Avtobus zolaqlarına girmək istəyən sürücülər bir daha düşünsün: 100 manat, 2 bal - RƏSMİ

Bir müddət əvvəl İnzibati Xətalar Məcəlləsinə edilən əlavə və dəyişikliklər Milli Məclisdə təsdiq olundu. Avrosfer.az xəbər verir ki, iyulun 24-də Prezident İlham Əliyev qəbul olunmuş dəyişiklikləri təsdiqlədi.
Belə ki, İnzibati Xətalar Məcəlləsində 327.1-1 və 346.8-ci madələrinə dəyişiklik edilib.
Dəyişikliyə əsasən, 327.1-1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə 2 bal 100 manat məbləğində cərimə, 346.8. 5.9, 5.10.1–5.10.3 yol nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün hərəkət zolağı olan yollarda digər nəqliyyat vasitələrinin həmin zolaqda dayanmasına və ya durmasına görə 2 bal 100 manat məbləğində cərimə edilir.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis kapitanı Toğrul Nəsirli Avtosfer.az-a bildirib ki, bu dəyişiklik sürücülərin daha da məsuliyyətli olması ilə nəticələnəcək.

"Avtobusların rahat hərəkəti və mənzil başına vaxtında çatması ictimai nəqliyyatın daha da inkişafına gətirib çıxaracaq."
Toğrul Nəsirli sürücülərə çağırış edərək bildirib ki, yol hərəkəti qaydalarına ciddi riayət etsinlər və ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmasınlar.
Səfər Əlizadə
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












