AYNA-dan Cavanşir körpüsünün bağlanması ilə bağlı AÇIQLAMA

Cavanşir körpüsü sökülmə işləri ilə əlaqədar mayın 20-si saat 17:00-dan nəqliyyatın hərəkəti üçün qapadılacaq.
Avtosfer.az xbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.
NİİM-dən bildirilib ki, söküntü ilə bağlı nəqliyyatın hərəkəti aşağıdakı müəyyən edilmiş sxem üzrə olacaq:
▪️Yusif Səfərov küçəsindən mərkəz istiqamətində hərəkət 28 May küçəsindən olacaq.
▪️Afiyəddin Cəlilov küçəsindən mərkəzə hərəkət edəcək nəqliyyat vasitələri Fəzail Bayramov küçəsinə yönləndirilməklə, hərəkətlərini - Sabit Orucov, Nizami küçələri istiqamətində davam etdirə biləcəklər.
▪️S.Orucov və Nizami küçələrində isə öz növbəsində hazırkı hərəkətə əks istiqamətdə birtərəfli hərəkət təşkil olunacaq.
▪️Nizami küçəsi vasitəsilə mərkəzə doğru hərəkət edəcək nəqliyyat vasitələri Kövkəb Səfərəliyeva və Puşkin küçələri vasitəsilə Üzeyir Hacıbəyli küçəsinə çıxa biləcəklər.
▪️K.Səfərəliyeva küçəsindən Ü.Hacıbəyli küçəsinin şərqində mövcud istiqamət saxlanılaraq, əks istiqamətə də avtomobillərin hərəkətinə icazə veriləcək.
▪️Mehdi Mehdizadə küçəsindən 28 May küçəsinə birbaşa çıxış məhdudlaşdırılacaq. Y.Səfərov küçəsində geriyə dönmədən istifadə etmək tövsiyə edilir.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












