AZAL Buxarest və Sofiyaya 99 avrodan aviabiletlər təklif edir
Mayın 23-ü 2024-cü il, Bakı – Azərbaycanın milli aviadaşıyıcısı AZAL Buxarest və Sofiya istiqamətlərinə xüsusi qiymətlərlə aviabiletlər təklif edir.
Avtosfer.az xəbər verir ki, Bakı ilə Buxarest və Bakı ilə Sofiya arasında uçuşlara aviabiletləri 99 avrodan əldə etmək mümkündür. Aviaşirkətin bu marşrutlar üzrə yerinə yetirdiyi gediş-dönüş reyslərinə aviabiletlərin qiyməti 169 avrodan başlayır.
Xüsusi qiymətlər mayın 23-dən iyunun 5-nə kimi əldə edilən aviabiletlərə tətbiq edilir və yüksək tələbat dövrü istisna olmaqla, aviaşirkətin 3 iyun-25 oktyabr 2024-cü il tarixlərində həyata keçirəcəyi reyslərinə şamil olunur. Təklif çərçivəsində 10 kq-a qədər əl yükünün daşınması mümkündür.
Qeyd edək ki, AZAL Rumıniyanın paytaxtı Buxarestə uçuşlara həftədə iki dəfə, bazar ertəsi və cümə axşamları olmaqla iyunun 3-dən başlayacaq. Bolqarıstanın paytaxtı Sofiyaya isə reyslər iyunun 7-dən həftədə iki dəfə — çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək.
Aviabiletləri rəsmi www.azal.az saytından və aviaşirkətin yenilənmiş mobil tətbiqindən əldə etmək olar.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












