Bakı küçələrinin səkilərində hansı dəyişikliklər ediləcək? - FOTO

Bakıda səkilərin yenilənməsi istiqamətində işlərə başlanılıb. Lakin aparılan təmir işlərinin şəhərdə mövcud piyada infrastrukturu problemini nə dərəcədə həll edəcəyi sual doğurur.
Avtosfer.az xəbər verir ki, bu fikirləri nəqliyyat eksperti Anar Əliyev bildirib.
Ekspert qeyd edib ki, son günlər paytaxtın müxtəlif küçələrində səkilərin təmir olunmasını əks etdirən görüntülər paylaşılır. Onun sözlərinə görə, hələ ötən il səkilərin təmiri və abadlaşdırılması işlərinin həyata keçirilməsi üçün yerli icra hakimiyyətlərinə vəsait ayrıldığı açıqlanmışdı. Hazırda görülən işlər isə əsasən mövcud səkilərin örtüyünün yenilənməsi ilə məhdudlaşır.
Bakının əsas problemi səkilərin köhnə və ya yararsız vəziyyətdə olması deyil. Onun sözlərinə görə, paytaxtın bir çox küçəsində ümumiyyətlə səki mövcud deyil və piyadalar avtomobillərlə eyni hərəkət hissəsindən istifadə etməyə məcbur qalırlar ki, bu da yol hərəkəti təhlükəsizliyi baxımından ciddi risk yaradır.
Görülən işlərlə bağlı daha ətraflı məlumat ictimaiyyətə təqdim edilməlidir. Hansı küçələrdə yeni səkilərin salınacağı, hansı ünvanlarda yalnız təmir işlərinin aparılacağı və layihələrin əhatə dairəsinin nə olacağı barədə məlumatların açıqlanması vacibdir.
Anar Əliyev xatırladıb ki, bir müddət əvvəl səkilər və panduslarla bağlı yeni standartlar qəbul olunub. Həyata keçirilən bütün təmir və tikinti işləri həmin standartların tələblərinə uyğun aparılmalıdır. Yeni salınan və ya yenilənən səkilər hərəkət məhdudiyyətli şəxslər, uşaq arabası ilə hərəkət edən valideynlər, yaşlı insanlar və digər piyadalar üçün maneəsiz və təhlükəsiz istifadəyə imkan verməlidir.
Paytaxtda piyada infrastrukturunun inkişafı yalnız səkilərin üzlük daşlarının dəyişdirilməsi ilə məhdudlaşmamalıdır. Əsas məqsəd səkisi olmayan küçələrin piyada infrastrukturu ilə təmin edilməsi, mövcud səkilərin fasiləsizliyinin qorunması və onların müasir standartlara uyğun şəkildə yenidən qurulması olmalıdır.
Eltac Zülfüqaroğlu
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR
Təzə asfalt niyə yenidən kəsilir? - AAYDA-dan izah - VİDEO












