqamətdə meydana çıxan maliyyə çətinliklərini qismən kompensasiya etməklə mövcud qatar parkının daha təhlükəsiz, rahat və səmərəli xidmət göstərməsinə yardım edəcək.
Rusiya, Qazaxıstan, Türkiyə, İsveçrə, Avstriya, Fransa, Almaniya, həmçinin Avropa İttifaqının digər ölkələri dəmir yolu sərnişin daşımalarının subsidiyalaşdırılması üzrə uzunmüddətli təcrübəyə malikdir. Artıq bu təcrübənin ölkəmizdə də tətbiq edilməsinə başlanılır.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












