AZAL Bakıdan Almatıya uçuşlara başlayır

“Azərbaycan Hava Yolları” aviaşirkəti noyabrın 19-dan etibarən Bakıdan Almatıya və geri istiqamətdə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır.
bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Bakı-Almatı marşrutu üzrə uçuşlar hər həftə - cümə günləri, geri istiqamətdə isə şənbə günləri Airbus A319 hava gəmisində həyata keçiriləcək.
Uçuş cədvəli ilə aviaşirkətin www.azal.az rəsmi saytında tanış olmaq mümkündür. Aviabiletlərin satışı aviadaşıyıcının saytı vasitəsilə, həmçinin akkreditə olunmuş agentliklərində həyata keçirilir.
Daşımaya yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.
Qazaxıstana səyahət edən Azərbaycan vətəndaşları ölkəyə giriş qaydaları ilə burada tanış ola bilər: https://www.azal.az/az/information/covid-kazakhstan
Azərbaycanda COVID-19-a dair testdən keçmək üçün klinikaların siyahısı aviaşirkətin rəsmi saytında təqdim edilib: https://www.azal.az/az/information/covid-clinics
Sərnişin Almatıdan Bakıya uçuş zaman COVID-19-a dair testi dövlət tərəfindən akkreditə olunmuş və PCR-testi üsulu ilə analiz götürən istənilən klinika və ya laboratoriyada verə bilər.
Arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə edilir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyət prosedurlarından daha sürətli keçməyə kömək edəcəkdir.
Azərbaycana giriş qaydaları ilə burada tanış olmaq mümkündür: https://www.azal.az/az/information/covid-azerbaijan.
Qeyd olunan marşrutun sərnişinləri COVID-19-a dair testin nəticəsinin uçuşdan əvvəl 72 saat ərzində etibarlı olduğundan əmin olmalıdırlar.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












