Azərbaycan gələn həftə bu ölkələrlə Şimal-Cənub nəqliyyat dəhlizini müzakirə edəcək

İran, Azərbaycan və Rusiya Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlığı müzakirə edəcək.
Avtosfer.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasser Kənani bildirib.
Onun sözlərinə görə, üç ölkə nümayəndələrinin görüşünün gələn həftə Bakıda keçiriləcəyini qeyd edib.O, xatırladıb ki, üç ölkə Şimal-Cənub dəhlizinin üzvüdür. “Qlobal hadisələri və xüsusən də Ukraynadakı vəziyyəti, habelə beynəlxalq tranzit marşrutlarında yüklərin və enerji daşınması ilə bağlı problemləri nəzərə alaraq, Şimal-Cənub tranzit marşrutunun əhəmiyyəti yenidən dünya ictimaiyyətinin diqqətini cəlb edib”.
Onun sözlərinə görə, region daxilində və ondan kənarda bir çox ölkələr bu dəhlizdən istifadə imkanlarında maraqlıdır.
“Bu yolun inkişafı İran və iki qonşu ölkə (Rusiya və Azərbaycan) üçün vacibdir. Gələn həftə Bakıda üç ölkə nümayəndələrinin görüşü nəzərdə tutulub, bununla bağlı bütün məsələlər müzakirə olunacaq, Dəhlizdən maksimum istifadə imkanlarını inkişaf etdirmək üçün birgə sazişlər bağlanacaq”.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












