Azərbaycandan Gürcüstan və Rusiyaya dəmir yolu ilə sərnişindaşıma BƏRPA OLUNACAQ?

Mart ayından etibarən Azərbaycan və Rusiya arasında dəmiryolu ilə sərnişindaşıma bərpa olunacaq.
Bu iddia ilə Gununsesi.info saytı məlumat yayıb.
Məlumata görə, hər iki ölkənin müvafiq qurumları arasında bununla bağlı razılıq əldə olunub.
Həmçinin qeyd olunur ki, aprel ayından etibarən Bakı-Tbilisi-Bakı qatarı yenidən istifadəyə veriləcək.
Bəs görəsən, sözügedən məlumatlar nə dərəcədə həqiqəti əks etdirir?
Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Bəxtiyar Hacıyev deyib ki, hazırda Azərbaycanın quru sərhədləri bağlı olduğu üçün beynəlxalq sərnişindaşıma dayandırılıb:
"Bildiyiniz kimi, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda xüsusi karantin rejimi davam edir və ölkənin quru sərhədləri bağlıdır. Bu səbəbdən qatarlarla beynəlxalq istiqamətdə sərnişindaşıma həyata keçirilmir".
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO












