Avstriya şirkətləri BTQ dəmir yolundan istifadəyə böyük maraq göstərirlər - FOTO

3-4 iyun 2024-cü il tarixlərində Avstriyanın Vyana şəhərində səfərdə olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Avstriya Federal Dəmir Yolları şirkətinin İdarə Heyətinin sədri Andreas Matthe, bu ölkənin “Rail Cargo” və digər qabacıl nəqliyyat və logistika şirkətlərinin rəhbərləri ilə görüşüb.
Avtosfer.az xəbər verir ki, görüşdə əməkdaşlığın mövcud vəziyyəti və Orta Dəhliz çərçivəsində Çinlə Avropa arasında yükdaşımaların səmərəli təşkilində və geriyə yüklərin formalaşdırılmasında birgə əməkdaşlıq imkanları barədə geniş müzakirələr aparılıb, həmçinin Qara Dəniz limanlarından Avropanın müxtəlif ölkələrinə daşımaların təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.
Eyni zamanda Orta Dəhlizin rəqabətqabiliyyətinin artırılması məqsədilə modernləşdirilmiş və bu yaxınlarda yükdaşımalara start verilmiş Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin geniş imkanları haqqında məlumat verilib.
Avstriya şirkətlərinin rəhbərləri Orta Dəhliz, o cümlədən BTQ-nin imkanlarından istifadəyə böyük maraq göstərdiklərini bildiriblər.
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO



















