Avtomobillə Tbilisidən Batumiyə getmək 3,5 saata endi

Tbilisidən avtomobillə Batumiyə səyahət müddəti 3 saat 30 dəqiqə saata enib.
APA xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb. Bildirilib ki, bu gün Zestafoni dolama avtomobil yolunun istifadəyə verilməsi nəticəsində səyahət müddəti əhəmiyyətli dərəcədə qısaldılıb.
Qeyd olunub ki, Zestafoni dolama yolunun 9 kilometrlik Şorapani-Arqveta seksiyası Rikoti Keçidi magistral yolu layihəsi çərçivəsində açılıb. 4 tunel və 11 körpüyə malik dolama yolu keçmək üçün 6 dəqiqə lazım olacağı, bununla yol təhlükəsizliyi standartarının və səyahət rahatlığının artırıldığı bildirilib.
Gürcüstan hökumətinin məlumatına görə, Rikoti Keçidi magistral yolunun 70% -i artıq tamamlanıb. Asiya İnkişaf Bankının maliyyələşdirdiyi layihənin ümumi dəyəri 2,6 milyard laridir (təxminən 1 milyard ABŞ dolları). Layihənin 2024-cü ilin sonunadək tamamlanması gözlənilir. 52 kilometrlik Rikoti Keçidi magistral yolu 97 körpüyə və 51 tunelə malik olacaq.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












