Bakıda bu təyyarələr YENİLƏNDİ - FOTO

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) 2030-cu ilə qədər inkişaf strategiyası çərçivəsində donanmasını yeni müasir dar gövdəli “Airbus A320Neo” və geniş gövdəli “Boeing 787-8 Dreamliner” təyyarələri ilə yeniləyəcək.
AZAL-dan Avtosfer.az-a verilən xəbərə görə, bu günə kimi aviaşirkət üç Airbus A320Neo təyyarəsi alıb və onlar artıq uçuşları həyata keçirməyə başlayıblar.
“Airbus A320Neo” uçuş zamanı sərnişinlərə əlavə rahatlıq təmin edən ən son texnologiyalarla təchiz olunmuş müasir ekonom təyyarədir. Təyyarələr sərnişinlər üçün daha da böyük rahatlıq təmin edən müasir səs izolyasiyası sistemi ilə seçilir. “Airbus A320Neo” həm də öz sinfində daha səmərəli və ekoloji cəhətdən təmizdir.
Aviaşirkətin donanmasının müasir 186 ekonom sinif oturacaqlı “Airbus A320Neo” təyyarələri ilə genişləndirilməsi AZAL-ın beynəlxalq aviasiya bazarında mövqeyini möhkəmləndirəcək, rəqabət qabiliyyətinə töhfə verəcək və əhalinin tədricən daha əlverişli qiymətlərlə aviabiletlərin əldə edilməsinə imkan yaradacaq.
_1674800135.jpeg)

Bakının şimal girişində sıxlıq azaldacaq yeni yol tikilir
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












