Azərbaycanda dəmiryolu stansiyalarında ödənişsiz “Wi Fi” zonaları yaradılacaq

Ölkədaxili marşrutlar üzrə qatarlarda “Wi Fi” şəbəkəsinin keyfiyyətli qurulmasını təmin etmək baxımından "Azərbaycan Dəmir Yolları" QSC (ADY) ölkənin hər 3 mobil operatoru ilə müzakirələri yekunlaşdırıb.
Avtosfer.az xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib.
Razılaşmaya əsasən mobil operatorlar ölkədaxili marşrutlar üzrə mobil rabitənin keyfiyyətini və davamlı təminatını yoxlamaq məqsədilə Bakı-Ağstafa və Bakı-Qəbələ marşrutları üzrə monitorinqlər həyata keçiriblər. Monitorinqin nəticələrinə əsasən, sözügedən marşrutlar üzrə mobil rabitənin dayanıqlı təminatı üçün operator şirkətlər tərəfindən tədbirlər planı həyata keçiriləcək. Bundan sonra ADY qatarlarda “Wi Fi”xidmətinin əlçatan olması istiqamətində müvafiq addımları atacaq.
Bununla yanaşı hazırda Bakı, Sumqayıt, Gəncə, Qəbələ və Ağstafa stansiyalarında ödənişsiz “Wi Fi” zonalarının yaradılması istiqamətində hazırlıq işlərinə başlanılıb.
Abşeron dairəvi, Bakı-Ağstafa və Bakı-Qəbələ marşrutları üzrə yerləşən və daha çox sərnişin qəbul edən digər stansiyalarda da ödənişsiz wifi zonalarının yaradılması mərhələli şəkildə həyata keçiriləcək.
Qeyd edək ki, ötən il ADY “Azərbaycan Dəmir Yollarının Rəqəmsallaşdırılması ilə bağlı xərclər” layihəsi çərçivəsində İKT təhlükəsizlik məhsulları və lisenziyalarının yenilənməsinin satın alınması məqsədilə ölkədə fəaliyyət göstərən şirkətlərdən biri ilə 4 milyon 307 min 196 manat məbləğində müqavilə imzalayıb.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












