Azərbaycanda bu dərmanlar ucuzlaşa bilər

"Azərbaycanda dərman hazırlayan müəssisələrin yaradılması üçün hər cür şərait var".
Bunu Azərbaycan Tibb Universitetinin İctimai fənlər kafedrasının baş müəllimi, Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Nigar Ələkbərova deyib.
O qeyd edib ki, əczaçılıq müəssisələrinin yaradılması dərmanların qiymətinin xeyli azalmasına səbəb ola bilər: "Azərbaycanda belə müəssisələrin uğurla yaradılması və fəaliyyəti üçün ölkəmizdə hər cür zəmin var. Əvvəla, Azərbaycanda dərman preparatlarının istehsalı üçün bitkilər, mineral və təbii resurslar var. 2008-ci ildə biyan kökündən hazırlanan məhsulları buraxan zavodun tikintisi bu baxımdan müsbət nümunə kimi göstərilə bilər".
"Digər tərəfdən, Azərbaycanda müasir əczaçılıq sənayesinin əsas tərkib hissəsi olan kimyanın müxtəlif sahələri üzrə təhsil və elmi-tədqiqat institutları şəbəkəsi mövcuddur. Kimya sənayesinin milli iqtisadiyyatın tərkib hissəsi olduğunu nəzərə alsaq, bu, mühüm faktorlardan biri kimi qiymətləndirmək olar. onu da qeyd edim ki, hələ Sovet hakimiyyəti illərindən Azərbaycanda biologiya sahəsində yüksək ixtisaslı kadrların yetişdirilməsi sahəsində güclü ənənələrimiz mövcuddur. Bu sahədə elmi-tədqiqat mərkəzləri hələ də fəaliyyət göstərməkdədir. Əlbəttə, əczaçılıq sənayesində alıcıların həddən artıq çox olduğunu nəzərə alsaq, bu işdə dövlətin iştirakı vacibdir. Əgər biz ölkəmizə məşhur brendləri cəlb etmək istəyiriksə, yenə də burada dövlətin köməyi lazım gələcək. Hətta belə bir müəssisə hansısa şirkətin ortaq payı ilə yaradılsa, dövlət yenə də bu layihədən ikiqat iqtisadi xeyir əldə etmiş olacaq. Çünki dərman istehsal zavodu yüksək gəlir gətirməyə başladıqda, dövlət öz paylarını özəlləşdirməyə çıxara bilər. İkinci tərəfdən, bu müəssisə dövlət büdcəsinə də vergi ödəyəcək. Belə bir layihənin sosial faydasından danışdıqda isə əhalinin məşğulluğuna veriləcək töhfəni qeyd etmək olar"- ATU rəsmisi əlavə edib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












