Bakı Limanı Çinin ən böyük limanı ilə əməkdaşlığı genişləndirir

Bakı Limanı ilə Çinin ən böyük limanlarından olan Qinqdao Limanı arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.
Bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən bildirilib.
Məlumata görə, Çin Limanının nümayəndə heyəti bu gün Bakı Limanına səfər edib. Qinqdao Limanının Baş direktorunun müavini Xinq Donqliyanqunun rəhbərlik etdiyi heyətlə görüşü zamanı liman infrastrukturunun inkişafı sahəsində əməkdaşlıq və Azərbaycandan keçməklə daşınan yük həcminin artırılması sahələrində müzakirələr aparılıb.
Şandonq Port Qrupuna daxil Qinqdao limanı Çinin ilk tam avtomatlaşmış konteyner terminalını inşa edib ki, burada bütün yükaşırma insan müdaxiləsi olmadan həyata keçirilir. Bakı Limanı və Qinqdao Limanı arasında 2023-cü ilin 17 aprelində Qardaşlaşmış Limanlar Anlaşma Memorandumu imzalanıb və iki tərəfli əməkdaşlığın rəmzi olan mayak abidəsi quraşdırlıb.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












