Bakı-Şamaxı-Yevlax yolunda daha bir yerüstü piyada keçidinin inşasına başlanılıb - FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 21,5-ci kilometrlik hissəsində yeni yerüstü piyada keçidinin tikintisinə başalyıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Bildirilir ki, layihə üzrə keçidin ümumi uzunluğu 42,5 metr, hərəkət hissəsi 2,25 metr, aşırım hissəsinin uzunluğu 37,5 metrdir. Yol səviyyəsindən hündürlüyü 5,5 metr təşkil edən keçid üstüaçıq metal konstruksiyadan ibarət olacaq. Hazırda keçiddə özül svaylarının vurulması, özül və dayaqların tikintisi aparılır. İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılacaq.
Layihə çərçivəsində keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub.
Tədbirlər planına uyğun olaraq cari ildə Agentlik tərəfindən artıq M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 14,9 və 18,5-ci kilometrlik hissələrində 2 yeni yerüstü piyada keçidi tikilib.
Hazırda sözügedən magistral yolun 20,2 və 25-ci kilometrlik hissələrində də yüngül konstruksiyalı keçidlərin inşası aparılır.
Bakının şimal girişində sıxlıq azaldacaq yeni yol tikilir
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
















