Azərbaycanda 35 kilometrlik yolda 21 körpü inşa edilib - FOTO

Azərbaycanın əhəmiyyətli yollarından biri olan 35 kilometrlik Şəki-Qax avtomobil yolunun üzərində 21 körpü inşa edilib.
Bu barədə "Report"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli məlumat verib.
A.Nəcəfli bildirib ki, körpülər yollarda rahat hərəkət və uzun məsafələri qısaltmaq üçün çox önəmlidir: "Sözügedən avtomobil yolu elə də uzun olmasa da digər yollardan fərqlənir. Yolu fərqləndirən cəhət isə onun üzərində çoxlu avtomobil körpüsünün yerləşməsidir. Yol üzərində salınan 21 körpüdən ən kiçiyi 12 metr, ən uzunu isə 420 metrdir. Körpülərin ortalama eni 11.5 metr təşkil edir. Ümumi uzunluqları isə 2077 metrdir. Ən böyük körpü Şəki ərazisində, Kiş çayı üzərində yerləşir. Yolun 1-ci kilometrliyində yerləşən körpünün uzunluğu 420 metrdir. Bölgədə yaşayan sakinlər uzun illər rayonlararası məsafəni uzatmalı olurdular. Yol üzərində xeyli sayda çay olduğundan avtomobillə hərəkət çətin idi. İndi bu çayları körpülər əvəzləyib".
A.Nəcəfli əlavə edib ki, ən çox körpü yolun 8-9-cu kilometrlik hissəsində yerləşir: "Çayın məcrası avtomobil yolunun keçdiyi hissədə 1 kilometrdən artıqdır. Daha 4 körpü isə yolun Qax rayonu ərazisindən keçən hissəsində yerləşir. Yolun 27-ci km-də, Qaşqaçay çayı üzərində 1 ədəd 54 metr uzunluğunda, 33-cü km-də, Kürmük çayı üzərində isə hər birinin uzunluğu 133 metr olan 3 ədəd körpü yerləşir. Beləliklə üzərində 21 körpü olan Şəki-Qax avtomobil yolu Azərbaycanın ən çox körpü olan yeganə yoludur."
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
















