Azərbaycanda dəmir yolu taksisi nə vaxt fəaliyyətə başlayacaq ?

Azərbaycanda dəmir yolu taksisinin fəaliyyətə başlaması nəzərdə tutulurdu. Bu xidmətin pilot olaraq 2020-ci ilin sonunadək istifadəyə veriləcəyi bildirilirdi.
Hazırda bu layihə ilə bağlı hansı işlərin görülməsinə gəlincə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev "Unikal"a açıqlamasında bildirib ki, “Dəmiryolu taksisi” layihəsinin bitmə tarixi mövcud pandemiya səbəbindən uzanıb.
Onun sözlərinə görə, hazırda proqram təminatının layihələndirilməsi üzərində işlər davam etdirilir.
"Azərbaycan Dəmir Yollarının şəbəkəsi və dövlətin idarəetmə sistemləri ilə tam inteqrasiya planlaşdırılır. Yeni məlumatlat olduğu təqdirdə ictimaiyyətə əlavə informasiya veriləcək", - deyə şöbə müdiri bildirib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












