Ağıllı nəqliyyat infrastrukturuna 7 milyard sərmayə qoyulacaq

Avropa İttifaqı (Aİ) dayanıqlı, təhlükəsiz və ağıllı nəqliyyat infrastrukturuna rekord məbləğdə - yeddi milyard avro sərmayə qoyacaq. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Aİ-nin Ukraynadakı nümayəndəliyi məlumat yayıb.
Bildirilib ki, Avropa Komissiyası Aİ-nin infrastruktura strateji investisiya aləti olan Avropa Əlaqələndirmə Təsisatından (CEF) ümumi məbləği yeddi milyard avro olan 134 nəqliyyat layihəsini seçib.
Maliyyələşdirmənin təqribən 83%-i Aİ-nin iqlim hədəflərini qarşılayan, Trans-Avropa nəqliyyat (TEN-T) şəbəkəsi boyunca Aİ dəmir yolları, daxili su yolları və dəniz marşrutları şəbəkəsini təkmilləşdirən və modernləşdirən layihələrini dəstəkləyəcək. Dəmir yolu layihələri 7 milyard avronun 80%-ni alacaq. Bundan əlavə, yenidən işlənmiş TEN-T Qaydası bu gün qüvvəyə minəcək.
Maliyyələşdirmə TEN-T əsas şəbəkəsi boyunca - Baltikyanı üzv dövlətlərdə, Fransa ilə İtaliya arasında və Danimarka ilə Almaniya arasında transsərhəd dəmir yolu əlaqələrini yaxşılaşdırmaq üçün böyük layihələrə yönəldiləcək.
İrlandiya, İspaniya, Finlandiya, Hollandiya, Almaniya, Malta, Litva, Kipr, Xorvatiya, Yunanıstan və Polşadakı 20-yə yaxın dəniz limanı infrastrukturun təkmilləşdirilməsi üçün dəstək alacaq, bunlardan bəziləri gəmilərə sahilyanı elektrik enerjisi verməyə və ya bərpa olunan enerjini nəql etməyə imkan verəcək.
Bir neçə layihə Ukrayna və Aİ arasında idxal və ixracı asanlaşdırmaq üçün qurulan Aİ-Ukrayna Həmrəylik Zolaqları boyunca daha böyük potensiala imkan verəcək. Sözügedən layihələr isə Ukrayna, Moldova və Rumıniya arasında sərhəd keçid məntəqələrində yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini, Macarıstan-Ukrayna dəmir yolu sərhəd keçidində ötürmə qabiliyyətinin artırılması üzrə işi, Polşada yolun Ukrayna ilə sərhədə qədər uzanan yeni hissəsini; eləcə də Ukrayna dəmir yolu sisteminin Aİ-yə inteqrasiyası üçün aparılan araşdırmaları əhatə edir.
Qeyd edək ki, Aİ-nin maliyyələşdirməsi qrantlar şəklində olacaq və bunlardan layihənin ümumi xərclərinin birgə maliyyələşdirilməsi üçün istifadə olunacaq.
Xatırladaq ki, 2021-2027-ci illər üçün CEF Nəqliyyat proqramı çərçivəsində, Üzv Dövlətlərdə TEN-T layihələrini birgə maliyyələşdirməyə yönələn qrantlar üçün 25,8 milyard avro mövcuddur. 2014-cü ildən bəri CEF nəqliyyat sektorunda (bu gün seçilmiş layihələr istisna olmaqla) 37,5 milyard avro dəyərində 1500-dən çox layihəni dəstəkləyib.
DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
Bakıda 6 ekspres marşrut fəaliyyətə başladı - İlk və son dayanacaqlar - VİDEO
Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır - VİDEO
Naxçıvan dəmir yolu Ermənistan sərhədinə çatır: Böyük layihənin DETALLARI
“Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq” - VİDEO
Metrodakı yenilik: "Taksilərə tələb artacaq, tıxac yaranacaq"
Belçikadakı səfirimiz geri çağırıldı - YENİ TƏYİNAT
“28 May”–“Nizami” istiqamətində yeni ekspres avtobuslar işə düşür: Gedişhaqqı açıqlandı
Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR
Bakıda fəaliyyət göstərəcək ekspres avtobusların SİYAHISI - VİDEO
Sürücüsüz avtomobillər gəlir: Təhlükəsizlik necə qorunacaq? - AYNA sədri DETALLARI AÇIQLADI










