Azərbaycanda 11 hakimin vəzifəsi dəyişdirildi - SİYAHI

Azərbaycanda 11 hakimin vəzifəsi dəyişdirilib.
Avtosfer.az xəbər verir ki, Prezident İlham Əliyevin "Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında" Sərəncamında əksini tapıb.
Sərəncama əsasən, “Məhkəmələr və hakimlər haqqında” qanunun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, aşağıdakı hakimlərin vəzifələri dəyişdirilib:
Tural Mehman oğlu Ələkbərov Goranboy Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Xocalı Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib.
Elnur Heydər oğlu Hüseynov Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin hakimi təyin edilib.
Emin Ağamusa oğlu Abdullayev Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı İnzibati Məhkəməsinin hakimi təyin edilib.
Rahim Təşəkkül oğlu Həsənov Quba Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sumqayıt İnzibati Məhkəməsinin hakimi təyin edilib.
Qabil Neymət oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi təyin edilib.
Günay Rövşən qızı Həşimova Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Kommersiya Məhkəməsinin hakimi təyin edilib.
Qamət Mehman oğlu Əbilov Bərdə Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi təyin edilib.
Sevinc Məhəmməd qızı Quliyeva Abşeron Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi təyin edilib.
Mübariz İsfəndiyar oğlu Məmmədov Astara Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Göygöl Rayon Məhkəməsinin hakimi təyin edilib.
Ülvi Oktay oğlu Qənbərov İmişli Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Qəbələ Rayon Məhkəməsinin hakimi təyin edilib.
Qalib Hidayət oğlu Paşayev Cəlilabad Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Yevlax Rayon Məhkəməsinin hakimi təyin edilib.
(modern.az)
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR
Laçın dağlarında böyük yol tikintisi – Görüntülər YAYILDI – VİDEO
Azərbaycanın Suriyaya yeni nəqliyyat bağlantısı yarana bilər? – 800 milyon dollarlıq layihə










