Azərbaycanda taksilərin qiyməti ARTIR - İyunun 1-dən...

Azərbaycanda iyun ayının 1-dən taksilərdə minimal gedişhaqqının 4 manat 50 qəpik olacağı ilə bağlı informasiyalar mövcuddur. Bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
Avtosfer.az xəbər verir ki, yayılan məlumat taksi şirkətlərində çalışan sürücülərə istinadən verilib.
Mövcud məlumatların doğruluğunu təsdiqləmək məqsədilə Azərbaycanda fəaliyyət göstərən bəzi taksi şirkətlərinin nümayəndələri ilə əlaqə saxladıq.
“Bolt” taksi şirkətinin Azərbaycan nümayəndəliyinin icraçı direktoru Naim Əzizov redaksiyamıza açıqlamasında belə bir məlumatın mövcudluğunu inkar edib.
“Uber” taksi şirkətinin Azərbaycandakı səlahiyyətli nümayəndəsi isə şirkətin baş ofisinin cavab vermək istəmədiyini bildirib.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Referans.az-a açıqlamasında minimum taksi qiymətlərinin 4 manat 50 qəpik olma ehtimalının reallığa nə qədər uyğun olmasından danışıb.

“Qiymət artımı onsuz da gözləniləndir, bu baş verəcək. Amma belə fantastik, ikiqat artım taksi şirkətlərinin özünə də çox mənfi təsir edə bilər. Buna görə də hansısa ortaq məxrəc tapılmalıdır, birdən-birə bu qədər kəskin artım baş verə bilməz. Şirkətlər yaxşı başa düşür ki, bu onlar üçün əlverişli variant olmayacaq. Hətta zərərli ola bilər, biznesin çökməsi ilə nəticələnə bilər”.
Ekspert qeyd edib ki, məcbur qalan vətəndaşlar qiymətlər artsa da, taksilərdən yenə də istifadə edəcəklər. Lakin mexanizm elə bir formada qurulmalıdır ki, burada həm sərnişinlər, həm də sürücülər razı qalsın.
“İndiki halda minimum qiymət 2 manat 50 qəpik təşkil edir, birdən-birə 4 manat 50 qəpik olması sürücülər tərəfindən yayılan şaiəyə bənzəyir. Həmçinin dövlət tərəfindən də taksi şirkətləri qarşısında qiymtəin qaldırılması ilə bağlı hər hansısa tələb qoyulmayıb. Bu, mexaniki bir prosesdir, köhnə avtomobillərin – istehsal tarixi 15 ildən artıq olan avtomobillərin istismardan qaldırılması qiymətin qalxmasına mütləq sürətdə səbəb olacaq. Bu gün 10 000 manatlıq avtomobillə xəttə çıxan sürücü 20 000 manatlıq avtomobil almağa məcbur qaldıqda, təbii ki, eyni qiymətə fəaliyyət göstərmək istəməyəcək”.
(referans.az)
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












