Azərbaycan vətəndaşları bu ölkələrə vizasız gedə bilər - SİYAHI

Azərbaycan vətəndaşları bir sıra ölkələrə vizasız gedib-gəlmək hüququna malikdir.
Bu barədə Avtosfer.az-a Xarici İşlər Nazirliyindən məlumat daxil olub.
Vətəndaşlarımız həmin ölkələrə diplomatik, xidməti və adi vətəndaşlıq pasportu ilə vizasız gedib-gələ bilərlər.
Qeyd edək ki, hazırda ikitərəfli dövlətlərarası müqavilələrə uyğun olaraq, aşağıdakı siyahıda göstərilən ölkələrlə Azərbaycan Respublikası arasında qarşılılıq prinsipi əsasında vətəndaşların ikitərəfli qaydada vizasız gediş-gəlişi rejimi tətbiq edilir:
I QRUP
- Azərbaycan Respublikasının və müvafiq xarici ölkənin diplomatik və ya xidməti (və ya rəsmi/xüsusi) pasportuna malik vətəndaşlar.
II QRUP
- Azərbaycan Respublikasının və müvafiq xarici ölkənin qanunvericiliyinə əsasən, beynəlxalq sərhədkeçmə hüququ verən və növündən asılı olmayaraq hər hansı növ etibarlı pasporta - o cümlədən, diplomatik, xidməti (və ya rəsmi/xüsusi) və ya ümumvətəndaş pasportuna malik vətəndaşlar.
- Həmçinin belə şəxslərlə birgə səfər edən, lakin şəxsi etibarlı pasporta malik olmayan, foto-şəkli və adı, soyadı, atasının adı rəsmi təsdiq olunmuş qaydada onların pasportuna qeyd edilmiş vətəndaşlar.
- Azərbaycan Respublikasının və ya müvafiq xarici ölkənin dövlət qurumları tərəfindən xüsusi olaraq vətəndaşlığı olmayan şəxslərə verilən, şəxsiyyəti təsdiq etməklə beynəlxalq sərhədkeçmə hüququ verən müvafiq sənədə malik vətəndaşlığı olmayan şəxslər.
- Pasport itirildikdə, oğurlandıqda, yararsız hala düşdükdə və ya etibarlılıq müddəti bitdikdə şəxslərə vətəndaşı olduğu və ya daimi yaşadığı ölkəsinə qısa müddət ərzində yalnız geri qayıtmaq üçün verilən müvəqqəti sərhədkeçmə sənədinə - “Qayıdış şəhadətnaməsi”nə malik vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər üçün vizasız gediş-gəlişi rejimi olan ölkələr.

III QRUP
Bundan əlavə, hazırda aşağıda qeyd edilən ölkələr tərəfindən Azərbaycan Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün müvafiq müddət çərçivəsində birtərəfli qaydada vizasız gediş-gəliş rejimi tətbiq edilir:

“Nərimanov”da avtobuslar üçün mübadilə mərkəzi yaradılır - FOTOLAR
Prezident sərəncam imzaladı - 1 milyon ayrılacaq
Sürücülərə ŞAD XƏBƏR: Deputat təklifləri AÇIQLADI
Azərbaycanda tramvaylarla bağlı YENİ QƏRAR
Sürücülərin NƏZƏRİNƏ: Yol nişanları ilə bağlı dəyişiklik edilir
Onlardan sürücülük vəsiqəsi tələb olunacaq
Azərbaycanda yeni agentlik yaradıldı - Prezidentdən FƏRMAN
Bakıda iki ünvanda minib-düşmə yeri yaradıldı - FOTO
Bu marşrutun avtobusları yenilənir - Gedişhaqqı 60 qəpik olacaq
Prezidentdən deputatla bağlı SƏRƏNCAM
Daha 3 ünvanda minib-düşmə yeri yaradıldı - FOTOLAR










